İŞİD fitva verdi: "Məsciddə Quran oxumaq haramdır"

14.07.2014 - 23:19


İŞİD terror təşkilatı cümə namazından qabaq məscidlərdə Quran oxumağın haram olmasına dair yeni fitva verib.
Axar.az “Şəbistan” xəbər agentliyinə istinadən xəbər verir ki, Əl-Ənbara məxsus polis orqanlarının əməkdaşı İŞİD-in yeni bir fitva verdiyini bildirib. Onun bildirdiyinə görə, terror təşkilatı Fəllucədə xətiblərin məscidə girişinə mane olaraq onlara Quran oxumağı qadağan ediblər.
Bundan əlavə İŞİD üzvləri əhalinin vəfat etmiş əzizlərinə məscidlərdə yas tutmasına da icazə vermir.
Mənbənin bildirdiyinə görə, İŞİD üzvləri cümə namazından əvvəl və sonra Quran oxunmasının əleyhinədir və onlar bu işin bidət olduğunu iddia edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=9530

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31