Dünya müharibəsinə bir addım qaldı

15.07.2014 - 01:13

Suriya İsrailə raket atdı, İsrail də cavab olaraq Suriya torpaqlarını hədəfə alıb

Suriya İsrailin nəzarətində olan Golan təpələrinə mərmi atıb. ANS
PRESS-in məlumatına görə, İsrail tərəfi də cavab olaraq Suriyadakı
hədəflərə hücum etdiyi bildirilir. 

İsrail ordusundan verilən açıqlamada Suriya tərəfindən atılan
mərminin Golan təpələrində bir əraziyə düşdüyü, hadisə zamanı ölən, ya
da yaralanan olmadığı bildirilib. İsrail ordusu cavab olaraq Suriya
torpaqlarının hədəf alınmağa davam ediləcəyini bəyan edib.

Qeyd edək ki, İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi
əməliyyatlar zamanı 175 dinc fələstinli ölüb, 1280 nəfər isə yaralanıb.
Fələstindən İsrailə atılan raketlərin heç biri hədəfə çatmayıb. Daha
doğrusu, İsrailə istiqamətlənmiş raketlər hava hücumundan müdafiə
sistemləri tərəfindən zərərsizləşdirilib. 

Bu arada ABŞ dövlət katibi Con Kerri İsrail ilə Fələstin arasında atəşkəsi təmin etmək üçün sabah Misirə gələcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=9540

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31