Ermənilər 7 rayonumuzu qaytaracaqlarmı?

12.07.2014 - 13:07

Bakı sakinləri arasında buna inananlar da var, inanmayanlar da

Bakı sakinləri arasında buna inananlar da var, inanmayanlar da

Bir müddət əvvəl ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Dağlıq
Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasının münaqişəninin
həlli ilə bağlı 6 elementdən biri olduğunu bəyan edib. Onun ardınca
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da Dağlıq Qarabağın
ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmalı olduğunu bəyan edib. 
Maraqlıdır, paytaxt sakinləri necə, rayonlarımızın geri
qaytarılacağına inanırmı?  İnsanların bununla bağlı fikrini öyrənmək
üçün  paytaxt sakinləri arasında kiçik bir sorğu keçirdik.
Paytaxt sakini Səxavət Mehdiyev torpaqlarımızın sülh yolu ilə
qaytarılacağına inanmadığını dedi: “Mən inanmıram ki, ermənilər bizim
torpaqlarımızı sülh yolu ilə qaytaralar. Qanla, dava ilə alınan
torpaqlar ancaq qanla, dava ilə qaytarılmalıdır”.
İsmayıl Allahverdiyev də ermənilərin xoşluqla rayonlarımızı
qaytaracağına inanmadığını bildirdi: “Torpaqlarımızı geri alacağıq.
Ancaq onu bizə ermənilər verməyəcək. Bir şeyi bilin ki, Qarabağın açarı
Rusiyanın əlindədir. Rusiya yumşalıb razılıq versə, qaytaracaqlar.
Ermənilər torpaqlarımızı Rusiyadan istifadə edərək saxlayır. Prezident
tez-tez bu mövzuda çıxış edir, Minsk Qrupunu qınayır ki, münaqişənin
həllinə kömək etmirlər”.
Digər paytaxt sakini Murad Məmmədov isə deyir ki, işğal altındakı
bütün torpaqlarımız qaytarılmalıdır: “Ermənilər 7 rayonumuzu qaytarmağa
sevinərlər ki, bununla da canları qurtardı. Amma biz 7 rayonu yox, bütöv
Qarabağı istəyirik. Şəxsən mən o 7 rayonu qəbul etmirəm. Prezidentimiz
də həmişə deyir ki, biz bütöv torpaqlarımızı istəyirik. Hələlik
 məsələnin sülh yolu ilə həll olunması imkanları var. Ancaq Azərbaycan
xalqının da bir səbri var”.
Əli Mürsəlov isə ermənilərin 7 rayonumuzu qaytaracaqlarına
inandığını dedi: “Mən inanıram ki, qaytaracaqlar. Çünki ora bizim
torpaqlarımızdır. Sülh və ya müharibə yolu ilə olacaq bilmirəm, amma
inanıram ki, torpaqlarımızı azad edəcəyik”.
Ənvər Qasımov isə torpaqların sülh yolu ilə qaytarılmasının
tərəfdarı olduğunu dedi: “Hər kəs istəyər ki, torpaqlar sülh yolu ilə
qaytarılsın. Kim istəyər ki, yenidən qan tökülsün, şəhidlər verək. Əgər
sülh yolu ilə mümkün olmazsa, o zaman Ali Baş Komandanımız əmr versə,
biz də bir əsgər kimi gedib torpaqlarımızın azadlığı uğrunda döyüşərik”.
Digər paytaxt sakini Tural Əliyev də ermənilərin 7 rayonumuzu
qaytaracağına inanmayanlar sırasındadır: “Qan tökülməklə alınan
torpaqlar sülh yolu ilə qaytarıla bilməz. Mən buna inanmıram. Nə zaman
müharibə başlayarsa, mən getməyə hazıram”.
Cəlal Mirzəyev isə torpaqların müharibəsiz qaytarılacağını dedi:
“Qardaşım Qarabağ əlilidir. Özüm də orduda olmuşam. Yəqin ki,
torpaqlarımız həmişə erməni işğalında qalmayacaq. Nə vaxtsa
qaytarılacaq. Ordumuz çox güclüdür”.
Digər paytaxt sakini Hüseyn Babayev isə prezidentin torpaqları tapdaq altında qoyacağına inanmadığını bildirdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=9492

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31