İcra başçısı ilə idarə müdirinin Turançay "biznesi"

15.07.2014 - 18:33

Ağdaş rayonunda hər il Turançayın yatağının təmizlənməsi adı altında yüz min manatlarla vəsait silinir


Ağdaş rayonunda hər il Turançayın yatağının təmizlənməsi adı altında yüz min manatlarla vəsait silinir
Ağdaş
Suvarma Sistemləri İdarəsinin müdiri Rəsul Zamanov ötən il Turançayın
yatağının təmizlənməsi üçün 500 min manat sərf edib. Amma görülən işlər
ümumilikdə 100 min manatı belə əhatə etmir.
Ağdaş
Suvarma Sistemləri İdarəsinin müdiri Rəsul Zamanovla bağlı PİA.AZ
ilginc informasiyalar daxil olub. Daxil olan məlumatda bildirilir ki,
Ağdaş Suvarma Sistemləri İdarəsinin müdiri Ağdaş rayon İcra
Hakimiyyətinin başçısı Tofiq İbrahimovla əlbir şəraitdə hər il Turançayın
yatağının təmizlənməsi adı altında dövlətin külli miqdarda vəsaitini
müxtəlif işlərə sənədləşdirərək mənimsəyirlər. Belə ki, hər il Ağdaş
Suvarma Sistemləri  İdarəsinin müdiri Turançayda apardığı təmzilik
işlərinə 500 min manata dövlət vəsaiti yaxın vəsait “xərcləyir”.
Məlumatlı
mənbə bildirir ki, idarə müdiri hər il çayın bir neçə əsas yerini
təmizlətdirir və yerdə qalan böyük əraziləridə görülən işlərin gözünə
qataraq dövlətin külli miqdarda vəsaitini silir. Məlumatda bunun isğatı
üçün göstərilir ki, ötən il Rəsul Zamanov sənədlərdə qeyd edib ki,
Turançay yatağında 441 min kubmetr təmizləmə və 1000 kubmetr daş-beton
işləri aparıb. Amma idarə müdirinin sənədlərdə göstərdiyi işlər
yoxlanılsa, o zaman bəlli olacaq ki, sənədləşdirilən işlərin heç 15
faizi də görülməyib.
Faktiki olaraq artıq bir
neçə ildir ki, Turançayın yatağının təmizlənməsi icra başçısı Tofiq
İbrahimovla idarə müdiri Rəsul Zamanovun şərikli “biznes obyektinə”
çevrilib. Belə ki, icra başçısı ilə idarə müdiri çayın yatağının
təmizlənməsi adı altında son üç ildə 1 milyonlan artıq dövlət vəsaiti
mənimsəyiblər. Bu barədə məlumatda bildirilir ki, son üç ildə Turançayın
yatağında üst-üstə 150-200 min manatlıq iş görülüb.
Məlumatda
o da qeyd olunur ki, dövlətdən mənimsədiyi külli miqdarda vəsaitlər
hesabına Rəsul Zamanov Ağdaşın ən varlı məmuru hesab olunur. Həmçinin
rayonda fəaliyyət göstərən bir neçə idarə müdirinin “aylıq hesabını” da
Rəsul Zamanovun toplayraq icra başçısna çatdırdığı qeyd olunur.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
pia.az

Short URL: http://www.cumhuriyyet.net/?p=9575

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31