"Bizi satan adamlar hələ də iş başındadır"

15.07.2014 - 09:23

Ukraynada döyüşən ermənistanlı separatçı yaraqlıların bir-birini qırmasından danışır

Donbassda, Rusiyameylli yaraqlıların sırasında döyüşən ermənistanlı
Artur Gasparyan may-iyun aylarında Donetsk ətrafında gedən əsas ağır
döyüşlərin iştirakçısı olduğunu deyir. Lakin tezliklə separatçılardan
qaçaraq Rusiyaya qayıdır. O, “Azadlıq” radiosunun müxbiri Mumin
Şakirovla söhbətində yaraqlıların necə hərbi hazırlıq keçməsi,
döyüşlərin necə təşkil olunması və başqa maraqlı məqamlar haqda danışır.

– Bəs ilk döyüşünüz nə vaxt oldu?

– Mayın 26-a keçən gecə bizi həyəcan siqnalı ilə qaldırdılar. Mənim
qrupumda 3 nəfər var idi, biri Moskvadan, o biri Lipetskdən, 3-cüsü də
Çukotkadan. Üçü də həlak oldu. Sərnişin avtobuslarına minib aeroporta
getdik. 100 nəfərlik qrupla aeroport binasına daxil olduq, bizə
osetinlər də qoşuldu. Binadakı sərnişinləri tez ərazidən uzaqlaşdırdıq,
amma terminalın əməkdaşları iş yerlərində qaldılar. Səhər saatlarında 2
təyyarə qrafiklə uçdu, biz aviaxidmətin işinə mane olmurduq. Tez bir
zamanda binanı nəzarətə alıb bütün mərtəbələrdə adamlar yerləşdirdik.
Mın öz köməkçimlə 7-ci mrətəbəyə, binanın damına qalxdıq. Qarşımızda
vəzifə qoyulmuşdu ki, təqribən 500 metr aralıdakı dispetçer qülləsini
nəzarətdə saxlayaq və ora heç kimin yaxınlaşmasına imkan verməyək. Biz
də pulemyotu quraşdırdıq.

– Donetskdə mülki aeroportu ələ keçirməyin nə mənası vardı? Axı cəbhə xətti tamam başqa yerdə idi, məsələn Slavyanskda…

– Kiyevdən gələn hərbi təyyarələrin qarşısını almaq üçün. Dedilər ki,
bizə heç kim atəş açmayacaq. Sadəcə kameralar qarşısında görünsək,
bizdən qorxacaq və dərhal da təslim olacaqlar. Biz də onları tərksilah
edib evlərinə buraxacağıq. Vəssalam! Aeroport bizimdir.

– Kim təslim olacaq?

– Aeroport ətrafındakı Ukrayna hərbçiləri. Yalandan qoltuğumuza
qarpız verirdilər ki, guya biz o qədər cəsuruq ki, hamı bizdən qorxur.
Hər şey isə bunun tamamilə əksinə oldu. Saat 2-də əvvəl vertolyotlar
gəldi, sonra da qırıcılar və başladılar hava limanını bimbalamağa. Mən
binanın damında idim, köməkçimlə birlikdə 6-cı mərtəbəyə qaçmağa macal
tapdıq. Çox güclü hücum idi, 4 vertolyot və 2 təyyarə görməyə macal
tapdım.

– Sizdə PZRK (Hava hücumlarına qarşı zenit silahlarıi) var idi?

– Bizim “Vostok” batalyonunun komandiri Aleksander Kodokovski dedi
ki, aeroportu bombalamayacaqlar, PZRK lazım deyil, ona görə də bu
silahları özümüzlə götürmədik. Kodokovskinin snayperləri var idi, DNR
tərəfinə keçən Ukrayna təhlükəsizlik xidmətinin keçmiş əməkdaşları idi,
özlərinin də xüsusi silahları var idi, mən əvvələr belələrini
görməmişdim, SVD (Draqunov snayper tüfəngləri) deyildilər. Bax həmin
snayperlər saat 1 radələrində harasa getdilər, saat 2-də isə hava
hücumları başladı.

