Anar Məmmədovun qadın işçisi öldürüldü

11.07.2014 - 19:46

“Qarant Sığorta”nın İdarə Heyətinin xanım üzvü qətlə yetirilib.

Bu barədə “Moderator.az”a Nəsimi Rayon Polis İdarəsi məlumat verib.
Məlumata görə, polis və FHN əməkdaşları tərəfindən “Qarant Sığorta”
əməkdaşının mənzilinə baxış zamanı Əliyeva soyadlı xanımın üzərində
zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

“Qarant Holdinq”in hüquqşünası Ruslan Məmmədov faktı “Azadlıq”
qəzetinə təsdiqləyib. Bildirib ki, “Qarant Sığorta”nın işçisi Natəvan
Əliyeva iyulun 11-də işə gəlməyib.

Maraqlanıblar, bəlli olub ki, mənzilində qətlə yetirilib. Hüquqşünas
hadisə barədə əlavə məlumatları olmadığını, qətlin nə səbəbdən baş
verdiyini bilmədiklərini, faktla bağlı hazırda hüquq-mühafizə
orqanlarının araşdırma apardığını deyib.

Qeyd edək ki, “Qarant Sığorta” “Qarant Holdinq”ə daxildir. Holdinqin
idarə heyətinin sədri isə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar
Məmmədovdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=9462

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31