Əliyevlər ailəsi mobil operatorları nəzarətdə saxlayır

Təhqiqatları layihəsinin (Organized Crime and Corruption Reporting
Project – OCCRP) Azərbaycan məmurlarının biznes qurumları barədə yeni araşdırmasını təqdim edirik.
Yeni ortaya çıxan məlumatlara görə Azərbaycanın ən böyük
mobil operatoru Azercell Telekom MMC də müxtəlif ofşor strukturlar və
nümayəndələr vasitəsilə İlham Əliyevin qızlarına bağlıdır. Bununla da
prezident ailəsi mobil rabitə bazarının 70%-ə yaxınına nəzarət etmiş
olur və beləliklə də bazarda ümumiyyətlə rəqabətin mövcudluğunu şübhə
altına qoyur.
Bu həm də ölkədə internet və rabitənin təhlükəsiz, azad
olması ilə bağlı suallar yaradır. Bundan da başqa, şirkətlərin
sahiblərinin kimlər olması mobil rabitə bazarında qiymətlərin
yüksəkliyinin də izahı ola bilər.
AzadlıqRadiosu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya
Araşdırmaları Layihəsinin (OCCRP) təqdim etdiyimiz yeni araşdırması
İsveçin rabitə nəhəngiTeliaSonera-nın keçmiş sovet coğrafiyasındakı ölkə
başçıları ilə müəmmalı əlaqələrini də üzə çıxarır.
ÖZBƏKİSTANDA DA HAKİM AİLƏ, AZƏRBAYCANDA DA…
2012-ci ilin sonunda İsveç Televiziyası və OCCRP
TeliaSoneranın 3G lisenziyası əldə etmək üçün Özbəkistanın hakim
ailəsinə yaxın şirkətə 320 milyon dollar rüşvət verdiyi ilə bağlı
sənədləri üzə çıxardı.

Azərbacyanın hakim ailəsinin mobil rabitə şirkətləri
ilə sirli əlaqələr çoxdan məlumdur. AzadlıqRadiosu hələ 2011-ci ildə
3-cü mobil rabitə operatoru – Azerfon-un 72 %-nin prezident İlham Əliyevin qızlarına məxsus olmasını üzə çıxarmışdı. Yeni məlum olan sənədlər isə Azercell-in də hakim ailə ilə bağlarından xəbər verir.
TeliaSoneranın Azercelldəki payı 40 faizə yaxındır.
Sənədlərə görə prezident İlham Əliyevin qızları ilə ölkənin
ən böyük mobil rabitə operatoru Azərcell-i bir-birinə bağlayan mürəkkəb
ofşor şirkətlər sxemi var.
Özbəkistanla bağlı qalmaqaldan sonra TeliaSoneranın
rəhbərliyi dəyişdi və şirkət bundan sonra biznesdə etika çərçivələrini
gözləyəcəyinə söz verdi. Lakin şirkətin rəsmiləri Azərbacyanla bağlı
bizneslərini etik çərçivələrə sığdırmaq üçün hansı addımlar atdıqları
barədə sualları cavablandırmırlar.

Mobil rabitə bazarının təqribən yarısına hakim olan Azercell
1996-cı ildə Azərbaycan hökuməti və Türkiyənin mobil rabitə operatoru
olan Türkcelltərəfindən yaradılıb. Paylar da Türkcellin əsas sahib
olduğu Azertel və Azərbaycan hökuməti arasında bölünmüşdü.
Sonra TeliaSonera da birbaşa iştirak etməyə qərar verib və o, Turkcell-lə birgə yaradılan Fintur Holdingvasitəsilə Azercell-in əsas payçısına çevrilib.
Azərbaycan hökuməti 2008-ci ilədək Azercell-in ortağı olub, bundan sonra payını Azertel-ə satıb.
Hazırda Azərbaycanın telekommunikasiya bazarı Azercell,
Bakcell və Azərfon arasında bölünüb. Mobil operatorların sahibləri ilə
bağlı sorğumuza Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cavab
verməyib. Topladığımız sənədlər nəyi göstərir?

BAKCELL-İN GERÇƏK SAHİBİ NAMƏLUMDUR
Ölkənin ikinci böyük mobil operatoru Bakcell isə mobil rabitə bazarının üçdə-birinə nəzarət edir.
