İran şahı Atatürklə Azərbaycan türkcəsində danışıb
İran şahı Rza Pəhləvi 1934-cü ildə Ankaraya səfəri zamanı Türkiyə
Respublikasının qurucusu Qazi Mustafa Kamal Atatürklə Azərbaycan
türkcəsində danışıb.
ANS PRESS-in məlumatına görə, videodan görünür ki, atası mazandaranlı
Abbas Əli xan və anası azərbaycanlı Nuş Afərin Ayrumlu olan Rza Pəhləvi
Azərbaycan türkcəsində ləhcəsiz danışır.
Söhbətdən aydın olur ki, 1921-ci ilə qədər İran kazak briqadasının
zabiti olmuş Rza Pəhləvi həmin illərdən Mustafa Kamal Atatürklə tanış
olub. “Mən nəhayət çox xoşbəxtəm” deyən Rza Pəhləvi daha sonra bildirir:
“Şayət biləsiniz ki, neçə il qabaq sizin nümayəndəyə ərz elədim ki,
gələcəm Türkiyəyə”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9470