İraq Kürdüstanından Azərbaycana ərazi iddiası
İraq Kürdüstanı Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb.
Publika.az
xəbər verir ki, xəyali İraq Kürdüstanı dövlətinin fotoları yayılmış pul
əskinaslarında Azərbaycan əraziləri Kürdüstan ərazisi kimi göstərilib.
“Dırav” adlanan, “Kürdistan Mərkəz Bankı” qeydi göstərilən kağız
pullarda Cənubi Azərbaycanın bir hissəsi, Naxçıvan isə bütövlükdə
“Kürdüstan dövlətinin” ərazisi kimi göstərilir.
Günaz.tv-nin yaydığı məlumatda isə deyilir Şimali İraq Kürdüstan
bölgəsinin rəhbəri Məsud Bərzaninin israrı ilə referendum keçirilməsi
ilə bərabər, sözdə yeni dövlətin əskinaslarının dövriyyəyə buraxılmasına
da ciddi hazırlıq görülür. Əslində bu pulların layihəsi 2011-ci ildən
cızılıb. Sözdə “yeni dövlət”ə məxsus əskinasların üzərində Şeyx Mahmud
Bərzənci, Molla Mustafa Barzani, Qazi Məhəmməd kimi kürd siyasi
liderlərinin rəsmləri və kürd motivləri yer alıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9567