1994-cü ildə yaradılan Bakcell-də əvvəl Azərbaycan dövlətinin də payı vardı. İndi isə şirkətin yeganə payçısı ofşor zonada – Vircin adalarında qeydiyyatdan keçmiş GTİB 1996 şirkətidir. Bu şirkətin kimə aid olduğu bəlli deyil.
PREZİDENTİN QIZLARINI AZERFON-A BAДћLAYAN OFŞORLAR
Mobil
rabitə bazarının dörddə-biri Azerfon-un əlindədir. AzadlıqRadiosu
2011-ci ildə yaydığı araşdırmada Azerfon-un 72 faizinin Panama
şirkətləri vasitəsilə Leyla və Arzu Əliyevalara aid olduğunu yazmışdı.
Mestelan Əliyeva bacılarının sahib olduğu 7 Panama şirkətində
katib vəzifəsini tutur. Həmin şirkətlərdən 3-ü (Hughson Management SA,
Gladwin Management SA və Grinnel Management SA) vasitəsilə Əliyevlər
ailəsi Azerfon şirkətinə nəzarət edir.

Digər 3 şirkət (Hising Management SA, Arblos Management Corp
və Lynden Management Group Inc.) isə 6 qızıl yatağını istismar
edən AIMROC – beynəlxalq əməliyyat şirkətində payçıdır.
Əliyeva bacıları Hughson Management Inc. şirkəti vasitəsilə Ata Holding şirkətində 51 % pay sahibidirlər, Olivye Mestelan da Ata Holding-in Müşahidə Şurasının üzvüdür.
AZERCELL PREZİDENTİN QIZLARINA NECƏ BAДћLANIR?
Qeyd etdiyimiz kimi, Azercell şirkətinin payının hamısı Azertel-indir.
Azertel-in özünün səhmlərinin 42.2%-i isə Cenay İletişim şirkətinin
əlindədir. Və… həmin o Olivye Mestelanın adı Cenay İletişim şirkətinin
təsis sənədlərində də üzə çıxır. Bu barədə az sonra.
MOBİL RABİTƏ JURNALİSTLƏRƏ QARŞI NECƏ İSTİFADƏ EDİLİR…
Bu, hakim ailənin mobil rabitə, o cümlədən mobil İnternet
xidməti göstərən şirkətlərin təxminən 70 faizinə nəzarət etməsi
deməkdir. Bu həm də onlara təkcə telefon danışıqları və internet
yazışmalarını izləməyə deyil, həmçinin müştərilərin müəyyən saytlara
çıxışına məhdudiyyət qoymağa imkanı verir.
Media haqları ilə məşğul təşkilatlar deyir ki, mobil rabitə
operatorlarının sahibliyi ilə bağlı müəmmalar internet azadlığına ciddi
şübhələr yaradır.

Rəşid Hacılının başçılıq etdiyi Media Hüquqları İnstitutu
jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğuldur. O deyir ki,
Azərbaycan hökuməti ölkədən internetə çıxışı nəzarətdə saxlayır və
tənqidi saytlara girişi məhdudlaşdırmaq təcrübəsi var.
Hacılı deyir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
bütün rabitə provayderlərinə tapşırıq verib ki, izləmə üçün Milli
Təhlükəsizlik Nazirliyi də daxil olmaqla bütün hüquq-mühafizə
orqanlarına şərait yaratsınlar.
Amma jurnalistlər də daxil olmaqla, haqqı pozulanların
məhkəmədə müdafiəsi üçün mobil rabitə şirkətlərindən məlumata ehtiyac
olanda vəkillərə həmin məlumatlar verilmir.
Vəkil Elçin Sadıqov deyir ki, bir çox hallarda mobil rabitə
şirkətləri qanunda nəzərdə tutulduğu kimi heç məhkəmə orderini də tələb
etmədən bütün məlumatları hüquq-mühafizə orqanlarına ötürür:

“Məsələn, məhkəmədə məlum oldu ki, Əvəz Zeynallınınrəhbərlik etdiyi Xural qəzetinin bütün əməkdaşlarının telefon danışıqları qanunsuz dinlənilmişdi – ordersiz-filansız”.
