Rəsmi Bakı girov Azərbaycan vətəndaşı ilə bağlı BQXK-ya müraciət edib

12.07.2014 - 13:09

Azərbaycanın hakimiyyət orqanları Azərbaycan vətəndaşının girov
götürülməsi barədə mediada olan məlumatı aydınlaşdırmaq üçün Beynəlxalq
Qızıl Xaç Komitəsinə (BQXK) müraciət ediblər.

BQXK-nin
Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, müraciətdə məlumat
təsdiqini taparsa, BQXK-dan öz mandatına uyğun prosedurları həyata
keçirmək xahiş olunub: “BQXK neytral vasitəçi olaraq Dağlıq Qarabağ
münaqişəsi ilə əlaqədar saxlanılan mülki şəxslərə və hərbi əsirlərə baş
çəkir, onların şəraiti ilə maraqlanır və ailələri ilə əlaqə yaradır”.
Qeyd
edək ki, Ermənistan bir Azərbaycan vətəndaşının girov götürülməsi
haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxs Tərtər rayon sakini
Quliyev Şahbaz Cəlal oğludur. Onun Kəlbəcər rayonu ərazisində girov
götürüldüyü bildirilir.
Erməni mediası girov
götürülmüş şəxsin fotolarını da yayıb. Fotolarda Ş.Quliyevin mülki
geyimdə olduğu görünsə də, erməni tərəfi onun kəşfiyyatçı olduğunu iddia
edir.
Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə
bağlı yaydığı açıqlamada bildirib ki, Ermənistan kütləvi informasiya
vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Silahlı
Qüvvələrində xidmət etmir.

Short URL: http://www.cumhuriyyet.net/?p=9493

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31