"Məktəb direktoru müəllimlərin adına kredit götürüb, pulu onlara ödətdirir"
Bakının Xətai rayonundakı 171 saylı
orta məktəbdə (Neapol küçəsi, 8 ünvanda yerləşir) Azərbaycanda indiyədək
görünməyən hadisə baş verib.

orta məktəbdə (Neapol küçəsi, 8 ünvanda yerləşir) Azərbaycanda indiyədək
görünməyən hadisə baş verib.
həmin məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzova banklardan
müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit alaraq
mənimsəməkdə, bunun ziyanını isə müəllimlərə ödətdirməkdə
günahlandırılır.
Rzanın sözlərinə görə, məktəb direktoru müəllimlərin adına götürdüyü
kreditləri ödəməkdən imtina edir: “Direktor müəllimlərin adına kredit
götürməzdən əvvəl onlara vəd edib ki, hər ay banklara şəxsən özü ödəniş
edəcək, beləliklə də müəllimlər heç bir maddi ziyana düşməyəcəklər. Buna
görə də müəllimlər öz adlarına kredit götürüb həmin məbləği direktora
verməyə razılaşıblar. Kredit götürülərkən məktəbin təsərrüfat hissə
müdiri də zamin durub.
müəllimlərə deyib ki, mən sizə işləmək üçün şərait yaratdığımdan
kreditləri özünüz ödəməlisiniz. Nəticədə müəllimlərlə direktor arasında
narazılıq yaranıb”.
banka borcu yaranan müəllimlər bu borcları ödəmək üçün daha çox vaxtları
qalsın deyə az dərs saatı götürməklə evdə repetitorluq etməyə, yəni
uşaq hazırlaşdırmağa çalışırlar: “Müəllimlərin dediyinə görə, direktor
onlara evdə uşaq hazırlaşdırmağı təklif edib. Deyib ki, az dərs saatı
götürün, evdə uşaq hazırlaşdırıb pul qazanın, banklara olan borcunuzu bu
yolla ödəyin”.
yoxdur. Məndən başqa iki müəllim də bu məsələ ilə bağlı Təhsil
Nazirliyinə müraciət edib. Belə güman edirəm ki, nazirlikdən bu
məsələnin böyüməməsini istəyirlər. Buna görə də nazirin məsələdən
xəbərdar olmasına mane olurlar. Bunları nəzərə alıb nazirə mətbuat
vasitəsilə müraciət edərək 171 saylı məktəbdə baş verənlərin
araşdırılmasını istəyirəm. Çünki ortada yüz minlərlə manatlıq problem
var. Bu problem isə direktorun vədinə inanan müəllimlərin çiyninə
qoyulub”.
görüşdüyünü də bildirdi: “Direktor dedi ki, ötən il məktəbdə yoxlama
aparılıb. Buna görə də o, pula ehtiyacının olduğunu bildirdi. Aldadılmış
və çarəsiz müəllimlər indi çıxış yolu axtarırlar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9569