Ölü uşaq tabutda dirildi
Filippinin Avrora şəhərində hər kəsi dəhşətə gətirən hadisə baş verib.ANS PRESS-in məlumatına görə, 3 yaşlı uşaq dəfn edilərkən dirilib.
Belə ki, uşağın valideynləri onu xəstəxanaya aparıb. Həkimlər deyib
ki, uşağın xəstəliyi çox ağırdır və o, ölmək üzrədir. Bir neçə güdən
sonra uşaq ölüb. Valideynlər uşağı torpağa tapşırmaq üçün dəfn mərasimi
təşkil edib. Lakin dəfn mərasiminə toplaşanlar uşağın tabutda gözünü
açdığını görür. Uşaq qışqırmağa və ağlamağa başlayır. Hər kəs şoka
düşür. Özünə gələn uşağın valideynləri ona içmək üçün su verir və
xəstəxanaya aparırlar.
Videonu sizə təqdim edirik.
Short URL: http://www.cumhuriyyet.net/?p=9538