Partiya sədri vətəndaşlıqdan imtina etdi

15.07.2014 - 18:42

Milli Hərəkat Partiyasının sədri Samir Turan prezident Ilham Əliyevə və digər rəsmi qurumların rəhbərlərinə müraciət edib.

Milli Hərəkat Partiyasının
sədri Samir Turan prezident Ilham Əliyevə və digər rəsmi qurumların
rəhbərlərinə müraciət edib.

Mia.az həmin müraciəti olduğu
kimi təqdim edir:****

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə,

Azərbaycan Respublikasının Milli MƏclisinin sədri cənab Oktay Əsədova,

Bütün Millət vəkillərinə,

Bütün ziyalılara

***

Başıboş, cibi dolu məmurlar xalqa belə xidmət edirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Milli
Məclisin sədri cənab Oktay Əsədova göndərdiyim məktuba Bakı şəhər icra
Hakiimiyyətinin mənə göndərdiyi cavabdır. Maraqlısı da odur ki, bu şablon
şəkilində yazılan cavablardan biridir. Onlarla göndərilən məktublar nöqtəsi
vergülünəcən eynidir. Çünki yazılan məktublara,vətəndaşın problemini öyrənmədən
göndərilən cavablardır.

Prezidentə ünvanladığım məktuba Bakı şəhər İcra Hakimiyyətinin Aparat
rəhbərinin imzası boyundan uzun olan Rasim Quliyev adlı məmurun mənə göndərdiyi
məktubu olduğu kimi təqdim edirəm. Bu kişinin dediyinə görə məktub Bakı şəhəri
İcra Hakimiyyətində baxılıb (kimlər baxıb, maraqlıdır, ay baxdılar ha.) və bu
kişinin dediyinə görə müasir qanunveicilik vətəndaşların mənzillə təmin
olunmasına imkan vermir,torpaq sahəmiz də yoxdur vəs. vəi i.,bir sözlı növbəti
məmur nağılları. Amma özlərini yoxlasalar görərlər ki, neçə-neçə evlərə, torpaq
sahələrinə malikdirlər. Çünki bunlara hər şey olar, amma vətəndaşlara heç nə.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbova, Aparat
rəhbəri məmur Rasım Quliyevə bildirmək istəyirəm ki (onların hər ikisi də mənim
dövlət, millət yolunda fəaliyyətimi, Heydər Əliyevin ardıcıl siyasi kursunu
mdafiə etdiyini hamıdan yaxşı bilirlər), vətəndaşı qəbul etmədən, onun
vəziyyətini öyrənmədən belə şablon cavabları yazmaqla, vətəndaşları, xüsusən də
cənab Prezidenti aldatmayın, 40 ildir Bakı şəhərində yaşayıram, özü də kirayədə
pəncərəsiz evdə, qeydiyyatım BDU-nun yataqxanasına idi, oranı da sökdülər, indi
qeydiyyatda da yoxam, 24 ildir gənc mütəxəssis kimi ev növbəsində də varam. Maraqlansaydınız,
bunu da bilərdiniz. Bir Partiya sədri, bir alim, bir şair-publisist kimi və
eyni zamanda nə evi, nə 1 metr torpağı, hətta qeydiyyatı olmayan bir vətəndaş
kimi sizdən soruşuram, sizin mənim kimi insanlardan nəyiniz artıqdır ki, bəziləriniz
dünən Bakıya gəlmisiniz, ancaq hər
şeyiniz var, amma bizim heç nəyimiz yoxdu. Bu xalqın, bu millətin yolunda
özünüz və qohumlarınızn hansı fədakarlğı var ki, insanlara belə yuxarıdan aşağı
baxırsınız. Sizin əldə etdiklərinizi hansı yolla əldə etmisiniz, bunu hər kəs
bilir, onlar bilməsə də, mən yaxşı bilirəm. Rasim Quliyevlə mənim fərqim
ondadır ki, mən Heydər Əliyevi partiyamla birlikdə müdafiə edəndə, onun Mərkəzi
qərargahında Gəncəbasar zonası üzrə səlahiyyətli nümayəndə kimi, heç bir
təmənna güdmədən aylarla yuxusuz gecələr keçirərkən, o, burada özünə
ev-eşik,düzəltməklə, torpaq sahələri almaqla, pul qazanmaqla məşğul idi. İndi
məni özümə heç nə əldə etədiyimə görə qınayanlar bilsin ki, hər zaman
hakimiyyətlər şəxsı məqsədlərinə çatmaq üçün müdafiə edənlər də var, dövləti,
milləti sevən, hakimiyyəti təmənnasız müdafiə edənlər də. Təvazökarlıqdan uzaq
olsa da, bu millətin, bu dövlətin yolunda hər zaman təmənnasız fəaliyyətimlə,
yazı-pozularımla özümü sıradan bir vətəndaş hesab etməyərək, adi vətəndaşlara
qarşı bu cür məmurların nələr edir, onu allah bilir. Belə bir vəziyyətdə öz
əxlaq, vicdan və milli təəssübkeşliyimi ayaqlar altına atmadan bu məmur
öbaşılığına etiraz olaraq cənab Prezident İlham Əliyevə müraciət edərək
Azərbaycan vətəndaşlığından imtina etmək qərarına gəlmişəm.

Milli Hərəkat Partiyasının sədri,

fəlsəfə doktoru, şair-publisist,

işsiz, evsiz, hətta
qeydiyyatı olmayan Azərbaycan vətəndaşı”

Short URL: http://www.cumhuriyyet.net/?p=9576

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31