Vəkil deyir ki, Azercell də daxil olmaqla bütün mobil rabitə
şirkətləri hüquqi prosedurları gözləmədən telefon danışıqlarının
izlənməsinə şərait yaradır:
“Eyni şey Pərviz Həşimlinin
işində baş verib. İşi Milli Təhlükəsizlik Nazirliyi aparırdı və ittiham
aktından belə məlum olur ki, telefon danışıqlarına tam çıxışları olub”.
Pərviz Həşimli və Əvəz Zeynallı Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan ediliblər.
Hökumətin mobil rabitə bazarına nəzarətinin daha bir qurbanı da jurnalist Aqil Xəlildir.
“Azadlıq” qəzetinin müxbiri olan Aqil Xəlil Azərbaycan
hökuməti ilə birgə Azercell-i də məhkəməyə verib və iş hazırda Avropa
İnsan Haqları Məhkəməsindədir. O, 2008-ci ildə bir neçə dəfə hücuma
məruz qalandan sonra ölkəni tərk edib.
2008-ci ildə Aqil Xəlil MTN işçilərinin də iştirak etdiyi
torpaq sövdələşmələri barədə reportaj hazırlayarkən hücuma məruz qalmış,
döyülmüş, sonra isə sinəsindən bıçaqlanmışdı.
Azərbaycan hüquq-mühafizə orqanları bıçaqlanmanın jurnalistin
yazıları, yaxud MTN-lə əlaqədar olmadığını göstərmək üçün ona qarşı
qaralama kampaniyası başladılar və jurnalistin guya homoseksual olduğu,
qısqanc sevgilisi Sergey Strekalin tərəfindən bıçaqladığını iddia
etdilər. Aqil Xəlilin işini Media Hüquqları İnstitutu aparırdı.

Aqil Xəlil Strekalini həyatında görmədiyini, onunla heç bir
əlaqəsi olmadığını desə də, onun əsl cinayətkarları tapmaq çağırışları
eşidilmədi. Azərbaycan hüquq-mühafizə orqanları Aqil Xəlilin guya
Strekalinə sms yazdığını iddia etdilər. Aqil Xəlil və onun vəkilləri
Azercell şirkətindən özünün həqiqi sms tarixçəsini tələb etsələr də,
şirkət bu tarixçəni jurnalistə verməkdən imtina etdi.
Prokurorluq iddia edirdi ki, Azercell-dən təqdim olunan sms
Aqillə Strekalin arasında yazışmadandır. Buna baxmayaraq, Azercell həmin
sms-i nə jurnalistə, nə də onun vəkilinə təqdim etmədi. Aqil Xəlil
israrla bildirirdi ki, bu sms saxtadır, heç vaxt Strekalin adlı adama
sms yazmayıb. Bir il yarım həbs cəzası alan Strekalin isə bir neçə ay
sonra azadlığa buraxıldı.
MÜXALİFƏTÇİLƏRİN KÖNÜLLÜ GƏZDİRDİKLƏRİ DİNLƏMƏ CİHAZI…
Hüquq müdafiəçiləri deyir ki, telekommunikasiya şirkətlərinin qanunsuz fəaliyyətindən əziyyət çəkən təkcə jurnalistlər deyil.
Gənc fəal və Müsavat partiyası başqan müavini Tofiq
Yaqublunun qızı Nigar Yaqublu avtomobil qəzasına görə həbs olunanda
məlum oldu ki, həm onun, həm atasının işlətdiyi telefonlar
dinlənilirmiş.
İstintaq iddia edirdi ki, dinləmə yalnız qəzadan sonra, order
alınaraq həyata keçirilib, amma vəkil Elton Quliyevin sözlərinə görə,
məhkəmə prosesində istinad olunan telefon danışıqlarının zamanı qəzadan
dərhal sonraya təsadüf edirdi və istintaqın bir neçə dəqiqə ərzində
məhkəmə orderi almaq imkanı ola bilməzdi. Bununla da, Yaqublu ailəsinin
telefon danışıqlarının məhkəmə orderi olmadan dinləndiyi sübuta
yetirilmişdi.
RƏQİB ŞİRKƏTLƏRDƏ EYNİ ADAMIN İMZASI…
1996-cı ildə Azercell Azərbaycan bazarına daxil olanda, o,
Türkiyədə qeydiyyatdan keçmiş Azertel və Azərbaycan dövləti arasında
birgə müəssisə idi.
