Türkiyənin İŞİD qorxusu

13.07.2014 - 00:19

Allaha inanmaq budurmu, müsəlmanlıq budurmu?”

Türkiyə
prezidentliyinə namizəd Səlahaddin Demirtaş bu gün etdiyi çıxışında
“İraq və Şam İslam Dövləti” (İŞİD) silahlı qurplaşmasının növbəti
hədəfinin Türkiyə olacağını vurğulayıb.
ANS
PRESS-in məlumatına görə, Öcalana yaxın HDP partiyasının həmsədri olan
siyasətçi deyib: “İŞİD bu gün kürdlərə hücum edir. Bu gün Kobani İŞİD-in
əlinə keçərsə, 15 gün sonra İŞİD Xatayda, 1 ay sonra Adanada olacaq. Bu
işin zarafatı yoxdur. Vəziyyət bu qədər təhlükəli və dəhşətlidir”.
O,
prezidentliyə digər namizəd, hakimiyyətdə olan partiya AKP-nin lideri,
baş nazir Rəjəb Tayyib Ərdoğanın İŞİD-ə qarşı yumşaqlıq göstərməsinə də
toxunub: “Baş nazir Ərdoğanın İŞİD-lə əlaqədar çağırışı işin tragik bir
istiqamətidir. Deyir İŞİD-ə qarşı sərt sözlər söyləməyin. Başkəsən,
insanların başı ilə top oynayan, insanlıq şərəfini ayaqlar altına alan
bu təşkilata Allaha inandıqları üçün Allah adına çağırışmı edəcəyik?
Allaha inanmaq budurmu, müsəlmanlıq budurmu? Kimi aldadır baş nazir?
İŞİD-i İslami bir təşkilat olaraq təqdim etməsi İslamiyyətə zidddir.
Türkiyədə İslama inanan bütün müsəlmanların ayağa qalxması lazımdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9506

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31