Türk şirkətinə qarşı məhkəmə iddiası

14.07.2014 - 15:20

Azərbaycan vətəndaşı İlk İnşaat Taahhüt
Sanayi və Ticaret Anonim” Şirkətindən 10 mindən artıq təzminat tələb edir


 

 Bir müddət öncə “İlk İnşaat Taahhüt Sanayi və
Ticaret Anonim” Şirkəti ilə bağlı məlumat yaymışdıq. Həmin məlumatda (http://www.cumhuriyyet.net/sonxeber/9439-bakida-pkk-simpatizanli-shirketde-miqrasiya-emeliyyati.html)
sözügedən türk şirkətində baş verən qanunsuzluqları diqqətə çatdırmışdıq. İndi
isə cumhuriyyet.az-a Məhərrəmov Fariz İldırım oğlu “İlk İnşaat Taahhüt Sanayi
və Ticaret Anonim” Şirkətinin faktlarla təsdiq olunan başqa bir qanunsuzluqları
haqda məlumat daxil olub.  

Xaçmaz
rayon  Palçıq-oba kənd sakini
Məhərrəmov  Fariz İldırım oğlu iddiaçı
qismində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət  edərək, cavabdeh “İlk İnşaat Taahhüt Sanayi
və Ticaret Anonim” Şirkətinin  Azərbaycan
Respublikasındakı Filialından “İZ” aktının tərtib edilməsi, iş üzrə köçürülmuş
dövlət rüsumunun, çəkdiyim digər xərclərin və əldən çıxmış faydanın əvəzi
kimi  vurulmuş maddi və  mənəvi zərərin cavabdehdən tutularaq mənə
ödənilməsi barədə qətnamə çıxarılmasını tələb edir.  Hal-hazırda, həmin mülki  iş məhkəmə icraatındadır.     Məhkəmə baxışı zamanı ekspertiza təyin
edildiyindən, eyni zamanda, dəqiq hesablamalara əsasən, müəyyən edilmişdir ki,
əslində, işəgötürən tərəfindən əməyin mühafizəsi normalarının pozulması
nəticəsində istehsalatda baş vermiş bədbəxt hadisədə nəticəsində mənə vurulmuş
maddi zərər iddia tələbində göstərdiyim məbləğdən daha çoxdur. Həmçinin,
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji
Anatomiya Birliyinin 123/KEŞ saylı, 22.04.2014-cü il tarixli ekspert rəyindən
görünür ki, istehsalat qəzası zamanı F.Məhərrəmovun uzun müddət pozulmasına
səbəb olan sağlamlığına az ağır zərər dəymişdir. Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını
və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa
haqlıdır.  Odur ki, F.Məhərrəmov cavabdehdən
ona vurulmuş maddi zərərin əvəzi kimi tutulmalı olan məbləğ artırılaraq aşağıda
qeyd edilən rəqəmlərə uyğun olmalısını istəyir. Şikayətçi öz iddia ərizəsində
yazır:

“1-cisi,
əmək fəaliyyətimin icrası ilə əlaqədar iş başında xəsarət almışam.  Sağlamlığımın uzun müddət pozulması
səbəbindən 2013-cü ilin fevral ayından 2014-cü ilin iyul ayına qədər işləyə
bilməmişəm. Mənim əmək qabliyyətimin itirilməsinə səbəb işəgötürənin məni
əməyin mühafizəsi qaydalarını pozmaqla işə cəlb etməsidir.  Belə ki, “İlin soyuq vaxtında açıq havada və
ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və
işçilərə fasilələrin verilməsi şərtləri”nə əsasən, havanın temperaturu Selsi
ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan
artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək
üçün fasilələr verilir. Havanın  çox
soyuq və şaxtalı vaxtında işə çıxarıldığım üçün istehsalat qəzası zamanı  aldığım xəsarət 6 aydan çox (1 il beş ay)
müddətə sağlamlığımın pozulmasına və əmək qabliyyətimin itirlməsinə səbəb olub.
Qanuna əsasən,  xəstələnmə müddətim 6
aydan çox olduğu üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə əsasən
müavinət ödənilməldir.  Həmin aylar üzrə
yalnız fevral ayı üçün mənə əmək haqqı ödənilmişdir.  Nəticədə, 2013-cü ilin mart ayı da daxil olmaqla, 2013-cü ilin sentyabr ayına
qədər əmək haqqı kimi hər ay ala biləcəyim 450 AZN məbləğ,  ümumilikdə 2700 AZN  və istehsalatda bədbəxt
hadisə haqqında  akt tərtib olunsaydı,
həmin akt əsasında sığorta hadisəsi müəyyən olunardı  və xəstələnmə müddətim 6 aydan çox olduğu
üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi halına əsasən,  qazancımın 100 faizi miqdarında 2013-cü ilin
oktyabr ayı da daxil olmaqla indiki tarixə qədər hər ay müavinət kimi mənə
ödəniləcək 450 AZN məbləğ, ümumilikdə 4950 AZN  məbləğ itirilmiş
gəlir  kimi dəyərləndirilərək cavabdehdən
tutulmalıdır.