Azertel-in sahibləri isə Turkcell və Fintur Holdings (79,8%)
və iki türk şirkəti – Cenay İletişim (10,1 %) və Cenay İnşaat (10,1)
şirkətləri idi. TeliaSonera daFintur Holdings-də paya sahib idi.
2005-ci ilin oktyabrına qədər Azertelin ortaqları
2005-ci ilin noyabrında 2 Panama şirkəti – Dilsan Investment
SA və Colville Group SA – Cenay İletişim şirkətini 8.85 milyon yeni Türk
lirəsinə (US$ 6.6 million) alır.
Panamada şirkətlərin real sahibinin adını gizlətmək çox
asandır. Təsis sənədlərində yalnız hüquqşünasların adı görünür, amma
səhifələrin birində Olivye Mestelanın qələmlə çəkilmiş imzası var. Halbuki,
nə Mestelanın, nə də onun digər şirkətlərdəki müdirləri Leyla və Arzu
Əliyevaların adları və vəzifələri sənədlərdə göstərilmir.
2005-ci ilin noyabrında iki Panama şirkəti Dilsan Investment
SA və Colville Group SA Cenay İletişimin paylarını alır. Şirkətlərin
ikisinin də təmsilçisi Olivye Mestelandır.
Cenay İletişim şirkətinin Türkiyə reyestrindəki sənədləri ilə bu linkdə, Azertel şirkətinin sənədləri ilə isə burada tanış ola bilərsiniz.
PREZİDENT QIZLARI İLƏ ÇALIŞAN OLİVYE NESETLAN KİMDİR?
2005-ci ildə Azərbaycanın rabitə bazarına Azerfon şirkəti də
girir. Hökumət Azerfonu bazara tendersiz buraxır və hər kəsə Almaniyanın
Siemens şirkətinin Azerfonda payçı olduğunu elan edir.
Yalnız altı il sonra 2011-ci ildə Azadlıqradiosunun
araşdırması Siemensin payçı olmadığını, Azerfonun səhmlərinin 72 %-nin
Panama şirkətləri vasitəsilə prezident Əliyevin qızlarına məxsus
olduğunu üzə çıxardı.
Leyla və Arzu Panama şirkətlərində prezident və xəzinədar
vəzifələrini tuturlar, Olivye Mestelan isə onların şirkətlərində katib
qismində imza atır.
Mestelan Azərbaycan elitasında tanınan adamdır. İncəsənət
qalereyası var və Əliyevlər ailəsinə yaxınlığı ilə seçilir. Wikileaks
teleqramlarında onun adı “xüsusi maraq doğuran şəxslər” siyahısında
keçir.
Mestelan barədə geniş məlumatı elə Leyla Əliyevanın Moskvada
nəşr etdiyi Baku jurnalından oxumaq olar. Məqalədə isveçrəli Mestelan
incəsənətin himayədarı kimi təqdim edilir.
Mestelan həmçinin Əliyeva bacılarının yenə də Panama şirkəti
vasitəsilə sahib olduğu Ata Holdinqin Müşahidə Şurasının da üzvüdür.
İMZANIN ŞƏKLİ
Mestelanın
imzası, qeyd etdiyimiz kimi, Azercellin sahiblərinin təsis sənədlərində
də görünür. Dilsan İnvestment SA şirkətinin təsis sənədlərinin birində
onun əllə çəkilmiş imzası var. Amma sənədlər Mestelanın şirkətə necə aid
olduğunu göstərmir.
Türkiyənin dövlət reyestrində olan sənədlər isə Mestelanın
iki Panama şirkətinin – Colville Group SA və Dilsan İnvestment SA
şirkətlərinin təmsilçisi olduğunu, onların əvəzinə imza atdığını
göstərir.
2008-ci ildə Azərbaycan hökuməti özünə məxsus 35.7 % payı
satanda Mestelanın təmsil etdiyi şirkətlərin də Azercelldəki payı artır.
