Cəlilabadda təhsil korrupsiyası
Adı büdcə mənimsənməsində hallanan rayon təhsil şöbəsinin rəhbəri Vidadi Dövlətov icra başçısının
adından pul yığır
Adı büdcə mənimsənməsində hallanan rayon təhsil şöbəsinin rəhbəri Vidadi Dövlətov icra başçısının
adından pul yığır
Ölkənin təhsil
sistemındə baş verən özbaşınalıqlar artıq hər kəsə məlumdur. Xalqımızın gələcək
taleyini sual altına atan bəzi təhsil ocaqları bu sahədə öz şəxsi biznes
imperiyalarını qurublar. Azərbaycan
gənci sağlam düşüncəli, elmi biliklərə yiyələnmək əvəzinə ilk gündən qədəm
qoyduğu məktəbdə rüşvətlə rastlaşır. Bu gün məhz təhsildə bu
problemlərin mövcudluğu ölkəmizin təhsil sistemini demək olar ki, dəfn edir.
Təhsil sistemində ciddi
problemlər yaşanan bölgələrimizdən biri də Cəlilabad rayonudur. Sözü gedən Rayon Təhsil
Şöbəsinin müdiri Vidadi Dövlətov özbaşınalıqları və müəllim əxlaqı ilə bir
araya sığmayan şəxsi keyfiyyətləri təhsilin səviyyəsini son illər ərzində ən
aşağı həddə endirib. Rayondakı mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumatlara görə, Vidadi Dövlətov
rayon təhsilini bərbad duruma salıb. Rayondakı mənbələrdən daxil olan məlumatda göstərilir ki,
Cəlilabad RTŞ-nin müdiri Vidadi Dövlətov bütün orta məktəb direktorlarından
külli miqdarda məbləğ tələb edir. Belə ki, ayın sonuna kimi kənd orta
məktəbləri 1500, şəhər orta məktəb direktorları 2000 manat rayon təhsil
şobəsinə ödəmək məcburiyyətindədirlər. Səbəbini soruşduqda Vidadi müəllimdən
konkret cavab verilib “Mənlik deyil, yolun o üzündəkinin şərtidir”. Deməli, Vidadi
Dövlətovun dediyinə inansaq tələb olunan məbləğ Cəlilabad Rayon İcra
Hakimiyyətinin Başçısı Əziz Əzizovun tələbidir. Məsələnin nə nədər maraqlı
olduğu hər birimizə aydındır. Vidadi müəllimin dedikləri inanılmaz olsa da, bir
faktı unutmaq olmaz ki, “yolun o üzü” dedikdə birbaşa icra
hakimiyyəti nəzərdə tutulub. Başqa bir məlumatda bildirilir ki, artıq bu tələbə
etiraz edən müəllimlər də olub.
Bu arada Cəlilabad
təhsil şöbəsinin müdirinin ilginc pul silmə əməliyyatlarının üstü açılıb, onun
direktorları təhdid etdiyi deyilir. Belə ki, Cəlilabad rayon təhsil şöbəsinin
müdiri Vidadi Dövlətovun dövlət büdcəsindən ayrılmış 645 min manatı
mənimsədiyinə dair iddialar var. Belə ki, Vidadi Dövlətovun bu pulların böyük
bir qismini təyinatı üzrə xərcləmədiyi deyilir. Həmin pulların 197006 manatının
“Murad İnşaat” MMC vasitəsi ilə guya, əsaslı təmir işlərinə sərf olunduğu
sənədləşdirilsə də, rayondakı orta məktəblərin acınacaqlı durumda olduğunu
bilməyən yoxdur.
Bundan başqa, Dövlətovun bu pullardan 620 min manatına inventarların alınmasını
həyata keçirdiyini də sənədləşdirib. “NAN” MMC tərəfindən həyata keçirildiyi
vurğulanan proseslə bağlı isə ilginc məlumatlar var. Demokratiya.info-ya çatan
məlumatlara görə, həmin inventarların çox cüzi bir hissəsi alınıb. Yerdə
qalanını isə sənədləşdirmək üçün Cəlilabad təhsil şöbəsinin müdiri
tabeçiliyində olan orta məktəblərin direktorlarının imkanlarından istifadə
edib.
İddialara görə, Dövlətov məktəb direktorlarını başına yığaraq, onlardan guya,
inventar aldıqlarını təsdiqləyən sənədlərə imza atmalarını və möhür vurmalarını
istəyib. Bundan imtina edənləri isə işdən çıxaracağı ilə hədələyib.
Şöbə müdirinin qazanc olaraq əldə etdiyi bir digər vəsait isə digər maşın və
avadanlıqların satın alınması ilə bağlıdır. Məlumatlarda qeyd olunur ki,
“Orxan müəssisəsi” MMC ilə anlaşma əsasında bu zaman 234497 manat pul
silinib.
Laboratoriya avadanlıqlarının satın alınması üçün “Bəyli-93” MMC
şirkəti ilə anlaşan Dövlətovun bu əməliyyatdan 147539 manat mənfəət əldə etdiyi
deyilir. Həmçinin təsərrüfat mallarının satın alınmasından 33700 manat, mətbəə
xidmətlərinin satın alınmasından isə 34700 manat qazandığı vurğulanır.
Araşdırmalarımız davam edir… Qarşı tərəfin mövqeyini dərc etməyə
hazırıq
Short URL: http://www.cumhuriyyet.net/?p=9547