Hansı məmurlar heroinin qurbanı olacaq?

15.07.2014 - 13:40

Gürcüstanın keçirdiyi əməliyyat Azərbaycan hakimiyyətinin zirvəsində müzakirələrə səbəb olub

Gürcüstanın keçirdiyi əməliyyat Azərbaycan hakimiyyətinin zirvəsində müzakirələrə səbəb olub

Azərbaycan hakimiyyəti Gürcüstan Daxili Işlər Nazirliyinin (DIN)
“heroin əməliyyatı” ilə bağlı hələki susur. Qeyd edək ki, bir neçə gün
əvvəl Gürcüstan DIN-i Azərbaycandan gələrək Türkiyə istiqamətində
hərəkət edən yük maşınından 2 ton 790 kiloqram maye heroin aşkar edib.
“Mal” 93 ədəd 30 litrlik maye sabun çəlləklərində qablaşdırılıb. Olayla
bağlı iki nəfər Gürcüstan vətəndaşı həbs edilib.

“Bu həcmdə narkotik vasitənin götürülməsi  Gürcüstan üçün görünməmiş
hadisədir. Ekspert-kriminal xidmətin məlumatına görə, narkotik maddə 80
faiz təmiz heroindən ibarətdir, bazar qiyməti yüz milyonlarla
dollardır”, – deyə Gürcüstan DIN-i bəyan edib.

Bu hadisə beynəlxalq mediada da geniş işıqlandırılıb və hələ də 3
tona yaxın heroinin Azərbaycandan necə keçirildiyi gündəmin mövzusudur.
Lakin
Azərbaycanın müvafiq qurumları bu barədə danışmaq istəmir. Dövlət
Sərhəd Xidməti mətbuat xidmətinin rəhbəri  Elxan Nağıyev Turan-a
bildirib ki, onlarda bu barədə məlumat yoxdur. “Eyni zamanda  Gürcüstan 
hüquq- mühafizə orqanları  bizə  müraciət etməyiblər”, – deyə o, əlavə
edib.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Ictimaiyyətlə Əlaqələr
Mərkəzindən məsələ ilə bağlı Gömrük Komitəsinə və Dövlət Sərhəd
Xidmətinə zəng etməyi məsləhət görüblər.

DIN,  Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi də bir- birinə
“ötür-ötür əməliyyatı” edərək bütün dünyanın hadisəyə şərh verməkdən
yayınıblar.
Gürcüstanın baş naziri Irakli Qaribaşvili isə dünən 
hökumətin iclasında bu əməliyyata görə bu ölkənin DIN-ini təbrik edib.
“Çikaidzenin (daxili işlər naziri nəzərdə tutulur) nazirliyi böyük
həcmdə narkotik ələ keçirib. Bu cür böyük miqdarda heroini indiyədək
nəinki bizim ölkədə, heç qonşu ölkələrdə ələ keçirməmişdilər. Mən bu
uğur münasibətilə sizi təbrik edirəm. Bu, bizim ölkənin narkotiklərə
qarşı ciddi mübarizə aparmaq iradəsini bir daha əks etdirir” – deyə
Qaribaşvili bildirib.

“Azadlıq”ın ötən sayında məlumat vermişdik ki, bu əməliyyat
Azərbaycan hakimiyyətində şok effekti yaradıb. Iqtidar 2 tondan artıq
heroinin Azərbaycan sərhəddindən necə keçirilməsi barədə suallarla
üz-üzədir. Göründüyü kimi hələ müvafiq qurumlar məsuliyyəti
bir-birlərinin üzərinə atmaqla məşğuldurlar. Lakin nəzərə alsaq ki, bu
olay beynəlxalq aləmin də gündəmindədir və dünən də xarici mətbuat
mövzuya qayıdıb, o zaman hakimiyyətin sükut etməklə məsələni ört-basdır
edə biləcəyi inandırıcı görünmür.

Məlumatlara görə, hakimiyyətin zirvəsində bu məsələ ciddi müzakirə
mövzusudur. Lakin hələ hansı addımlar atılacağı barədə qəti qərar
yoxdur. Iddialara görə, hakimiyyət  vəziyyətdən çıxmaq üçün bu işdə
məsuliyyət daşıyan qurumların rəhbərlərini qurban verə bilər. Əslində
iqtidarın başqa çıxış yolu da yoxdur. Hakimiyyət bu yöndə addımlar
atmasa, narkomafiyanı dəstəkləyən, yaxud narkobiznesə şərait yaradan
iqtidar kimi  beynəlxalq hesabatlara düşə bilər.
Bəs kimlər qurban
verilə bilər? Azərbaycanda narkotiklərə qarşı həm DIN-də, həm də MTN-də
idarələr fəaliyyət göstərir. Bundan başqa bu işdə Dövlət Sərhəd Xidməti
və Dövlət Gömrük Komitəsinin üzərinə böyük məsuliyyət düşür. Ona görə də
belə ehtimal etmək olar ki, qurbanlıqlar bu adıçəkilən qurumlardan
seçilə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=9557

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31