Rusiyanı hansı təhlükələr gözləyir?
Ölkədə 1 mln 141 min 400 hektar torpaq xarici şirkətlərə satılıb
Ölkədə 1 mln 141 min 400 hektar torpaq xarici şirkətlərə satılıb
Ümidini bu ölkəyə bağlayanlara Rusiya nəşrlərindən bəd xəbər
Beynəlxalq aləmin sanksiyaları ilə üzləşən, nəticədə onsuz da
ürəkaçan olmayan durumunu bir qədər də ağırlaşdıran Rusiyanın gələcəkdə
daha ciddi problemlərlə üz-üzə qalacağını artıq yerli mətbuat da dilə
gətirir. Rusiya nəşrləri ölkənin problemlərini daha çox qabartmağa
başlayıb. Xüsusilə son vaxtlar əhalinin acınacaqlı durumundan, hökumətin
bu problemlərə yetərincə diqqət ayırmadığından bəhs edən yazılar artıb.
Azərbaycanın gələcəyini Rusiya ilə birgə görmək arzusunda olanların
belə məlumatlarla tanış olması daha yaxşı olar.
Uşaqlar BMT-nin himayəsində
Rəsmi məlumatlara görə, Rusiyada 2 min 338 uşaq evi var və orda
ümumilikdə 55 min 126 valideyn himayəsindən məhrum olan uşaq
saxlanılıır. Kimsəsiz uşaqların saxlanılması üçün Rusiya hökuməti hər il
60 mln rubla yaxın (1 mln 386 min manat) vəsait ayırır. Ancaq təkcə
Moskvada sahibsiz heyvanların sterilizasiyasına ildə 87 mln rubl (2 mln
100 min manat) xərclənir. Orta hesabla hər itə təxminən 13 min rubl
düşür.
Rusiyada uşaqların valideynlərdən alınmasına gətirib çıxaracaq
yuvenal texnologiyalar tətbiq edilib. Baxmayaraq ki, ölkədə yuvenal
ədliyyə barədə qanun hələ qəbul olunmayıb. Yuvenal ədliyyənin
qaydalarına əsasən, uşaqlar məktəblərdə səlahiyyətli şəxslərin nəzarəti
altında olacaq. Dövlət məmurları uşaqlardan valideynlərinin və
müəllimlərin onlarla, həmçinin ətraflarındakı uşaqlarla necə rəftar
etdiyinə dair məlumatlar alacaq. Bir sözlə, yuvenal ədliyyə işçiləri
uşaqlara valideyn və müəllimlərdən necə xəbərçilik etməyi öyrədəcəklər.
Uşaq ona ailədə hər hansı qadağanın tətbiq edildiyini desə, valideynlər
ciddi problemlərlə üzləşəcək. Hətta uşağa ailədə siqaret çəkmək, digər
pis vərdişlər qadağan edilsə, yaxud evdə qab, döşəmə yumağa, dükana
getməyə məcbur edilsə, yuvenal texnologiyalara əsasən, bununla uşaqların
hüquqları ailədə kobud şəkildə pozulur. Belə olan halda uşaq ailədən
alınacaq. “Hüququ pozulan” bir uşaqla yanaşı ailədəki digər uşaqlar da
valideynlərindən alınır. Çünki yuvenal texnoloqlar belə dəhşətli ailədə
yaşamağın bütün uşaqlar üçün potensial təhlükə olduğunu düşünür.
Uşaqların valideynlərdən alınması üçün valideynlərin işsiz qalması, evdə
pulun çatmaması, soyuducuda yetərincə meyvənin olmaması da səbəb
olacaq. Yuvenal ədliyyə dövlətə deyil, BMT-yə tabe olduğundan uşaqları
yalnız beynəlxalq məhkəmə yolu ilə qaytarmaq mümkün olacaq. Beynəlxalq
məhkəmələrdə işlərin illərlə davam etdiyi nəzərə alınsa, valideynlərin
doğma uşaqlarını geri qaytarmaq şansı sıfıra bərabər olur. Yəni uşaqları
qaytarmaq, demək olar, mümkünsüz olacaq.
11 milyon işsiz
Rusiya əhalisinin ümumi sayı rəsmi mənbələrdə göstərildiyi kimi 145
mln deyil, 132 mln nəfərdir. Onların da 58 faizi, yəni 76 mln 560 min
adam pensiya yaşındadır.
2009-cu ilin əvvəlinə ordunun ümumi heyətinin sayı 1 mln 420 min
nəfər idi. Bura hərbi təhsil müəssisələri və hərbi müəssisələrin
əməkdaşları da daxildir. FHM-də, DIN-də, Federal Təhlükəsizlik Xidməti,
Müdafiə Nazirliyi, Federal Mühafizə Xidməti, Federal Sərhəd Xidməti,
Federal Rabitə və Informasiya Agentliyi, Federal Miqrasiya Xidməti,
daxili qoşunlar, Ədliyyə Nazirliyi, prokurorluq, xarici kəşfiyyat, və
digər yerlərdə xidmət edənlərin sayı 4 mln 676 min nəfərdir. Gömrük
komitəsi, vergi müfəttişliyi, sanitar və digər müfəttişliklərdə 1 mln
238 mln adam çalışır. Nəzarət, qeydiyyat, lisenziya orqanları
məmurlarının sayı 1 mln 312 min nəfərdir. Xarici Işlər Nazirliyinin
aparatında, xarici qurumlarda, o sıradan MDB qurumlarında, BMT, Yunesko,
AŞ PA kimi təşkilatlarda 91 min nəfər çalışır. Federal nazirliklərin
əməkdaşlarının sayı 1 mln 253 min nəfərdir. Pensiya, sığorta və digər
fondlarda 1Гїmln 724 min işçi var. Deputatlarla birgə dövlət aparat və
strukturlarında çalışanların sayı 1 mln 870 min nəfərdir. Din
xadimlərinin və dini qurumlarda çalışanların sayı 412 min nəfərdir.
