Səlim Müslümovun Ağsuda klan hakimiyyəti

12.07.2014 - 01:37
Nazir və Ağsunu inhisara alan qohumlarından şok şikayət

 

Ağsu rayonunun bir qrup sakini Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevə və hüquq-mühafizə orqanlarının
rəhbərlərinə və həmçinin əlaqədar nazirliklərin rəhbərlərinə şikayət
ərizəsi ilə müraciət ediblər.
Şikayət
ərizəsində şikayətçilər Ağsu şəhər Bələdiyəsinin sədri Aqil Musa oğlu
Niftəliyevin öz səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyə və
dövlət əmlaklarını talan etmələrindən, həmçinin bələdiyyə və dövlət
mülkiyyətini zəbt etməsindən şikayətlənirlər. Həmçinin şikayət
ərizəsində bir sıra dövlət məmurlarının Ağsuda qanunsuz olaraq biznes
sahələri əldə etdiklərindən bəhs olunur.
Ağsu sakinlərinin şikayətini oxucularının diqqətinə cəlb edirik:

Möhtərəm prezident və cənab nazirlər!Qeyd
edək ki, Ağsu rayonunda bundan əvvəl də qohumbazlıq halları və
vəzifədən sui-istifadə halları ilə bağlı şikayətlər davamlı olaraq
mətbuata olan şikayətlərdə özünə yer alır. Hətta bir müddət əvvəl Ağsu
rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin bu rayonda vəzifə
alan qohumlarının siyahısı yayımlanmışdı. Xatırladaq ki, təqribən iki il
əvvəl yayımlanan bu siyahıda hazırda çox kiçik dəyişikliklər mövcuddur
və Ağsu sakinləri hələdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim
Müslümovun və nazirin dayısı olan Ağsu rayon icra hakimiyyətinin başçsı
Ənvər Seyidəliyevin qohumlarının istismarı altında əziyyət çəkirlər.