2-cisi,
İran İslam Respublikasına gedib və gəlməyim üçün – 470 AZN, əməliyyat olunana
qədər Bakı şəhərinə 3 dəfə (hər dəfəsi 60 AZN olmaqla)  taksi ilə gedib-gəlməyim  üçün-180 AZN,
əməliyyat günü (09 mart 2013-cü il) Bakı şəhərinə gəlməyim üçün -60 AZN, 22
mart 2013-cü ildə evə getməyim üçün – 60 AZN, əməliyyatdan sonra ayağımda olan karsetin dərəcələrini dəyişməkdən ötrü
(hər dəfəsi 60 AZN olmaqla) 5 dəfə klinikaya gəlməyim-300 AZN, cavabdeh
şirkətin baş ofisinə getmək üçün  – 90
AZN, 3 dəfə cavabdeh şirkətin Qusar rayonunda yerləşən ofisinə danışığa getmək
üçün – 120 AZN, məhkəməyə qədər Qusar rayon Prokurorluğuna 14 dəfə (hər dəfəsi
20 AZN olmaqla) izahat verməyə getmək üçün -280 AZN, (hər dəfəsi 30 AZN olmaqla) 3 dəfə getmək üçün – 90 AZN,  cavabdeh şirkətin baş ofisinə (hər
dəfəsi  45 AZN olmaqla) nümayəndəmin 2
dəfə getməsi üçün – 100 AZN,  2 saylı
Bakı İnzibati İqtisadi Məhkəməsinə gəlməyim üçün-60 AZN, Bakı şəhəri Suraxanı
rayon Məhkəməsinə (hər dəfəsi 60 AZN olmaqla) 2 dəfə gəlməyim üçün  -120 AZN, Xaçmaz rayon Əmək Müfəttişliyinə
şahidlərlə getmək üçün -20 AZN, Bakı şəhəri Nizami rayon Məhkəməsinə (hər
dəfəsi 60 AZN olmaqla) 6 dəfə gedib gəlməyim- 360 AZN, hər dəfəsi 35 AZN
olmaqla 4 dəfə  2 saylı Bakı İnzibati
İqtisadi Məhkəməsinə və əməliyyat olunduğum Hospitala gedib-gəlməyim üçün-140
AZN, Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinə  (hər dəfəsi 30 AZN olmaqla 2 dəfə getməyim
üçün) – 60 AZN  və səlahiyyətli
nümayəndəmə ödəyəcəyim xidmət haqqı üçün – 400 AZN , 08 iyul 2014-cü il tarixində
şahidlərlə birgə Bakı şəhərinə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə
gəldiyim üçün -60 AZN əlavə çəkdiyi xərclər kimi cavabdehdən tutulmalıdır.

Beləliklə,
səhhətimin uzun müddət pozulması səbəbindən itirilmiş gəlir   çəkdiyim əlavə xərclər kimi mənə maddi zərər qismində müvafiq olaraq
7650 AZN  və 2970 AZN, ümumlikdə,
10620  (on min altı  yüz iyirmi) AZN maddi,  keçirdiyim stress və iztirablara görə mənəvi
ziyanın əvəzi kimi 3000 (üç min) AZN dəyərində ziyan dəymişdir.

QEYD:
Dəymiş ziyandan 2013-cü ilin fevral və 2014-cü ilin yanvar ayında cavabdeh tərəfindən mənə müvafiq olaraq 50 və
30 AZN ödənilmişdir, ümumilikdə 80 AZN ödənilmişdir.

Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 1118-ci maddəsinə əsasən, fiziki
şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən
zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi
qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi
xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına,
protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi
nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi
xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq
növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı
müəyyənləşdirilsin.

Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin “c” bəndinə əsasən, işəgötürən
tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat
qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və
səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun
ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə
işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.

Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 239.1-ci maddəsinə bəndinə əsasən, istehsalatda
baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən)
olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa
şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün
çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə
də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə
xərclərin əvəzini bütövlükdə ödəməlidir. 

Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 239.2-ci maddəsinə bəndinə əsasən, işəgötürənin
təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi
nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş
işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə
müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

Odur
ki, cavabdeh “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” Şirkətinin  Azərbaycan Respublikasındakı Filialından “İZ”
aktının tərtib edilməsi və bir nüsxəsinin mənə təqdim edilməsinin cavadehə
həvalə edilməsi, maddi zərərin əvəzi kimi 10540 (on min beş yüz qırx ) AZN
manat, mənəvi zərərin əvəzi kimi 3000 (üç min) AZN və  iş üzrə köçürülmuş dövlət rüsumunun əvəzi
kimi 30 (otuz)  manat məbləğində pul
vəsaitinin cavabdehdən tutularaq  mənə
verilməsi barədə qətnamə çıxarılmalıdır.

Yuxarıda
göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
53-cü, 1118 və 1119-cü maddələrini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin
195 və 239-cu maddələrini rəhbər tutub, iddia tələbinin həcmini artıraraq
məhkəmədən XAHİŞ edirəm:

Cavabdeh
“İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” Şirkətinin  Azərbaycan Respublikasındakı Filialından “İZ”
aktının tərtib edilməsi və bir nüsxəsinin mənə təqdim edilməsinin cavadehə
həvalə edilməsi,  maddi zərərin əvəzi
kimi 10540 (on min beş yüz qırx ) AZN, mənəvi zərərin əvəzi kimi 3000 (üç min)
AZN və  iş üzrə köçürülmuş dövlət
rüsumunun əvəzi kimi 30 (otuz)  AZN
məbləğində pul vəsaitinin cavabdehdən tutularaq mənə verilməsi barədə qətnamə çıxarasınız.”

Short URL: http://www.cumhuriyyet.net/?p=9517

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31