– Sizin mərtəbədə nə baş verirdi?

– Damda mövqe tutan çeçen dərhal həlak oldu, daha 2 nəfər isə
yaralandı. Onlar əllərində olan bütün silahlardan vertolyotlara atəş
açırdılar. Mən 2-3 saniyəlik dama sıçrayıb qülləyə tərəf atəş açırdım,
orada oturan snayperlər də bizə atırdılar. Bizi sadəcə olaraq binanın
içinə məcbur edib bütün tərəflərdən bombalayardılar. Onların aeroportun
perimetri boyunca yerləşdirilmiş zenit qurğuları terminalı vurudu.
Sadəlöhv Kodokovski də hesab edirmiş ki, aeroport təzədir, Avropa
çempionatının açılışı üçün tikilib və buna görə də ağır silahlardan bura
heç kim atəş açmayacaq. Bizdə PZRK-lar olsaydı, bütün bunlar baş
verməzdi.

– Sizcə bu nə idi, xəyanət, yoxsa qeyri-peşəkarlıq?

– Bilmirəm, çox adam itirdik. Çeçenlərdən biri – çox cəsur oğlan idi,
aeroportun damına tüstü qumbaraları atıb yaralı çeçeni oradan çıxardı,
sonra da o biri həmyerlisini xilas etdi. Biz birinci mərtəbəyə düşüb
sadəcə olaraq ölümümüzü gözləyirdik. Kimsə bizim komandirə zəng etdi,
onun şərti adı “Iskra” idi, 100 nəfərə rəhbərlik edirdi. “KamAZ”
maşınlarına minmək əmri səsləndi. Artıq axşam idi, maşınlar terminalın
içində dayanmışdılar. Mən “KamAZ”a minmək istəmirdim, bilirdim ki,
təhlükəlidir. “Iskra” mənə dedi: “Əmri müzakirə etsən, səni yerindəcə
güllələyəcəyəm!”. Pulemyotu götürüb maşının yedəyinə mindim.

– “KamAZ”da neçə adam var idi?

– 2 “KamAZ” idi, hərəsində də 30-35 nəfər. Aeroportda bizim geri
çəkilməyimizi təmin edən xüsusi qrup qaldı. Gecə düşəndə onlar aeroportu
piyada sağ-salamat tərk edə bildilər. “Iskra” komanda verdi: “Aeroport
terminalından çıxırıq, ətrafda tərpənən nə varsa, hər şeyə aramsız atəş
açırıq”. Biz maşınların yedəyindəki çadır örtüklərini çıxartdıq,
könüllülər ağzınacan ora doldu. Bizim “KamAZ” yüksək sürətlə terminalı
tərk edən kimi başladıq ətrafa, havaya atəş səpələməyə. Ora açıq ərazi
idi, şosse ilə 4-5 kilometr Donetskə tərəf hərəkət etdik, maşınlar
arasındakı məsafə 500-600 metr olardı. Təsəvvür edin, şosse ilə gedən 2
“KamAZ”dan fasiləsiz olaraq ətrafa arəş açırlar. Dəhşətli səhnə idi.
Doğrudur, mən ətrafda bir hədəf görməyəndən sonra atəşi dayandırdırm.
Şəhərə girəndə gördük ki, bizim birinci “KamAZ” yolda durub. Başa
düşmədim, niyə dayanıb, ora artıq Donetskin kənarı idi, ətrafda adamlar
gəzir, yanından maşınlar keçirdi.

– Həmin maşında ölən və yaralananlar var idi?