Mütəxəssislərin dediyinə görə, çox ucuz, cəmi 180 milyon dollara
satılan payı almaq üçünşirkətlər nizamnamə fondunu artırırlar və artımdan sonra Azercell/Azertelin səhmləri belə bölüşdürülür:
- Fintur Holding – 51.3 faiz
- Cenay İletişim – 42.2 faiz
- Cenay İnşaat – 6.5 faiz
2008-ci ildə Azertel Azercell-in vahid sahibi olandan sonra Artel-in özünün pay strukturu.
3G LİSENZİYASI İLƏ DƏYİŞƏN DAHA BİR ORTAQ
Cenay İletişim üçün kifayət qədər sərfəli sövdələşmə idi.
Azertelin Türkiyə dövlət reyestrinə göndərdiyi hesabatlardan belə məlum
olur ki, 2006-2012-ci illər arasında Cenay İletişim şirkəti 95 milyon
dollar sərmayə qarşılığında azı 249 milyon dollar dividend götürüb.
Amma hakim ailə ilə yaxınlığına baxmayaraq, Azercell üçün hər
şey çox da asan olmayıb. Məsələn, şirkət 3G lisenziyasını almaq üçün
bir neçə il gözləməli olub. Bu müddət ərzində 3G lisenziyası yalnız
prezident qızlarının daha çox paya sahib olduğu Azerfon şirkətində olub.
Elə 2011-ci ildə Azercell-in nəhayət ki lisenziyanı alması da
şirkətin pay bölgüsündə dəyişikliklə müşayiət olunur. Bu dəfə üçüncü
ortaq – Türkiyədə Güldamla ailəsinə məxsus Cenay İnşaatın 6,5 faizlik
payı yeni yaradılmış FA Invest Malta Limited adlı şirkətə keçir. Maltada yaradılmış FA İnvest şirkətinin də sahiblərinin kim olduğu bəlli deyil.
2011-ci ildə 3G lisenziyası alınandan sonra Azertelin pay bölgüsü
PREZİDENTİN MÜHAFİZƏSİNDƏ AZERCELL-İN TƏMSİLÇİSİ?
Axtarışlarımız eyni ad, soyad və ata adına sahib yalnız bir şəxsi üzə çıxardı.
Onun adına 2010-cu ilin avqustunda Azərbaycan Xüsusi Dövlət
Mühafizə Xidmətinin əməkdaşlarının təltif olunması barədə prezident
sərəncamında rast gəlirik. Mayor Rəşad Həmzəyev prezident sərəncamı ilə “Vətənə xidmətə görə” medalı ilə təltif olunub. Xatırladaq ki, Xüsusi Dövlət Mühafizə xidməti prezidentin mühafizəsi ilə məşğul olur.
Olivye Mestelan və Rəşad Həmzəyevə Azercell, Cenay İletişim
şirkətləri vasitəsilə suallarımızı göndərdik. Cavab gəlmədi. Həmzəyevin
qeydiyyatda olduğu ünvanda da suallarımıza cavab verəcək bir kimsə
tapılmadı. Həmin ünvanda yaşayan kirayənişinlər ev sahibləri ilə
ünsiyyətdə olmadıqlarını söylədilər.
TELİASONERADAN CAVAB GƏLDİ
Sorğularımıza cavab verən elə bircə TeliaSonera şirkəti oldu.
2013-cü ilin hesabatında TeliaSonera yeni Dayanıqlılıq və
Etika Komitəsi yaratdığını, “korrupsiya ilə mübarizəni” fokusda
saxlayacağını, “müvafiq tədbirlər görəcəyini” bəyan edib.
Azercellin sahibləri barədə sorğuda şirkətin “müvafiq
tədbirlər” çərçivəsində Azercelldəki ortaqlıqla bağlı da hər hansı
addımlar atıb-atmayacağını soruşduq.
Belə ki, şirkətin özünün apardığı araşdırmanın nəticə
hissəsində korrupsiya izi olan sövdələşmələrin pozulması və yenidən
bağlanmasından söz açılır.
TeliaSoneranın ictimaiyyətlə əlaqələr bölməsinin müdiri
Salomon Berkele cavabında hesabatda deyiləndən artıq detallara vara
bilməyəcəyini bildirib.
Hesabatda TeliaSoneranın bir sıra keçmiş sovet ölkələrindəki sövdələşmələr üzrə hələ də istintaq getdiyi bildirilir.
