Bərdədə Əmək Müfəttişliyinin reketçiliyi

15.07.2014 - 01:09

Reket fəaliyyəti ilə sahibkarları
hakimiyyətdən narazı salan idarə rəhbərinin cəzalanacağı gözlənilir

 

Dövlət
Əmək Müfəttişliyi Xidməti Respubilkanın ərazisində hüquqi şəxsləri, xarici
hüquqi şəxslərin filial və nümayəndəliklərin, həmçinin hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə ilə məşğul olan fiziki şəxslərin (işəgötürənlər)
tərəfindən Azərbaycan Respubilkası Əmək məcəlləsinə və Azərbaycan
Respubilkasının əmək qanunverciliyi sisteminə daxil olan digər normativ hüquqi
aktların tələblərinə (əmək qanunverciliyi) əməl olunmasına dövlət nəzarətini
həyata keçirən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin tabeçiliyində
fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır.  

Dövlət Əmək Müfətişşliyi Xidmətinin Bərdə rayonu üzrə regional xidmət
idarəsinin rəisi Akif
Baxşəliyev
nəzarəti altında olan regionda özünü bir qayda olaraq “reket”
məmur kimi aparılır. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə bir qayda olaraq
iaşə obyektlərində çalışan insanlar qeyri rəsmi olaraq çalışdığı üçün Mahir
Şükürovun işçiləri onların hər birindən aylıq alaraq minlərlə işçinin
hüquqlarının pozulmasına göz yumurlar.Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bərdə rayonu üzrə
regional xidmət idarəsinin rəisi bu rayonlarda fəaliyyət göstərən
sahibkarlardan və hətta bəzi dövlət idarələrindən aylıq və illik haqq alır. Akif
Baxşəliyevin
əsas hədəfi isə bir qayda olaraq şadlıq evləri,
restoranlar, çayxanalar və s. iaşə obyektləridir.

Akif
Baxşəliyev
və işçiləri tabeçiliyində olan rayonlardada fəliyyət göstərən restoranlardan, çayxanalardan
aylıqalmaqla yanaşı həmçinin tikinti sahələrində insanları günəmuzd işlədən
sahibkarlardan aylıq qalır və onları himayə edirlər. Bunula isə həm işçilərin
hüquqları pozulur, həm də dövlətə külli miqdarda ziyan dəyir. Çünki günəmuzd
işçi çalışdıran təşkilatlar bir qayda olaraq vergidən yayınmaqla məşğul
olurlar. Və bu ölkə miqyasında illik dövriyədə milyard manatlarla vəsaitin
vergidən yayınmasına yol açır.

Qanunla Əmək Müfəttişliyi xidməti müqaviləsi olmayan
işçiləri hüquqlarını təmin etməli və sahibkarın onlaral əmək müqaviləsi
bağlamasına yardımçı olmalıdır. Ancaq Akif Baxşəliyev vətəndaşlar əvəzinə sahibkarlara “xidmət”
etməyi daha münasib bilir. Və çox təəssüf ki, bu ölkə miqyasında baş verən bir
prpossesdir və təbii ki, bu şəraiti yaradan Dövlət Əmək Müfətişşliyi Xidmətinin
rəhbərliyidir. Bizə
daxil olan məlumata görə şəhərlərində fəaliyyət göstəərn şadlıq saraylarından
ayda 50-150 manat arasında haqq alır. Eyni zamanda Akif Baxşəliyevin və
işçiləri tabeçiliklərində olan  rayonların
ərazisində  qeyri sahibkarlıq subeykti
olan qanunsuz balıqçılıq vətəgələrindən “illik” haqq aldıqları bildirilir.
Regional xidmət rəisinin balıqçılıq vətəgələrindən hər ilin başında 250 manat rüşət aldığı
bildirilir.

Akif
Baxşaliyevin əməlləri haqda cumhuriyyet.az-a daha bir ilginc fakt daxil olub. Bu
günlərdə Dövlət Əmək Müfətişşliyi Xidmətinin Bərdə rayonu üzrə regional xidməti
Bərdə şəhərində bir qəssabxanada öz qaydası ilə “yoxlama” keçirib. Bütün sənəndlərin
qaydasında olduğunu görən Akif Baxşaliyev sahibkardan 300 manat rüşvət istəyib.
Bu rüşvət verilmədikdə isə sahibkar 1500 manat qanunsuz olaraq cərimələnib.
Həmin obyektin sahibi isə Akif Baxşaliyevdən dövlət başçısına şikayət edib. Reket
fəaliyyəti ilə sahibkarları hakimiyyətdən narazı salan idarə rəhbərinin
cəzalanacağı gözlənilir.

Onuda
qeyd edək ki, dövlət Əmək Müfəttişliyi Xidmətinin Bərdə regional xidmət
idarəsinin rəisi Akif Baxşəliyevin hansı obyektlərdən aylıq və illik nə qədər
hesab yığması ilə bağlı redaksiyamıza daxil olan siyahını araşdırdıqdan sonra
oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Short URL: http://www.cumhuriyyet.net/?p=9459

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31