Kəmaləddin Heydərovun ad günüdür

15.07.2014 - 17:51

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun bu gün ad günüdür.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun bu gün ad günüdür.
Modern.az xəbər verir ki, o, 53 yaşını qeyd edir.
K.Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonu
Çeşməbasar kəndidnə anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı
orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji
-kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali
təhsil alıb. Əmək fəaliyyətinə 1978-ci ildə “Xəzərdənizneftqaz”
kəşfiyyatı idarəsində başlayıb, texnik və geoloq vəzifələrində çalışıb.
1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin sədri, 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası
fövqalədə hallar naziri vəzifəsinə təyin edilib. Ailəlidir 2 övladı var.
Atası Fəttah Heydərov Naxçıvanda mühüm dövlət vəzifələrində çalışıb.
1983-cü ildə Naxçıvan MR mədəniyyət naziri işləyib. Hazırda Milli
Məclisin deputatıdır.
Kəmaləddin Heydərov təkcə nazir kimi deyil, həm də bəstəkar kimi
tanınıb. Populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi
Azərbaycanın fövqəladə hallar nazirinə məxsusdur. Mahnılarını “Kamal”
imzası ilə bəstələyən nazirin nota köçürdüyü bəstələr belə demək olar
ki, hətta peşəkar bəstəkarların musiqilərni kölgədə qoya bilir.
Kəmaləddin Heydərovun mahnılarını xalq artistləri Flora Kərimova,
Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova, Ağadadaş
Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər İlqar Muradov, Aygün
Bəylər, müğənni Röya kimi tanınmış ifaçılar ifa ediblər. K.Heydərovun
özü televerilişlərdəni birində bildirib ki, o, əvvəldən müəllifi olduğu
mahnıların altında öz adının tam yazılmasını getməsini istəməyib,
bəstələr “Kamal” imzası ilə tanınıb.
53 yaşlı nazir 2011-ci ildəki ad günündə ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.
Atası Fəttah Heydərov Naxçıvanda mühüm dövlət vəzifələrində
çalışıb. 1983-cü ildə Naxçıvan MR mədəniyyət naziri işləyib. Hazırda
Milli Məclisin deputatıdır.
Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərov da
“Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” Futbol Klubunun
prezidentidir. London İqtisadiyyat Məktəbində təhsil almış Tale Heydərov
diapor işində ciddi fəaliyyət sahibidir. T.Heydərovun həm də böyük
biznesə rəhbərlik etdiyi, “Gilan” Holdinq Şirkətlər Qrupunun İdarə
Heyətinin sədri olduğu bildirilir. Holdinqə daxil olan müxtəlif
şirkətlər çeşidli məhsullar istehsal edir. Məsələn, Qəbələdki “Gilan”
piano fabrikində Azərbaycanda piano istehsalının əsası qoyulub. “Gilan”
fabriki 2009-cu ilin sentyabrında 3 pianonun hazırlanması ilə fəaliyyətə
başlayıb. Burada “Beltmann” markalı pianoların istehsalının əsası
qoyulub. Hazırda dünyada “Beltmann” markalı pianolar yalnız Qəbələdəki
“Gilan” fabrikində istehsal olunur. “Gilan” piano fabrikinin rəsmi
açılış mərasimi 2010-cu ilin fevralında olub. O zaman Prezident İlham
Əliyevə fabrikdə istehsal olunmuş piano da bağışlanılıb.
Fövqəladə hallar nazirnin kiçik oğlu Nicat Heydərov da nüfuzlu
London İqtisadiyyat Məktəbində təhsil alıb. Nicat Heydərovun biznes
sahəsində fəaliyyət göstərdiyinə dair məliumatlar var. Bildirilir ki, o,
“United Enterprises International” şirkətlər qrupunun sədr müavinidir.
O, həmçinin aksiya sahibi kimi şirkətin sahibliyini bölüşür.

Short URL: http://www.cumhuriyyet.net/?p=9570

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31