Ermənistan Rusiyanı şantaj etməyə çalışır
Amma işğalçı ölkə kritik anda yenə də Kremlin köməyinə ümid bəsləyir…
Amma işğalçı ölkə kritik anda yenə də Kremlin köməyinə ümid bəsləyir…
Ermənistan
ictimai-siyasi fikrində Rusiyaya münasibətdə indiyədək özünü heç vaxt
bunca büruzə verməmiş bir məyusluq və etimadsızlıq sindromu
yaşanmaqdadır. Rəsmi səviyyədə bu ovqat Kremlin qorxusundan özünü çox
qabarıq göstərməsə də, digər səviyyələrdə, mediada, ekspert dairələrində
o, aydınca sezilir.
görünməkdədir. Biri odur ki, ermənilərin Krım məsələsindəki kimi, Dağlıq
Qarabağ probleminin həllində də Rusiyanın öz müqəddəratını təyinetmə
hüququnu ərazi bütövlüyü prinsipindən üstün tutacağına və ermənilərə
daha yaxın mövqe sərgiləyəcəyinə bağlanan ümidlər doğrulmadı. Moskva
Qarabağ məsələsində İrəvana yönəlik heç bir ciddi reverans eləmədi və
açıq işarə vurdu ki, “bu xəmir o xəmirdən deyil”.
satışını dayandırmadı və bununla regionda Ermənistanın maraqlarının
ondan ötrü xeyli arxa planda olduğunu növbəti dəfə nümayiş etdirmiş
oldu. Ermənilərə yenə öz yağlarında qovrulmaqdan savayı bir nəsnə
qalmadı.
məsələsində dəydi. Bəlli oldu ki, Rusiya üçün regionda Azərbaycan
gerçəkdən də “müttəfiq” Ermənistandan daha vacib və strateji ölkədir və
əslində Azərbaycansız Ermənistan Rusiyaya lazım deyil. Ermənistanın
quruma üzvlüyünün ertələnməsini də bir çox təhlilçilər, o sırada erməni
ekspertləri haqlı olaraq Azərbaycanın yeni quruma daxil olmaqdan
imtinası ilə əlaqələndirdilər.
geridönməz şəkildə Rusiya boyunduruğuna girməsini müvəqqəti olaraq
əngəllədi ki, bu da perspektiv planda rəsmi İrəvanın manevr imkanlarını
artıra, Qarabağ məsələsində ona daha müstəqil hərəkət imkanı qazandıra,
demək, Qərbin də istəklərinə cavab verə bilər. Bu mənada Azərbaycan
bölgədə Rusiya və Qərbdən ötrü həqiqətən açar ölkə olduğunu nümayiş
etdirdi ki, erməni analitikləri bunu da etiraf eləməkdədirlər.
Ermənistanın təhlükəsizliyini möhkəmlətməyib. Əksinə, Moskva işğalçı
ölkə istədiyi şəkildə davranmaq tövrü sərgilədiyindən, erməni tərəfdə
xof güclənib ki, Rusiya nə vaxtsa işğalçı ölkəni birtərəfli qaydada
bazarlığa çıxara bilər.
Ayrikyana görə, “Rusiya özünün siyasi maraqları naminə müttəfiqlərini
qurban verməyə hər an hazır olduğunu dəfələrlə nümayiş etdirib”. Deməli,
günün birində növbənin Ermənistana çatacağı istisna deyil.
bugünlərdə İrəvan küçələrində keçirilən sorğuda rəyi soruşulanların
əksəriyyəti “Ermənistan öz təhlükəsizliyini təmin eləməkdə yalnız özünə
güvənməlidir, nəinki strateji müttəfiq hesab edilən Rusiyaya” fikrini
səsləndirib. Onların bəzilərinin qənaətincə, Ermənistan Rusiyanın
təhlükəsizlik zəmanətinin qarşılığında sonuncuya çox böyük güzəştlər
edir.
iş qabiliyyətli əhalisinin yarıdan çoxu məhz Rusiyaya köç eləmiş
cırtdan ölkənin Azərbaycan və Türkiyənin əhatəsində öz təhlükəsizliyini
təkbaşına necə təmin edəcəyi, üstəlik, Azərbaycan torpaqlarını necə
nəzarətdə saxlamaqda davam edəcəyi çox maraqlıdır. Daha doğrusu,
irrealdır. Bunu kim başa düşməsə də erməni siyasi isteblişmenti gözəl
anlayır. Odur ki, giley-güzarla yanaşı, ümidlər yenə də Moskvaya
ünvanlıdır.
Ermənistan prezidenti Serj Sərkisyanın Latın Amerikası ölkələrinə səfəri
çərçivəsində Argentinanın “La Nacion” nəşrinə verdiyi müsahibədən də
aydınca göründü. Qarabağ zonasında yeni müharibəni istisna eləməyən
düşmən ölkənin başçısı strateji müttəfiqi Rusiyanın bostanına daş ataraq
dedi: “Bizim xalqımız belə bir faktdan çox üzülür ki, strateji
müttəfiqimiz Azərbaycana silah satır. Ancaq baxmayaraq ki, Rusiya Bakıya
silahlar və hərbi texnika satır, şübhə eləmirəm ki, bizim çətin
dəqiqələrimizdə Moskva öz üzərinə götürdüyü öhdəlikləri yerinə
yetirəcək”.
qımıldanırlar, həm də yalnız Rusiyaya bel bağlamaqdan başqa yollarının
qalmadığını etiraf edirlər. Halbuki Rusiyanın Ermənistanla quru sərhədi
yoxdur. Hətta bu da önəmli deyil. Odur ki, dünya okeanına çıxışı olmayan
bu balaca ölkə öz milli və dövlət təhlükəsizliyini bölgənin
hərbiləşdirilməsi və müharibə riskləri hesabına deyil, qat-qat az
məsrəflə və asanca qonşu Türkiyə və Azərbaycanın hesabına da təmin edə,
qısa zamanda iqtisadi rifaha qovuşa bilərdi. Bircə şərtlə – işğal
siyasətindən imtina edib qonşu ölkələrin ərazi bütövlüyünü tanısın. Buna
ki, Rusiya mane olmur.(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=9550