Azərbaycanın erməni xalq artistləri
müttəfiq respublikaları əməkdaşlıq etmək məcburiyyətindəydi. Dağlıq
Qarabağda sepratizmin vüsət almasına qədər iki ölkə sənətkarları
qarşılıqlı səfərlər, qasrtol turları keçirirdilər. Onlar buna görə ədəbi
adları, mükafatlarla təltif olunurdular.
Bu sırada Azərbaycana
gələrək, suyumuzdan içib, çörəyimizdən yemiş və üstəlik də “Azərbaycan
SSR-in xalq artisti” fəxri adını almış nankor erməni sənət adamları daha
çoxdur.
Modern.az saytı “Azərbaycan SSR-in xalq artisti” fəxri adı almış erməni mənşəli incəsənət xadimlərinin siyahısını təqdim edir.
Abelyan
Ovanes – 1932-ci ildə Azərbaycan SSR xalq artistidir. 1865-ci il
noyabrın 4-də Şamaxıda anadan olub. Uzun illər Bakı Erməni teatrında
səhnə alıb.
Qriqoryan Mariya İosifovna – 1935-c ildən Azərbaycan
SSR xalq artistidir. 1894-cü il iyunun 19-da anadan olub. Bakı və
Tiflis teatrlarında aktisa kimi çıxış edib.
Papazyan Vaqram
Homeroviç – 1935-ci ildə Azərbaycan SSR-in xalq artisti adını alıb.
1888-ci il yanvarın 6-da İstanbul şəhərində anadan olub. Tbilisi, Bakı,
İstanbul və Leninqrad (Sankt-Peterburq) şəhərlərindəki teatrlarda aktyor
kimi çoxsaylı obrazlar yaradıb. 1968-ci il iyunun 5-də Leninqradda
vəfat edib.
Arutunyan Xoren Oqanesoviç – 1943-cü ildə
Azərbaycanın xalq artisti adını alıb. 1891-ci ldə anadan olub. Bakı,
Yerevan, Tbilisi və Gümrü teatrlarında aktyorluq edib. 1950-ci ildə
vəfat edib.
Arzumanyan Arkadi Nikolayeviç – 1954-cü ildə
Azərbaycan SSR xalq artisti adını alıb. 1898-ci il mayın 5-də Şuşada
anadan olub. Bakı, Tbilisi və Xankəndi teatrlarında aktyorluq edib.
1956-cı ildən Leninakan (Gümrü) teatrında çalışmağa başlayıb. Arkadi
Arzumanyan 1985-ci ildə ölüb.
Arzumanyan Artaşes Nikolayeviç –
1954-cü ildə Azərbaycan SSRİ Xalq artisti. 1898-ci il mayın 17-də Şuşada
anadan olub. Bakı, Xankəndi və Gümrü teatrlarında aktyor kimi fəaliyyət
göstərib. Repertuarında Cəfər Cabbarlının “1905-ci ildə” əsərindəki
Salamov obrazı xüsusən məşhur olub. 1985-ci ildə vəfat edib.
Arutunyan
Qurgen Mixayloviç – 1955-ci ildə Azərbaycan SSR xalq artisti adına
layiq görülüb. O, 1905-ci il iyunun 22-də Gəncə şəhərində anadan olub.
Qurgen Arutunyan 1929-1949-cu illərdə Bakı Erməni teatında, 1949-1971-ci
illərdə isə Xankəndi Dövlət teatrındakı tamaşalarda aktyor kimi çıxış
edib. 1973-cü ildə dünyasını dəyişib.
Koqranyan Mixail
Aleksandroviç – 1960-cı ildə Azərbaycan SSR xalq artisti adını alıb.
1907-ci il mayın 16-da Gəncədə andan olub. Teatr aktyoru vəı rejissoru
kimi Bakı və Xankəndində çalışıb. 1974-cü ildə dünyasını dəyişib.
Osepyan
Nina Ovanesovna – 1962-ci ildə Azərbaycan Xalq artisti adına layiq
görülüb. O 1913-cü il aprelin 14-də Bakıda anadan olub və uzun illər
Xankəndi Dövlər Dram teatrının aktirsası olub. Nina Osepyan 1977-ci il
noyabrın 19-da Xankəndində vəfat edib.
Petrosyan Avak Qeqamoviç –
1962-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adı verilib. 1912-ci il
martın 29-da Ermənistanın Abovyan rayonun Gəmrəz kəndidə doğulub.
1941-ci ildən Yerevan Opera və Balet teatrının solisti olub. Ermənilər
öz aləmlərində Petrosyanı Üzeyir Hacıbəyovun “Koroğlu” operasının ən
yaxşı ifaçısı iddia edirlər.
Adamov Konstantin Haykoviç –
1972-ci ildə Azərbaycan SSR xalq artisi, Azərbaycan SSR Dövlət
Mükafatının laureatına layiq görülüb. 1923-cü il avqustun 15-də Bakıda
anadan olub. Uzun illər boyu Səməd Vurğun adına Azərbaycan Rus Dram
Teartrının aparıcı aktyoru olub.
Xaçaturyan Aram İliç – 1973-cü
ildə Azərbaycan SSR xalq artisti fəxri mükafatına layiq görülüb.
Bəstəkar kimi Aram Xaçaturyan (1903-1978) SSRİ xalq artisti, 4 dəfə
Stalin mükafatı laureatı (1941,1943,1946,1950) olub, Ermənistan SSR
Dövlət himnin müəllifidir (1944).
Ovçiyan Beniamin Afanasyeviç –
1973-cü ildə Azərbnaycan xalq artisti adını alıb. 1918-ci il noyabrın
28-də andan olub. Xankəni Dram Teatrının və bır sıra filmlərin aktyoru
olub. 2005-ci ildə vəfat edib.
Qevorkyan Zinavor Simonoviç –
1979-cu ildə Azərbaycan Xalq artisti adını qazanıb. 1920-ci ildə anadan
olub. 1937-cildən Xankəndi Dram teartının aktyoru, 1976-1986-cı illərdə
isə teartın direktoru olub.
Alaverdyan Narui İsaakovna – 1982-ci
ildə Azərbaycan SSR xalq artisti adına layiq görülüb. 1941-ci ildə
Xankəndində anadan olub. 1958-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayəti
Mahnı və Rəqs Ansamblının solisti olub. 1978-ci ildən isə “Qarabağ”
estrada ansamblının solisti kimi çıxış edib. Hal-hazırda sağdır.
Narek
Qriqoryan – tanınmış tarzən və Azərbaycan SSR xalq artistidir.
Azərbaycan Dövlət Filarmoniyasında çalışıb və sovet dövrününü bir çox
aparıcı müğənnilərini müşayiət edib.
Adam Qaribyan – opera
müğənnisi və Azərbaycan SSR xalq artistidir. 60-70-ci illərdə Axundov
adına Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solisti olub.
Səhnədə 40-dan artıq obraz yaradıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9516