Ölkədə 1 mln 84 min nəfər notarius, hüquqi bürolarda çalışan vəkil və
məhbus var. Özəl mühafizə strukturlarının heyəti, detektiv və
mühafizəçilərin sayı 1 mln 775 min nəfərdir. Rusiyada 11 mln nəfər
işsizdir. Beləcə 15 mln 173 min nəfər heç nə istehsal etmir və büdcə, o
sıradan vergi ödəyicilərinin hesabına yaşayır. Ortada qalır 30 mln 37
min nəfər. Bura sənaye, biznes və kənd təsərrüfatında çalışanlar,
həmçinin məktəb yaşına qədər olan uşaqlar, məktəblilər, evdar qadınlar,
sahibsiz uşaqlar, bomjlar, məcburi köçkünlər daxildir. 2009-cu ildə
Rusiya ordusunda 1 mln 420 nəfər xidmət edirdi. Ötən müddətdə hərbi
poliqonları, tədris mərkəzlərinin sayı ilə yanaşı şəxsi heyətin də sayı
yarıya qədər azaldılıb. Hərbi aviasiya sahəsində islahatlar orda xidmət
edənlərin üçdə ikisi qədərinin ixtisara salınmasını nəzərdə tutur.
2015-ci ilin əvvəlinə Rusiya hərbi dəniz qüvvələrində təxminən 60 sualtı
qayıq və bütün 1-2 dərəcəli gəmilər yararsız hesab ediləcək. Bütün
köhnə nümunəli gəmilər istifadədən çıxarılacaq. Bu müddətdə ABŞ hərbi
dəniz qüvvələrindən 300-ə qədər gəminin artırılması nəzərdə tutulub.
Itirilən torpaqlar
Rusiyanın əkinə yararlı torpaqlarının böyük hissəsi xarici ölkələrə icarəyə verilib.
Çin 80 min 400 hektar Rusiya ərazini alaraq kənd təsərrüfatı üçün
istifadə edir. Isveçin Black Earth Farming investisiya fondu təxminən
300 min hektar, Alpot Aqro şirkəti isə 490 min hektardan çox Rusiya
torpaqlarına nəzarət edir. Rav Aqro-Pro şirkəti Israil-Amerika-Britaniya
kapitalının iştirakı ilə 150 min hektarda işlər həyata keçirir. Bundan
əlavə, Danimarkanın Trigon Agri şirkəti son iki ildə Rusiyada 121 min
hektar torpaq alıb. Beləcə 1 mln 141 min 400 hektar torpaq xarici
şirkətlərə satılıb. Yaxud 1 mln 141 min 4 kv metr Rusiyanın əkinə
yararlı torpaqları digər ölkələrə məxsusdur. Bu da Rusiyanın bütün əkinə
yararlı torpaqlarının onda bir hissəsini təşkil edir.
Çin təhlükəsi
2009-2018-ci illər üçün əməkdaşlıq proqramında Uzaq Şərq, Şərqi Sibir
və Çinin şimal-şərqi arasında razılaşma çinli dostlara ən azı Şərqi
Sibir və Uzaq Şərqdə mövcud olan xammalının topdan satışını nəzərdə
tutur. Gələcəkdə isə bu ərazilərin Çinə veriləcəyi də istisna edilmir.
Bu ərazi Baykal gölü, qızıl, qaz və kömür ehtiyatları, Yakutiya almaz
yataqları, enerji mənbələri, Sibir və Uzaq Şərqin tayqası da daxildir.
Nəzərə almaq lazımdır ki, Baykal gölü bütün keçmiş SSRI ərazisinin
içməli su ehtiyalarının 80 faizini təşkil edir. Hazırda Rusiyada təmiz
içməli su çatışmazlığı yaşanır. Bundan sonra isə heç Baykal da
olmayacaq.
Öz evində qonaq
Digər ölkələrin əraziləri zəbt etməyə hazır olan Rusiya ordusu
əslində özünü qorumaq gücündə deyil. Rusiyanın torpaqları artıq
Rusiyanın deyil. 100 milyonluq məmur aparatını və pensiyaçıları saxlayan
normal sənaye yoxdur. Ailəni dağıtmaq mexanizmi işə düşüb. Rusiyada
yaşayan hər kəs bir gün yaşadığın evdən çıxıralacağından
sığortalanmayıb. Çünki evin yerləşdiyi torpağın da xaricilərə satılacağı
tam real görünür. Bütün bunlar Rusiyanın hansı ağır durumda olmasından
xəbər verir. Artıq rusiyalı ekspertlər yaxın illərdə tədbir
görülməyəcəyi təqdirdə ölkənin fəlakətlə üz-üzə qalacağını
proqnozlaşdırır.
Short URL: http://www.cumhuriyyet.net/?p=9513