Quba doğum evində ölüm kabusu

14.07.2014 - 02:02

Rəhimə Cəfərova aylardır niyə işə çıxa bilmir?

 

Dövlətə
məxsus səhiyyə obyektlərində pulsuz olan xidmətlər əslində vətəndaşlara neçəyə başa gəldiyi hər kəsə bəllidir. Azərbaycanda bir körpənin
doğulmasının valideynə neçəyə başa gəldiyi dəfələrlə müzakirə olunub. Amma hər
zaman aktual olaraq qalan bu problemə yenidən qayıtmağa çalışdıq. Çünki doğum
prosesilə bağlı qiymətlərin bir qədər də artdığı müşahidə olunur. Bölgələrdəki
doğum evlərində həkimlərin korrupsiya faktları eləcədə müraciət edənlərin şikayətləri
daha çoxdur. Quba rayonun mərkəzi xəstəxanasının doğum şöbəsinin həkimlərinin
özbaşnalığı artıq pik həddə çatıb. Buradakı özbaşşnalıq halları ilə bağlı rayonda
bütün qubalılar və hüquq mühafizə orqanları bilirlər. Amma… nə faydası heç bir tədbir görülmür. 

 

Quba rayonun mərkəzi xəstəxanasının doğum şöbəsi ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatlarda xüsusilə diqqət çəkən məqam şöbənin baş həkimi Rəhimə Cəfərovanın 2 aya yaxın bir müddətdə işə çıxmamasıdır. Mənbəmiz bildirir ki, baş həkimin foğum şöbəsində rəsmi işinin başında olmaması may ayının 23-də burda baş verən ana və uşaq ölümü ilə bağlıdır. Belə ki, həmin gün Quba rayonu, Nügədi kənd sakini Qızxanım Qayıbova qeysəriyyə əməliyyatına hazırlıq ərəfəsində qəfil dünyasını dəyişib. Qadının bətnindəki uşağı da xilas etmək mümkün olmayıb. Mərhum ananın yaxınları baş verən hadisədə məhz R.Cəfərovanı ittiham edirlər. Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, həkimlər doğuş zamanı ölən qadının yaxınlarına uşağın qeysəriyyə yolu ilə dünyaya
gətiriləcəyini deyiblər: “Bunun üçün hətta onlardan pul da alıblar”. Hadisədən  3 gün öncə mərhum anaya əməliyyatdan öncə iynə
vurulub. İynədən sonra uşaq ana bətnində ölüb. Bir az sonra isə
vəziyyəti ağırlaşan ananın da həyatını xilas etmək mümkün olmayıb.
Yaxınları ananın və uşağın ölümünə görə həkimləri günahlandırırlar. Buna görə də həmin hadisədən sonra demək olar ki, hər gün şöbənin qarşısına gəlib ittihamlarını üzbəüz demək üçün baş həkimi gözləyirlər. Rəhimə Cəfərova da bu ittihamlardan yayınmaq üçün işə çıxmır”

Mənbəmiz bu yaxınlarda Quba doğum evində baş verən başqa bir ölüm hadisəsindən də danışdı: “Bir müddət öncə başqa bir ananın dünyaya gətirəcəyi ekiz övladından biri doğuş zamanı dünyasını dəyişib. Öncədən təcrübəli həkimlər doğuşun qeysəriyyə yolu ilə olmasını vacib biliblər. Amma Quba doğum evində Lalə adlı həkim əməliyyatı (həm də əməliyyatdan gələn gəliri) öz üzərinə götürüb və nəticədə ekizlərdən biri dünyasını dəyişib. Digər körpənin həyatı isə çətinliklə xilas edilib.”

 

Yazıda
adı hallanan şəxslərin də mövqeyni dərc etməyə hazırıq

Short URL: http://www.cumhuriyyet.net/?p=9511

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31