Ağsu rayonunun bir qrup sakini Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevə və hüquq-mühafizə orqanlarının
rəhbərlərinə və həmçinin əlaqədar nazirliklərin rəhbərlərinə şikayət
ərizəsi ilə müraciət ediblər.
Şikayət
ərizəsində şikayətçilər Ağsu şəhər Bələdiyəsinin sədri Aqil Musa oğlu
Niftəliyevin öz səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyə və
dövlət əmlaklarını talan etmələrindən, həmçinin bələdiyyə və dövlət
mülkiyyətini zəbt etməsindən şikayətlənirlər. Həmçinin şikayət
ərizəsində bir sıra dövlət məmurlarının Ağsuda qanunsuz olaraq biznes
sahələri əldə etdiklərindən bəhs olunur.
Ağsu sakinlərinin şikayətini oxucularının diqqətinə cəlb edirik:
Məlumunuz
olsun ki, Ağsu şəhərindən və rayon kəndlərində bütün gəlir sahələri
Ağsu şəhər Bələdiyəsinin sədri Aqil Musa oğlu Niftəliyevin
inhsarındadir. Ağsu şəhər Bələdiyəsinin sədri şəhər bütünlüklə talayıb
və zəbt edib. Dayanmaq da bilmır. Ona görədə aşağdakı faktları sizlərə
təqdim edirik:
1. Ağsu şəhəri və ona bitişik
Qaraməmmədli, Pirhəsənli, Ülgüclü və Navahı kəndləri ilə birlikdə 500
hekdardan çox toropaqları zəbt edib və doğurdanda bu adam hərrac işini
çox gözəl bilir!?
2. Sovet hökümətindən qalan
bütün iaşə və ticarət obyektlərini Əflatun Rufuyev icra başcısı olan
zaman bütün bu tikililəri zəbt eləyib. İndi Prezident İdarəçilik
Aparatında məsul vəzifədə çalışan Əflatun Rufuyevdən özünün soyğunçu
məqsədlərindən istifadə edir.
3. Aqil
Niftəliyev Ağsu rayonunun Avtobazasının 5 hektar tikili sahəsi ilə 35
ədəd maşını zəbt edib, Rayspolkomun bütün obyekt və sahələrini zəb edib.
Köhnə Avtovağzal, Xalçaçılıq binası, Ovçular binası, iaşə obyekti
(köhnə bazar yanı) zəbt edilib. Avtobazada bu adamın avtomabil hissələri
mağazası, setka sexi, avtoyuma, təmir, çayçı və s. obyektləri faliyyət
göstərir.
4. Kəndoba kəndində 200 hektar sahəsi və 2 balıq gölü, yaxşı malıkanəsi var.
5.
Aqil Niftəliyev Ağsu şəhərində Ağsu Çaxır Zavodunu zəbt etmiş,
torpaqları orda genişləmdirərək milyon yarimliq “TURAL PLAZA”restoranını
tikdirmişdir. Respublikada analoqu yoxdur.
6.
Ağsu şəhərində köhnə icra hakimiyyəti binasının yanında çayçı açmış,
həmşinin Pirhəsənli yoluna gedən yolun sağ tərəfində 50 sot Avtobaza ilə
üzbəüz bazanı zəbt etmiş və bacısının qaynı Arzu Əliyevə vermişdir.
7. Qohumlarının bir neçəsinə 5-7 hektar torpaq sahəsi ayırmış və bu torpaqlar bazar qiymətinə satdırılır.
8. Korrursioner Aqil Niftəliyevin maşınının qiyməti 45 000 manatdır. Bu adam deyir ki, 300 000 manatlıq maşın sürməliyəm.
9.
Azərbaycan Torpaq quruluşu və Xəritəçəkmə idarəsinin sədri Qərib
Məmmədov Aqil Niftəliyevin arxasında durur. Çünki, Aqil bacısının əri
Ağakişi Əliyev onun birinci müavinidir və onu şəxsən Aqil Niftəliyevin
Bələdiyə sədri seçilməsində himayədarıdır.
10. Qərib
Məmmədovun birinci müavini Ağakişi Əliyev öz qardaşı çayçı Atakişi
Əliyevi Ağsu ZAQS-nın müdürü vəzifəsinə gətirmiş (bu vəzifə Aqil
Niftəliyevin mərhum atasına məxsus idi). Bu adam Dağıstan Samarin
diplomu ilə işləyir.
11. Ağakişi Əliyev Ağsu şəhərindəki mehmanxananı, mal bazarını, ətrafdakı torpaqları zəbt etmişdir.
12.
Aqil Niftəliyevin bacısınıın qaynı Atakişi Əliyev Navahi yolunun
üstündə 120 metr uzunluqda böyük bir obyekt inşa edir, ora vaxtı ilə
çokəklik olduğundan 1000 maşımlarla torpaq gətirilmişdir.
13.
Azərbaycan Torpaq Quruluşu və Xəritəçəkmə Komitəsinin sədri Qərib
Məmmədov Ağsu rayonunun Rəhimağalı kəndində 200 hektar sahədə üzüm
əkmiş, 3-il üzüm kollarının yaxşı yetişdiyi halda və camaatımızda orda
işləyib, öz ailəsini dolandırırdı. Lakin Qərib Məmmədov buranı
şuçlatdırıb sğortasını aldı.
14. Atakişi
Əliyev, Arzu Əliyev Qərib Məmmədovun birinci müavini Ağakişi Əliyevin
