İcra başçısına 3 milyon manatlıq yeyinti ittihamı

15.07.2014 - 13:58

Kağız üzərində pulların hara xərcləndiyi yazılıb, amma reallıqda bunların tərs mütənasibliyi yetərli qədər şübhələrə yol açır 

 
Xaçmazda vəziyyət heç də yaxşı deyil. Rayonda baş qaldırmış sosial narazılıq ən pik həddədir. İrnsanlar dolanışıq üçün üz tutduqları yerlərdə üzləşdikləri problemlərlə yanaşı, həm də məmur özbaşınalıqlarından ciddi əziyyət çəkirlər.

Rayondakı qaynaqlardan verilən məlumata görə, istefasını gözləyən Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin isə başı pul qazanmağa qarışıb. Rayonun yarısını özünküləşdirən və bir o qədərini də müavinləri arasında bölüşdürən icra başçısı bununla kifayətlənməyib, büdcənin də axırına çıxmağa çalışır. Əldə etdiyimiz məlumatlara görə, təkcə ötən il Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılmış 3 milyon manatın nəyə sərf olunduğu bəlli deyil. Hərçənd kağız üzərində pulların hara xərcləndiyi qeyd olunub. Amma real həyatda bunların tərs mütənasibliyi yetərli qədər şübhələrə yol açır. Əlbəttə bəzi işlər var ki, onlar həqiqətən də həyata keçirilib. Məsələn, Şəmsəddin Xanbabayev “Auto Azərbaycan”dan özü üçün “Volsvagen” markalı maşın alıb və ona 18000 manat xərcləyib. Amma tikinti işlərinin satın alınması üçün ayrılmış üst-üstğə 65 min manatın isə aqibətini onun özündən başqa kimsə bilmir.Məlumatlarda bu silmə olaylarının sayının çox olduğu göstərilir. Onların sırasında avadanlıqların satın alınması adı altında 14400 manat, digər maşın və avadanlıqların satın alınması adı altında 43390 manat, inventarların satın alınması adı altında 38400 manat, idarənin digər xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması adı altında 11500 manat, digər maşın və avadanlıqların satın alınması adı altında 8640 manatın yeyintiyə məruz qaldığını rayonda bilməyən yoxdur.Qeyd edək ki, bütün bunlar kiçik rəqəmlərdir. Əsas pullar isə 3 işdən əldə edilib. Onlardan biri Xaçmaz rayon İcra Hakimiyyətinin sifarişi ilə mənzil fondunun əsaslı təmir işlərinin həyata keçirilməsindən ibarət olub. “Maddi Texniki Təchizat-3” MMC tərəfindən həyata keçirilməli olan bu işlərə büdcədən 214500 manat pul ayrılıb. Amma nə mənzil fondları əsaslı təmir olunub, nə də buna həvəsləri var. Heç ortada pul da yoxdur.İkinci böyük iş isə yolların əsaslı təmir ilə bağlıdır. 1,1 manatlıq işləri həyata keçirən zaman yolların vəziyyətinin nə halda olduğunu bilmək elə də çətin deyil. Bircə dəfə maşın sürdükdə durumun dəhşətli səviyyədə kritik olduğu diqqəti çəkir.Rayonda həyata keçirilmiş abadlıq işlərinə də “söz ola bilməz”. Çünki Şəmsəddin Xanbabayevin “Maddi Texniki Təchizat-3” MMC ilə birlikdə 1 milyon manatlıq işləri bərbad haldadır. İddialara görə, icra başçısı bu pulların 50 faizini nağd şəkildə özünə götürüb.Xaçmazdakı vəziyyət təbii ki, bunlardan ibarət deyil. Həmçinin digər məsələlər də baş verir ki, zaman içində onlarla bağlı məlumat verəcəyik.

Short URL: http://www.cumhuriyyet.net/?p=9558

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31