Ərdoğandan Atatürkə satqınçılıq ittihamı

14.07.2014 - 00:28

“CHP azərbaycanlıları tərəfsizlik
naminə Stalinin əsgərlərinə təslim etdi”

“1944-cü ildə 146 azəri qardaşımız rus zülmündən qaçaraq
Türkiyəyə sığındılar. Və Türkiyə həmin azərbaycanlıları tərəfsizlik
naminə Stalinin əsgərlərinə təslim etdi. Həmin dönəm Cümhuriyyət Xalq
Partiyasının iqtidar dönəmi idi. İndi CHP-yə səs verən vətəndaşlara
səslənirəm: keçmişi yaxşı dəyərləndirmək lazımdır”

Türkiyənin hakim partiyası AKP-nin prezidentliyə namizədi Rəcəb
Tayyip Ərdoğan Antaliyada yerli əhali ilə görüşü zamanı
azərbaycanlıların ruslar tərəfindən güllələməsindən danışıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,
Ərdoğan vurğulayıb ki, həmin dönəmi xatırlayaq: “Azəri qardaşlarımız
Boraltan körpüsündən qarşı tərəfə keçdilər və əsgərlərimizin gözü
qarşısında güllələndilər. Onlar qarşı tərəfə nə dedilər
bilirsinizmi? “Bizi onlara saxlamayın, siz güllələyin” deyə
yalvarırıdılar. Hətta bu acı xatirədən bir şərqi də qalmışdı. “Önünə
qatdı məni, qardaşım satdı məni…” şərqisi. Ah, CHP, nə deyim, sən
azəri qardaşlarını Stalinə satacaqsan və onlara tamaşa edəcəksən. Ondan
sonra da, biz bu ölkədə beləydik, eləydik deyib özünü dağın başına
qoyacaqsan hə? Keçmişi heç kim unutmur”.

Ərdoğan vurğulayıb ki, biz qardaşlarını satanlardan
olmayacağıq. O, çıxışında Fələstin məsələsinə toxunaraq bildirib ki,
qurda mərhəmət etmək quzuya zülmdür. Ona görə, biz heç vaxt qurda
mərhəmət etməyəcəyik.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=9508

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31