himayəsində həm də, Ağsuda Kadaastr və Xəritəçəkmədə idarəsində işləyir,
burdakı rüşvət 500 manatdan 5000 manata kimi dəyişir.
15.
Ağsu şəhərində sosiyal iqtisadiyyata (kanalizasiya və su çəkmə)
ayrılmış 60 milyon manatlıq kapital ancaq şəhərin dağılması və viranə
qoyulması üçün sərf olunur. Yüzlərlə kasıb vətəndaşın evləri çatlamış və
dağılmışdır. Şəhərdə 5000 metrlərlə yol kənarı barıları 3 dəfə
dəyişdirilmişdir. Bu pulların hara xərcləndiyi hələdə məlum deyil.
16. Kanalizasya quyuları mühəndis lahiyəsinə uyğun qurulmamış, ora gətirilən qum yaxın Qiyaslı kəndindən gətirilmişdir.
17.
Ağsu şəhərinə Quzey kəndindən bulağın boruları keçmiş sovetlərdən qalma
borulardır ki, bunlar Hacıqədirli, Padar və Ərəbmehdibəy kəndindən
gətirilmişdir. Bu borulara görə 800 000 manat dövlətdən
mənimsənilmişdir.
18. Ağsu rayon 16 kəndində meloarasiya
boruları 2 metr torpaq altından çıxarılaraq metallom kimi satılmış,
həmin kəndlər şor sular altında məhv olur.
19.
Aqil Niftəliyev Çuxur Yurdda torpaqları mənzilləri vardır. Ağsudaki
mənzili Şah sarayindan daha dəbdəbəlidir və Bakıdakı mənzillərinin dəqiq
sayı bilinmır.
20. Mərhum Heydər Əliyevin yaşatdığı, qurduğu müasir Azərbaycanda belə zəbtkarlar milləti təxribata aparır.
21.
Çayçı Atakişi Əliyev Ağsu ZAQS-nın müdürü Aqil Niftəliyevin bacısının
qaynıdır ki, bu şəxs gömrüyü keçməyib, saxta diplomla işləyir. Adi
vətəndaşımız 1000 manat kredit götüre bilmədiyi halda 200 min AZN kredit
götürmüşdür.
22. “TURAL PLAZA” şadliq sarayı
11 metr hündürlüyündədir ona Bakıdan FHN-yi və qida nəzarəti icazə
verməmişdir. Lakin Ağsu SES-dən Ə.Seyidəliyevin təzyiqi ilə icazə
vermişdir.
23. Ağsu şəhər bələdiyəsi sədri
A.Niftəliyev 4 yerdə içtimai tualeti satmışdır. (orda mağaza və aptek
tikilib). Şəhərə gələnlər çox pis vəziyyətə düşür, amma Nuftəliyevə pul
mal mülk lazimdir.
24. Onuda qeyd edək ki,
Ukraynada təhsil almış Aqilin qohumu indidə Ağsu notarusunu zəbt
etməkdədir. Yəni saxta Ukrayna diplomu ilə.
25. Səlim Müslümov Ağsu çayını zəbt edib, onun drabilkası təbii çay ərazisindən külli miqdarda kapital götürür.
26. Səlim Müslümov qardaşı Radim Ağsu maliyyə müdürlüyündən İsmayıllı rayonuna transfer oldu.
27.
Biz vətəndaşlar soruşuruq Q.Məmmədovdan, S Müslümovdan, A.Əliyevdən,
Ə.Seyidəliyevdən ölkəni və rayonu talamaqdan nə vaxt doydum deyəcəklər.
Bu yuxarıda qeyd etdimiz məmur dəstəsi A.Niftəliyevin haram işlərini
müdafiyə edirlər.
28. Ə.Seyidəliyev rayonda gedən Dövlət
Sosiyal İqtisadi inkişafın camaata təbliğ edir ki, bu pullar
S.Müslümovun cibindən mülkündən gedir.
Hörmətli cənab Prezident!
5
AZN oğurluq etmış vətəndaşımızı bütün televizya informasiya kanallarl,
qəzetlər, polis, prokuror, məhkəmə və biz vətəndaşlar qınayırıq.
Hörmətli cənab prezident!
30
sentyabir 2013 cü ildə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı
Mübarizə İdarəsinin açılışında dediyiniz ki, prezident və məmurlar
xalqın xidmətçiləriyik. Şəffaflıq, təmizlik və dürüstlük Azərbaycanı
bırınci edəcəkdir.
Hörmətli cənab prezident!
Ölkəmizdə
minlərlə ali təsilli, bacarıqlı təmiz vicdanlı işbilən gələcəyi
nizamlamağı bacaran mütəxəsislərimiz yetərincədir və bu potensialdan
istifadə etmək lazimdır. Xalqımıza pislık getirən kriminallaşmış
yuxarıda qeyd edilmış doydum bacarmayan bu məmurlardan tez bir zamanda
qəti tədbir görəsiniz.
Faktları nəzərə alaraq
tələb edirik: Bu korrupsionerlərin Azərbaycan qanunlarına riayət
olunmaqla cəzalandırılsın. Biz buna əminliklə inanırıq.
Yazıda adı keçən şəxslərin və dövlət qurumlarının mövqeyini dərc etməyə hazırıq…

pia.az

Short URL: http://www.cumhuriyyet.net/?p=9474

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31