– Biz dəhşətli sürətlə gedirdik, kimsə hələ də ətrafa güllə atırdı,
ayırd etməyə macal tapmadım. 500 metr də gedəndən sonra bizim maşını
qumbaratanla vurdular, mərmi kabinanın sürücü olan hissəsinin altına
dəydi, maşın çevrildi. Bizim bəxtimiz gətirdi, bizi maşının yedəyindən
kənara atmışdı, əzilmişdik, amma qol-qabırğamız salamat idi. Birinci
maşını vurandan sonra isə üstəlik pulemyotlardan carpaz atəşə
tutmuşdular, oradakı uşaqları snayperlərdən də vururdular. Həmin
maşındakılardan ən azı 30 nəfər ölmüşdü. Bizə də haradansa atəş
açırdılar. Mən pulemyotu atıb yaralılardan birini çiynimə götürdüm – o,
Krımdan gəlmiş könüllü idi və həyətlərə girib hara gəldi qaçırdım. Bizim
feldşer də bizə qoşuldu, onun avtomatı var idi. Feldşerin silahını
götürüb bir az da ətrafa, evlərin damlarına atəş açdım və yenidən həmin
yaralı ilə qaçmağa davam etdim.

– Şəhərin kimin əlində olduğunu bilirdiniz?

– Əmin idim ki, Milli qvardiya Donetski ələ keçirib və bizi
axtarırlar. Təcili yardım maşınlarının növbə çəkdiyi yerə gəldik, mən
adamların diqqətini cəlb etmək üçün evlərin damına güllə atdım.
Ayağından və qolundan yaralanan yoldaşımı qan aparırdı. Həkimlərə
qışqırırdim ki, onu xilas etsinlər. Qız var idi, mənə deyir: “Sakit ol,
biz özümüzünkülərdənik!”. Deyirəm: “Ola bilməz, siz satqın və
əclafsınız!”. Krımdan olan yoldaşımı maşına qoyub xəstəxanaya apardılar.
Mən tibb heyətinə “KamAZ”ların harada vurulduğunu izah etdim. Ora
dərhal 6 təcili yardım maşını getdi. Tezliklə xəstəxanalara vurulan
“KamAZ”lardan yaralılar daxil olmağa başladı. Bizimkilərdən biri ilə
rastlaşanda mənə dedi ki, birinci “KamAZ”dan cəmi 3 nəfər sağ çıxıb.
Panika və dəhşət idi! Sonradan mənə danışdılar ki, ölənlərdən biri elə
bilib ki, Ukraynalıların əlinə düşür, qumbara ilə özünü partladıb.
Əslində isə, onları elə özümüzkülər gülləbaran edirdi. Görünür, yerli
könüllülərə kimsə deyib ki, şosse ilə 2 “KamAZ” “sağ sektorçu” (Ukrayna
radikalları) gəlir. “KamAZ”dan onlara qışqırırdılar: “Biz sizdənik! Hara
atırsız?”, cavab verirdilər ki: “Siz bizdən deyilsiz. Millətçisiniz,
faşistsiniz və sair”. Demək olar ki, maşındakıların hamısını
qırmışdılar, cəmi 3-4 nəfər sağ qalmışdı. Sonra da yaxınlaşıb baxırlar
ki, həqiqətən də üstlərində Georgi lentləri (separatçıların simvolu)
var, başlarına döyürdülər: “Öz qardaşlarımızı biçmişik!”.

– Ikinci “KamAZ”da olan yoldaşlarınızın aqibəti necə oldu?

– Orada çeçenlər idi, onlardan 1-i öldürüllmüş, 2-si yaralanmışdı. 1
həkim və 1 kazak da daxil omaqla, maksimum 6 nəfər ölmüşdü. Xəstəxanda
özümə gələndən sonra avtomatımı təhvil verdim. Gecəyarısından xeyli
keçəndən sonra “Vostok” batalyonunun nümayəndələri gəlib bizi geri,
kazarlmalara apardılar.

– Bu hadisə haqda rəsmi TV kanallarda yayılan xəbərlərdə nə deyilirdi?

