Şok: İŞİD atom bombası hazırlayır

14.07.2014 - 16:21

İraqın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Əli Hakim BMT Baş katibi Pan Gi Muna göndərdiyi ikinci məktubda İŞİD-in Mosul Universitetindən təxminən 40 kiloluq uran komponenti ələ keçirdiyini və bundan atom bombası hazırlayacağını qeyd edib.
Axar.az xəbər verir ki, məktubda İŞİD-in təkcə uran komponentləri yox, Səddam Hüseynin vaxtından qalma kütləvi qırğın silahı yaratmaq üçün vacib olan digər maddələrin də ələ keçirdiyi qeyd olunub.
Qeyd edək ki, məktubda nüvə materiallarının terrorçular tərəfindən İraqda və xaricdə istifadə oluna biləcəyi bildirilib və bunun qarşısının alınması üçün yardım istənilib.
“Röyter” agentliyinin apardığı araşdırmaya görə, mütəxəssislər terrorçuların əlində olan uran və digər komponentlərdən asanlıqla kütləvi qırğın sılahı hazırlamaq mümkündür. Mütəxəssislərin bildirdiyinə görə, terrorçular zərərsizləşdirilməsə atom bombası qaçılmaz olacaq.
Xatırladaq ki, bu, BMT Baş katibinə ikinci belə məktubdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=9521

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31