Azərbaycanda təhsillə bağlı biabırçı statistika
2012-ci ildə 117 min nəfər şagird IX sinif üzrə buraxılış imtahanı
verib və onlardan 85 mini bu il keçirilən buraxılış imtahanında iştirak
edib.
məlumata görə, XI sinif üzrə buraxılış imtahanında iştirak etməyən
şagirdlərdən 5 mini orta ixtisas məktəblərində, 5 mini peşə liseyində
oxuyur. Təxminən 150 şagird isə 10-cu sinifdə qalıb. 2012-ci ildə IX
sinifdə “Ana dili”ndən “iki” alanların sayı 19-20 faiz idisə, bu il XI
siniflər üzrə buraxılış imtahanlarında iştirak edənlərin 16%-i “Ana
dili”ndən “iki” alıb. Riyaziyyatdan 2012-ci ildə iki alanların sayı 32
faiz olub, bu il onların sayı təxminən 19-20 faizdir. Bu faizinin
azalması bizi aldatmamalıdır. Bu uşaqların bir qismi məktəbi tərk edib.
ildə IX sinfə imtahan verərək “iki” alan və bu ildə XI sinif üzrə
buraxılış imtahanında iştirak edənlərin 45 faizi yenidən “iki” alıb.
Onların 47 faizi “3”, 7 faizi “4”, hətta 1 faizi “5” alıb: “Bu, “Ana
dili”ndən olan nəticələrdir. Bu iki il ərzində oxumaq istəyən uşaqlar öz
üzərində işləyiblər. Nəticədə onların 45 faizinin nəticəsi eyni
səviyyədə qalıbsa da, qalanları öz nəticələrini müsbətə doğru
dəyişiblər.
üzrə keçirilən buraxılış imtahanında “Riyaziyyat”dan “iki” alan
şagirdlərin 42 faizi bu il 11-cı sinif üzrə keçirilən buraxılış
imtahanında da eyni nəticəni göstəriblər. İki il əvvəl 9-cu sinif məzunu
olmuş həmin 11-cı sinif şagirdlərinin 44 faizi “üç” , 12 faizi “dörd”,
1,5 faizi isə “beş” qiyməti alıb.
buraxılış imtahanında 3 qiyməti alanların 52 faizinin “Ana dili”ndən, 42
faizinin isə “Riyaziyyat”dan nəticəsi 11-ci sinifdə də həmin səviyyədə
qalıb. 2012-ci ildə imtahan vermiş şagirdlərin 24 faizi “Ana dili”ndən,
35 faizi “Riyaziyyat”dan dörd qiyməti alıb və iki il ərzində öz
nəticələrini yaxşılaşdırıblar. 5,1 faiz “Ana dili”ndən, 6,4 faizi isə
“Riyaziyyat”dan “beş” qiyməti alıb.
30 faizi iki il öz üzərində işləyərək “Ana dili”ndən, 40 faizdən çoxu
“Riyaziyyat”dan öz nəticələrini yaxşılaşdırıb. Amma 17,8 faiz “Ana
dili”ndən, 16,4 faizi “Riyaziyyat”dan öz nəticəsini pisləşdirib və 11-ci
sinif buraxılış imtahanında iki qiyməti alıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9494