"Putin ittifaqı"ndan Azərbaycana ilk tələb
“Trend”-in məlumatına görə, bu barədə Azərbaycanın Sənaye və İqtisadiyyat Nazirliyinin saytında yerləşdirilmiş xəbərdə deyilir.
Məlumatda
deyilir: “Avrasiya İqtisadi Komissiyası (AİK) Kollegiyasının qərarına
əsasən, həmçinin Gömrük İttifaqının gömrük sərhədlərindən keçən malların
və nəqliyyat vasitələrinin ilkin məlumat mübadiləsinin aparılması
haqqında sazişə müvafiq olaraq, 2014-cü ilin 1 oktyabr tarixindən
etibarən Gömrük İtttifaqının gömrük ərazisinə dəmiryol nəqliyyatı
vasitəsilə daxil olan mallarla bağlı məcburi ilkin məlumatlandırma
tələbi qüvvəyə minəcək. Gömrük İttifaqına üzv ölkələrin ərazisindən mal
idxal edən azərbaycanlı sahibkarlar AİK saytından əlavə məlumat əldə edə
bilərlər”.
Qəbul edilmiş müvafiq qərara görə, Gömrük İttifaqının
vahid gömrük ərazisi ilə daşıyıcı, o cümlədən gömrük daşıyıcısı onların
Gİ-nin gömrük sərhədini keçənədək iki saat ərzində bu barədə ilkin
məlumat verməlidir.
Maraqlanan şəxslər (onlara iqtisadi
operatorlar, gömrük nümayəndələri, ekspeditorlar səlahiyyəti verilmiş,
mallar sahiblik etmək, onlardan istifadə etmək və ya sərəncam vermək
hüququna malik olan şəxslər və ya başqa şəxslər aiddirlər) ərazisində
Gİ-nin gömrük sərhədi vasitəsilə mal yerdəyişməsi yerinin olduğu Gömrük
Şurasına üzv dövlətin daşıyıcısına ilkin məlumat vermənin həyata
keçirilməsi üçün malların gəlməsinə ən azı dörd saat qalmış mallar
haqqında lazım olan məlumatlar təqdim edir.
Xatırladaq ki,
Avrasiya İqtisadi İttifaqı (Aİİ) 2015-ci il yanvarın 1-dən Avrasiyaya
inteqrasiya çərçivəsində Rusiya, Qazaxıstan və Belarusun Gömrük İttifaqı
bazasında yaradılacaq və ləğv ediləcək Avrasiya İqtisadi Əməkdaşlıq
təşkilatının yerini tutacaq iqtisadi ittifaqdır.
Aİİ-nin sahəsi 20 milyon kvadrat kilometrdən çoxdur, onun ərazisində yaşayan əhalinin sayı 170 milyon nəfərə yaxındır.
Aİİ-nin yaradılması haqqında üçtərəfli saziş 2014-cü il mayın 29-da Astana sammitində imzalanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9524