– Televizorda dedilər ki, üsyançılar “Qırmızı Xaç” bayrağı altında
silahsız və yaralı əsgərləri çıxarırdılar, Ukrayna ordusu da onları
güllələyib. Həmin vaxt hələ bilmirdim ki, bizi özümüzünkülər vurub.
Əminim idim ki, bunu Ukrayna milli qvardiyası edib. Mən yuxuya
getmişdim, səhərə yaxın aeroportda qalıb bizim geri çəkilməyimizi təmin
edən qrupdan 2 nəfər məni oyatdı. Onlar danışdılar ki, bir-birimizi
qırmışıq. Onda da bizdə sual yarandı ki, bundan sonra nə etməli? Biz
qərara gəlidk ki, gecə düşən kimi geriyə Rusiyaya qaçaq, piyada gedərək
gizlicə sərhəddə çıxaq. Mülki geyim tapıb əynimizi dəyişdik, bel
çantalarımızı da götürüb hərbi hissəni tərk etdik. Bizimlə “Şumaxer”
ləqəbli bir sürücü var idi, dedi ki, onun haradasa Donetsk yaxınlığında
əmisi yaşayır. 6 nəfər idik, qərara gəldi ki, bu evdə gecələyib aranın
sakitləşməsini gözləyək. Mayın 28-də səhər ertən qonşu həyətdən səslər
eşitdik: “Atmayın! Öldürməyin!”. Məlum oldu ki, bizim ardımızca xüsusi
dəstə göndərmişdilər.

– Bəs sizin yerinizi necə tapmışdılar?

– Bilmirəm, güman ki, aramızda satqın var idi. Biz əşyalarmızı və bel
çantalarımızı atıb yenidən qaçdıq. Sənədimiz yox, pulumuz yox –
küçələri dolaşandan sonra şəhərin həndəvərindəki blok-posta gəldik və
kim olduğumuzu onlara danışdıq. Oradan bizi Qorlovka şəhərinə, “Bes”
(Cin) ləqəbli komandirin yanına apardılar. Amma bu artlq tamam başqa
mövzudur.

– Bəs niyə dərhal çıxıb-getmədiniz, “Bes”in yanında daha 2 həftə qalmağınızın səbəbi nə idi?

– Başqa yolumuz yox idi. Mənim mühasirədən necə çıxmaq haqda
təsəvvürüm belə yox idi. Məlum oldu ki, “Bes” normal adamdır,
Qorlovkadan olan peşəkar hərbçi idi. Vəd etdi ki, imkan düşən kimi bizi
Rusiyaya göndərəcək. Bizim başımıza gələnləri eşidəndə dedi ki, bizi
yenidən “vostok”çuların yanına buraxan deyil. Özümüzə gələnə qədər
yanında saxladı, sonra da kim istədi – qaldı, qalmaq istəməyənlər də
mənim kimi çıxıb getdi.

– Bəs mayın 28-dən iyunun 15-dək “Bes”in yanında nə ilə məşğul idiniz?

– “Bes”in yanında mən yenidən hərbi paltar geyib silah aldım, bir
neçə əməliyyatda iştirak etdim. Orada nizam-intizam daha güclü idi, daha
yaxşı təşkilatlanmışdılar. Biz diversiyalarla məşğul idik: sakitcə
yaxınlaşırsan, döyüşçüləri mövqelərə düzürsən, partlatdın və ya
bombaladın, dərhal da aradan çıxırsan. Biz Dokuçayevsk şəhərində
Ukraynanın neft bazasını partlatdıq. Gecə sakitcə çülki maşınlarda
yaxınlaşdıq, mən pulmeyot atəşi ilə qmbaratanların işini təmin edirdim,
onlar da neft çənlərini raketlərdən vururdular.

– Dokuçayevskə Milli qvardiya nəzarət edirdi?

– Bilmək olmurdu, kimdir ora nəzarət edən, yəqin ki, hər iki tərəfin
öz nəzarəti var idi. Ancaq onu deyə bilərəm ki, neft bazası mühafizə
olunurdu. Çünki bizim hücuma oradan atəşlə cavab verdilər. Amma onlar
bilmirdilər ki, hücum hansı tərəfdəndir, hara gəldi atırdılar.

– Neft bazasının partladılmasının nə mənası?(Azadlıq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=9548

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31