RƏQABƏT OLMAYANDA KASIBLAR DAHA ÇOX XƏRCƏ DÜŞÜR
Mobil rabitə bazarındakı monopoliya həm də qiymətlərə təsir
edir. Bakı sakiniCahangir Əlibəyzadənin 3 telefon aparatı saxlamasının
səbəbi də qiymətlərdir. O, deyir ki, Azərbaycanda operatorlararası
zənglər baha olduğundan yeganə çıxış yolu hər operatorun bir sim-kartını
saxlamaqdır.
Amma bu səylər də kömək eləmir. Cahangir Əlibəyzadə mobil rabitə haqqının çox yüksək olmasından şikayətlənir.
Beynəlxalq rabitə araşdırmaları da Azərbaycandakı qiymətlərin bölgədəki başqa ölkələrdən baha olduğunu göstərir:
Ölkə | Əvvəlcədən ödənilmiş qiymət (hər dəqiqə üçün Avro ilə) |
Azərbaycan | 0.09 |
Gürcüstan | 0.09 |
Latviya | 0.07 |
Ermənistan | 0.06 |
Litva | 0.06 |
Ukrayna | 0.05 |
Estoniya | 0.05 |
Qazaxıstan | 0.05 |
Rusiya | 0.03 |
Iran | 0.03 |
Mənbə: NUMBEO
3 SİM-KART DAŞIYAN AZƏRBAYCANLILAR
Kamal Məhəmmədli də 3 sim-kart işlədir. Deyir ki, əsl rəqabət
olsaydı, mobil operatorlar eyni qiymətlər qoymazdı. Rəqabətə girib,
xidməti ucuzlaşdırardılar. Əlibəyzadə və Kamal Məhəmmədli kimi Ağdaş
sakini Əhməd Mahmudov da azad bazarın olmamasının keyfiyyətə də, cibə də
təsir etdiyini düşünür. Onun 3 operatordan birini seçə bilməməsinin
səbəbi:
“Hamısı adamın cibinə girir. Deyirlər qiymətləri salmışıq. Amma elə formada pulum gedir ki, yerini də tapa bilmirəm”.
Bəs, məntiqlə 3 şirkətin mövcudluğu rəqabət deyilmi? Bu suala Mahmudovun cavabı sərt oldu:
“Sizin məntiq Azərbaycanda işləmir. Bizim məntiq başqadir”.
RƏQABƏT VARSA, HANI?
Azərbaycan
hökuməti də, şirkətlər də ölkə mobil rabitə bazarında rəqabətin
olduğunu iddia edirlər. Amma sənədlərin danışdığı hekayə başqadır.
Məsələn, Bakcell şirkətinin Azerfonla rəqabətə o qədər də bənzəməyən münasibətləri suallar doğurur.
Bu sualları Bakcell Müşahidə Şurasının üzvü Məmməd Abbasova yönəltdik. Sualımız belə idi:
“Bakcell şirkətinin 2011-ci ildə təqdim etdiyi İstiqrazların
emissiya prospektindən görürük ki, siz həmin şirkətin Müşahidə Şurasının
üzvüsünüz. 2011-ci ildə əldə edilmiş digər bir sənəddə isə sizin 5
oktyabr 2009-cu ildə qeydə alınmış, Azertelekomun həmtəsisçisi
olduğuC-RING Telekom şirkətinin hüquqi təmsilçisi olduğunuzu görürük.
Azertelekom Azerfon-a məxsusdur. Bakcell isə Azerfonla rəqib
şirkət hesab edilir. Belə olan halda sizin iki rəqib şirkətdə eyni
vaxtda oynadığınız rolu necə izah edə bilərik?”
Məmməd Abbasov Facebook səhifəsi vasitəsilə göndərdiyimiz suallara cavab vermədi.
Onun, Olivye Mestelanın və Rəşad Həmzəyevin suallarımıza cavabını hər zaman dərc etməyə hazırıq.
Azercell şirkəti də suallarımızı Cenay Telekom şirkətinə
ünvanlamağı məsləhət görüb. Cenay Telekoma yazdığımız məktuba cavab
almamışıq.
Cumhuriyyet.az üçün hazırladı: Afiq Muradov
Short URL: http://www.cumhuriyyet.net/?p=9585