Rektor-deputatın "Muğan Bank"ı bağlanır?
12.07.2014 - 11:49

Odlar Yurdu Universitetinin rektoru, deputat Əhməd Vəliyevə məxsus olan “Muğan Bank” bağlanır.
Axar.az-ın
Muğan Bankdakı məlumatlı mənbədən əldə etdiyi xəbərdə iddia olunur ki,
– See more at: http://axar.az/news/23651#sthash.DZYNQvVG.dpuf
Axar.az-ın Muğan Bankdakı məlumatlı mənbədən əldə etdiyi xəbərdə iddia olunur ki, Bankın mərkəzi ofisində və filiallarında çalışan əməkdaşlara bu barədə xəbərdarlıq edilib. Bank işçilərinə deyilib ki, işə gəlməsinlər.
Xəbərdə iddia edilir ki, Rusiya hüquq-mühafizə orqanları bəzi şəxslərin bu bankdan istifadə ilə çirkli pulları yumağa cəhd etmələrinin üstünü açıb və bu da “Muğan Bank”ın fəaliyyətinin təftişinə səbəb olub.
Xatırladaq ki, qurumun iki əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2011-ci ildə həbs olunmuşdu. “Musavat.com”un məlumatına görə, onların barəsində seçilən həbs qətimkan qərarı sonradan dəyişdirilib və onlar azadlığa buraxılıblar.
Bankın bağlanmasının səbəbləri sırasında son vaxtlar sadalanan ümumi tənqidlərin “Muğan Bank”a da aid olması, həmçinin Azərbaycanda bankların sayının azaldılacağı və qərarların sərtləşdiriləcəyi fonunda növbəti tələblərə cavab verməməsi də göstərilir.Bankın mətbuat xidmətinin adını açıqlamaq istəməyən əməkdaşı isə axar.az-a açıqlamasında yayılan məlumatın həqiqətə uyğun olmadığını desə də, əlavə sualları cavablandırmadı.
Short URL: http://www.cumhuriyyet.net/?p=9486