Poroşenko: "Öldürülən hər Ukrayna əsgərinə görə onlarla, yüzlərlə terrorçu məhv ediləcək"

11.07.2014 - 20:18

“Dövlət öz qəhrəmanlarına
ehtiramla yanaşır və öz həyatını qurban verən hər qəhrəmanı hörmətlə
xatırlayır”.

Ukrayna
prezidenti Petro Poroşenko ölkənin şərqində yaranmış son durum və
terrorçuların “Qrad” atəşləri nəticəsində çoxlu sayda Ukrayna əsgərinin
həlak olması ilə əlaqədar güc strukturlarının rəhbərlərinin iştirakı ilə
müşavirə keçirib.
APA-nın Ukrayna
prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, P.
Poroşenko bildirib ki, Ukrayna hərbçilərinə qarşı “Qrad” qurğularından
istifadə edən bütün terrorçuları aşkarlanaraq məhv ediləcək: “Bizim hər
əsgərimizin həyatı üçün quldurlar onlarla, yüzlərlə öz həyatları
bahasına cavab verəcəklər. Bir terrorçu belə məsuliyyətdən qaça
bilməyəcək və layiqli cəzasını alacaq”. 
P.
Poroşenko hazırda ölkə sərhədlərini, Donetsk, Luqansk hava limanlarını
və atəş altında olan digər şəhərləri hər saniyə həyatını riskə ataraq
müdafiə edən əsgərləri qəhrəman adlandırıb: “Dövlət öz qəhrəmanlarına
ehtiramla yanaşır və öz həyatını qurban verən hər qəhrəmanı hörmətlə
xatırlayır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9467

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31