"Alik Rıjiy" ləqəbli azərbaycanlı "vor zakon" həbs olundu

15.07.2014 - 00:44

 

Məşhur azərbaycanlı “vor zakon”, “Alik Rıjiy” ləqəbli Əli Müseyib oğlu Heydərov bu gün Sankt-Peterburqda həbs olunub. Bununla bağlı virtualaz.org saytı xəbər verir ki, o, bir neçə soyğunçuluq cinayətinin təşkilində günahlandırılır.

Prokurorluqdan bildirildiyinə görə, “Alik Rıjiy” bahalı
avtomobillərin oğurluğunu təşkil edib. O, müştəriləri “su qiymətinə”
bahalı avtomobillər təklif etməklə aldadıb. Müştəriyə dəbdəbəli
avtomobil göstərərək ona sahibinin “borca görə ” maşını təcili satdığını
deyiblər. Əgər müştəri şirnikib ucuz qiymətə dəbdəbəli avtomobil almaq
istəsə, ona pullarla birlikdə gəlməyi deyiblər və görüş yeri təyin
ediblər.

Lakin görüş yerində müştərini cinayətkar qrupun üzvləri qarşılayıb və pulları qəsb edib.

Məlumata görə, Heydərov Azərbaycan vətəndaşıdır, Rusiya ərazisində
qanunsuz yaşayır və iki saxta pasportla hərəkət edir. O, 2012-ci ildə
“koronovat” olunub və “Ded Xasan”ın qruplaşmasına daxil olub.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=9537

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31