"Xilafət" İraq neftindən gündə 1 milyon dollar qazanır
“The Daily Telegraph” qəzetinin müxbiri Damien McElroy məlumat verir ki,
İslam Dövləti təşkilatı zəbt etdiyi ərazilərdə çıxarılan nefti Türkiyə
və İran vasitəsilə qaçaqmalı kimi bazara çıxarır.
Neft
sənayesi ekspertləri deyirlər ki, az əvvəl İraq və Şam İslam Dövləti
(İŞİD) kimi tanınan cihadçı təşkilat Mosulun cənubundakı tankerlərin
neftini az qala su qiymətinə – bareli 25 dollara satır.
Məqalədə
deyilir ki, İraqın Kürdüstan regionundakı araçılar sonradan bu nefti
təkrar emal edərək daha qiymətli benzin və dizel yanacağına çevirir və
yaxşı qazanc götürürlər.
“Iraqi Oil Report” məcmuəsinin
məlumatına görə, günü 1 milyon dollarlıq ticarət Kürdüstan regionu ilə
həmsərhəd Tuz Xurmatu şəhərində cəmləşib. Neft tacirləri İslam
Dövlətinin tanker karvanlarını məhz burda qəbul edirlər.
İraqın
neft təhlilçilərindən Shwan Zulal deyib ki, İslam Dövləti silah gücünə
əldə etdiyi ərazidə ölkənin əsas neft mədənlərinə sahib olub.
KƏRKÜK-CEYHAN BORU XƏTTİ XİLAFƏTİN NƏZARƏTİNDƏ
Ötən
ay cihadçıların Mosulu işğal etməsi onlara İraqın ən böyük
Kərkük-Ceyhan kəmər xəttinə, həmçinin ölkənin ən mühüm neft emalı
zavodlarından Baiciyə nəzarət imkanı verib.
İslam Dövləti həmçinin Suriyanın Fərat Neft Şirkətinə aid mədənləri də ələ keçirdiyini bildirib.
Şərhçilər
bu qənaətdədirlər ki, yaranmış vəziyyət İslam Dövlətini genişləndirmək
və möhkəmləndirmək üçün cihadçılara silahla yanaşı, neft ticarəti
üstünlüyü də verəcək.
Bir sıra başqa məlumatlara görə, cihadçılar
zəbt etdikləri ərazilərdə yerli əhalini elektrik enerjisi ilə təmin
etmək üçün nəhəng dizel generatorları quraşdırırlar.
ŞİƏLƏRİN ÖZ NEFTİ
Bu
da qeyd edilir ki, İraqda neft ixracı Saddam Hussein devriləndən bəri
ilk dəfə olaraq gündə 3 milyon barrel artıb və bu neft bazarlara ölkənin
şiə cənubundakı mədənlərindən çıxarılır. Bu neft ixracı tamamilə Bağdad
hökumətinin nəzarətində olsa da, şimalda zəbt etdiyi mədənlər sünni
cihadçılara yerli əhalinin könlünü ələ almaq imkanı verib.
“Maplecroft”
şirkətinin İraqdakı risk təhlilçisi Jordan Perry deyir ki, indi İslam
Dövləti “Həmas” təşkilatının cihadçı versiyası kimi özünütəsdiq
imkanlarına malikdir.
Təhlilçi xatırladır ki, “Həmas” da kommunal
xidmətləri və sosial təminat proqramlarını tətbiq etməklə vaxtilə Qəzza
zolağında nəzarəti ələ götürmüşdü.
ƏN ZƏNGİN TERROR TƏŞKİLATI
Onun
fikrincə, İraqın şimalındakı neftdən günə 1 milyon dollar əldə edən
İslam Dövləti təşkilatı indi artıq bir növ büdcə gəlirlərinə malik
olacaq.
Bu isə o deməkdir ki, yaraqlılar və şeyxlər onlara verilən pulun müqabilində Bağdadla bütün əlaqələrini kəsməyə hazır olacaqlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=9500