Ermənilər daha bir azərbaycanlını əsir götürdüyünü açıqladı
Ermənistan tərəfi bu gün günorta saatlarında erməni
silahlı qüvvələrinin daha bir “azərbaycanlı təxribatçı”nı tərk-silah
etdiyini iddia edib.
Cumhuriyyet.az-ın məlumatına görə, oxu.az
Armlur.am-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri
Azərbaycandan Kəlbəcər ərazisinə keçmiş təxribatçını silah tətbiq
etmədən “saxlayıblar”.
Erməni KİV-in məlumatına görə, onlar
Kəlbəcər ərazisinə naməlum məqsədlə daxil olmuş təxribatçını mühasirəyə
alaraq, ona silah tətbiq etməyə ehtiyac qalmayacaq qədər yaxınlaşaraq
tərk-silah ediblər.
“Beləliklə də bu, hərbçilərin nəzarəti altına
aldığı ikinci azərbaycanlıdır. Üçüncü təxribatçı isə Kəlbəcər-Vardanis
avtomobil yolunda məhv edilib” – erməni KİV yazır.
Xatırladaq ki,
Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcərdə Azərbaycan təxribatçıları barədə
verilən bütün erməni KİV-in məlumatlarını təkzib edib. Bəyan edib ki,
Quliyev Şahbaz Cəlal oğlu Azərbaycan Milli Ordusunda xidmət edir.
Qeyd
edək ki, ermənilərin təqdim etdiyi fotoda göstərilən kişinin iyul
ayında tutulduğu iddia edilsə də, nədənsə o, qış gödəkçəsindədir. Onun
yanında duran ermənilər də heç də yay geyimində deyillər.
Short URL: http://www.cumhuriyyet.net/?p=9528