Əliyev İtaliyaya niyə gedib?

15.07.2014 - 11:25

Italiyada səfərdə olan ölkə başçısı Ilham Əliyev iyulun 14-ü Romada
italiyalı həmkarı Corco Napolitano ilə geniş tərkibdə bir araya gəlib.
Italiya prezidentinin sarayında keçirilən görüşdə Azərbaycanla Italiya
arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu
inkişafından məmnunluq ifadə edilib. Iki ölkə arasında əlaqələrin
Avropa Ittifaqı-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulanıb,
Azərbaycanın Avropa Şurasında, Italiyanın Avropa Ittifaqında sədrliyi
dövründə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd olunub.

Söhbət zamanı energetika sahəsində əməkdaşlığın uğurlu inkişaf
etdiyi, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı
dəstək verdiyi bildirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsi,
Azərbaycan-Italiya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri və
qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir
mübadiləsi aparılıb.

Görüşdən sonra Corco Napolitanonun adından Ilham Əliyevin şərəfinə nahar verilib.

Ekspertlər hesab edir ki, Ilham Əliyevin Italiyaya səfəri təsadüfi
deyil. Bu ölkə Azərbaycanın ən böyük iqtisadi tərəfdaşıdır və Bakı ilə
Roma arasında sıcaq münasibətlər var. Italiya hazırda Avropa Ittifaqının
sədridir. Azərbaycanla Avropa arasında isə münasibətlər bir qədər
soyuqdur. “Əliyev məhz münasibətlərin normallaşdırılması üçün Italiyanın
vasitəçiliyindən yararlanmağa çalışır”, – deyə ekspertlər vurğulayıb.
Onlar həmçinin qeyd edib ki, bu səfər və müzakirə olunan məsələlər
göstərir ki, Ilham Əliyev Rusiya ilə o qədər də sıx əməkdaşlığa maraqlı
deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=9559

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31