Sabah 11 şəhərdə imtahan olacaq

11.07.2014 - 20:02

İyulun 12-də Azərbaycanın 11 şəhərində I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə,
imtahanda 29 minə yaxın abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan
22 minə yaxını birinci qrup üzrə, qalanları dördüncü qrup üzrə imtahan
verəcək.

Abituriyentlərdən 26 min 160 nəfəri Azərbaycan bölməsinin, 2 min 795
nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 18 minə yaxını
oğlanlar, 11 mindən çoxu isə qızlardır.

184 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyentin 26, ən gəncin isə 17 yaşı var.

Short URL: http://www.cumhuriyyet.net/?p=9464

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31