Şəmsəddin Xanbabayevin 3 milyonluq "yeyintisi"
Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin “Maddi Texniki Təchizat-3” MMC ilə birlikdə 3 milyonluq maxinasiyası

vəziyyət heç də yaxşı deyil. Rayonda baş qaldırmış sosial narazılıq ən
pik həddədir.İnsanlar dolanışıq üçün üz tutduqları yerlərdə üzləşdikləri
problemlərlə yanaşı, həm də məmur özbaşınalıqlarından ciddi əziyyət
çəkirlər.
məlumata görə, işdən çıxarılmasını gözləyən Xaçmazın icra başçısı
Şəmsəddin Xanbabayevin başı pul toplamağa qarışıb. Rayonun yarısını
özünküləşdirən və bir o qədərini də müavinləri arasında bölüşdürən icra
başçısı bununla kifayətlənməyib, rayon büdcəsindən də kifayət qədər
yeyintilərə yol verib.
məlumatlara görə, təkcə ötən il Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılmış
3 milyon manatın nəyə sərf olunduğu bəlli deyil. Hərçənd kağız üzərində
pulların hara xərcləndiyi qeyd olunub. Amma real həyatda bunların tərs
mütənasibliyi yetərli qədər şübhələrə yol açır. Bəzi işlər var ki, onlar
həqiqətən də həyata keçirilib. Məsələn, Şəmsəddin Xanbabayev “Auto
Azərbaycan”dan özü üçün “Volsvagen” markalı maşın alıb və ona 18 000
manat xərcləyib. Amma tikinti işlərinin satın alınması üçün ayrılmış
üst-üstğə 65 min manatın isə aqibətini onun özündən başqa kimsə bilmir.
bu silmə əməliyyatlarının sayının çox olduğu göstərilir. Onların
sırasında avadanlıqların satın alınması adı altında 14 400 manat, digər
maşın və avadanlıqların satın alınması adı altında 43 390 manat,
inventarların satın alınması adı altında 38 400 manat, idarənin digər
xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması
adı altında 11 500 manat, digər maşın və avadanlıqların satın alınması
adı altında 8 640 manatın yeyintiyə məruz qaldığını rayonda bilməyən
yoxdur. Qeyd edək ki, bütün bunlar kiçik rəqəmlərdir. Əsas pullar isə 3
işdən əldə edilib.
İcra Hakimiyyətinin sifarişi ilə mənzil fondunun əsaslı təmir işlərinin
həyata keçirilməsindən ibarət olub. “Maddi Texniki Təchizat-3” MMC
tərəfindən həyata keçirilməli olan bu işlərə büdcədən 214 500 manat pul
ayrılıb. Amma nə mənzil fondları əsaslı təmir olunub, nə də buna
həvəsləri var. Heç ortada pul da yoxdur.
böyük iş isə yolların əsaslı təmir ilə bağlıdır. 1,1 milyon manatlıq
işləri həyata keçirən zaman yolların vəziyyətinin nə halda olduğunu
bilmək elə də çətin deyil. Bircə dəfə maşın sürdükdə durumun dəhşətli
səviyyədə kritik olduğu diqqəti çəkir.
həyata keçirilmiş abadlıq işlərinə də “söz ola bilməz”. Çünki Şəmsəddin
Xanbabayevin “Maddi Texniki Təchizat-3” MMC ilə birlikdə 1 milyon
manatlıq işləri bərbad haldadır. İddialara görə, icra başçısı bu
pulların 50 faizini nağd şəkildə özünə götürüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9574