ABŞ Həsən Hüseynliyə görə hökuməti qınadı

15.07.2014 - 01:58
Birləşmiş Ştatlar ölkənin bütün
vətəndaşlarının hüquqlarına daha böyük hörmət göstərilməsini istəyir

 
ABŞ səfirliyi iyulun 14-də 6 il həbs cəzası kəsilmiş QHT rəhbəri
Həsən Hüseynli ilə əlaqədar bəyanat yayıb. Səfirlik bildirir ki,
Azərbaycanda mülki cəmiyyətə təsir göstərən daha bir hadisə baş verib,
Gəncədə böyük hörmət göstərilən QHT lideri Həsən Hüseynliyə 6 il həbs
kəsilib. “Ona qarşı xuliqanlıq ittihamları son dərəcə şübhəli görünür”,
deyə səfirlik bildirir.

“Bakıdakı ABŞ səfirliyi tələbə mübadiləsi və ingilis dili təlimləri
sahəsində Hüseynli ilə yaxından işləyib. Onun mülayim xasiyyətini və
vətəndaş cəmiyyətinin iştirakı və maarifləndirmənin təbliği sahəsində
gördüyü işi nəzərə alaraq, Hüseynlinin, istintaqın dediyi kimi, yerli
sakinə qarşı bıçaqdan istifadə etdiyinə inanmaq praktik olaraq mümkün
deyil. Hüseynli Azərbaycanda uzun müddətə həbsə atılan vətəndaş
cəmiyyəti fəalları sırasındadır”, bəyanatda deyilir.

“Azərbaycanın tərəfdaşı olan Birləşmiş Ştatlar ölkənin bütün
vətəndaşlarının hüquqlarına daha böyük hörmət göstərilməsini istəyir.
Biz güclü şəkildə inanırıq ki, fundamental azadlıqların təminatı
Azərbaycanın uzun müddətli sabitliyi və çiçəklənməsini təmin edəcək. Biz
bu məqsədlərə çatılması üçün Azərbaycan hökuməti və xalqı ilə işləmək
öhdəliyinə sadiq qalırıq”, ABŞ səfirliyi bildirir.

LEYLA YUNUS: HƏSƏN HÜSEYNLİ “VİCDAN MƏHBUSU”DUR  

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Həsən
Hüseynlinin həbsini ziyalılara qarşı repressiyanın başlanğıcı kimi
dəyərləndirir:

“Bu, onu göstərir ki, bu hakimiyyət üçün təkcə müxalif partiya
üzvləri, insan hüquqları ilə məşğul olan şəxslər, bloqqerlər,
jurnalistlər təhlükəli deyil. Aydın olur ki, müstəqil, əhali arasında
hörməti olan ziyalılar da bugünkü kriminal rejimə təhlükə yaradır.
Ziyalıların həbs olunması Stalin dövrünü xatırladır. Bax, indi biz həmin
dövrə geri qayıdırıq. Bu gündən etibarən biz Həsən Hüseynlini “vicdan
məhbusu” kimi öz siyahımıza əlavə etdik. Vəziyyət belə davam edərsə,
 siyasi məhbusların sayı artacaq. Bu həbs ziyalılara qarşı başlanan
repressiyanın siqnalıdır”.

ƏLİ KƏRİMLİ: BUNUNLA DÜNYA BİRLİYİNƏ ONLARIN MESAJLARINI QƏBUL ETMƏDİYİ CAVABINI GÖNDƏRİRLƏR”

AXCP sədri Əli Kərimli bu həbsi Azərbaycan hakimiyyətinin siyasi
məhbusların azad edilməsini tələb edən beynəlxalq aləmə meydan oxuması
kimi dəyərləndirir:

“Bu birmənalıdır ki, Həsən Hüseynli cinayət törətməyib. O, Gəncədə
böyük maarifçilik şəbəkəsi yardır, insanların savadlanmasına, yaxşı
təhsil almasına kömək edirdi. Bu da indiki hakimiyyətin nəzərində
cinayət hesab olunur. Həsən Hüseynlinin həbsinə təkcə bir  nəfər işıqlı
azərbaycanlının, vətəndaş cəmiyyəti fəalının həbsi kimi baxmaq düzgün
deyil. Son vaxtlar Azərbaycan hökumətinə qarşı siyasi məhbuslarla bağlı
xeyli təzyiqlər olub. Beynəlxalq aləmdə siyasi məhbusların azad edilməsi
ilə bağlı tələblər davam edərkən Azərbaycan hakimiyyəti daha bir hüquq
müdafiəçisini qondarma ittihamlarla həbs edir. Sanki, bununla dünya
birliyinə onların mesajlarını qəbul etmədiyi cavabını göndərirlər”.
(azadliq.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=9543

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31