İŞİD-in şiə məscidində yandırdığı Quran Türkiyə parlamentində
CHP-dən olan millət vəkili Ali Özgündüz İstanbulda şiələrin məscidinə
edilən terror hücumunda yanmış “Quran”ı Böyük Millət Məclisinə gətirərək
həmkarlarına göstərib. Deputat məclisdə İŞİD, “Əl-Nusra” terror
təşkilatlarının Türkiyə gənclərini Suriyada döyüşə aparmasına dair
araşdırma tələb edib:
“Bu “İŞİD” deyilən baş bəlasıdır. İslamla, insanlıqla əlaqəsi olmayan
terror təşkilatının təəssüf ki, ölkəmizdə də əlaqələri ortaya çıxdı. Bu
səbəblə TBMM bu mövzunu mütləq araşdırmalıdır. Esenyurtda bir ay əvvəl
bir məscidimizə təxribat etdilər. Biz təxribat olmasın deyə, bunu
gündəmə gətirmədik. Keçən həftə yenə adında Məhəmməd olan məscidə girib,
yandırdılar. Məscidin içində bu mübarək “Quranı- Kərimi” yandırdılar.
Siz nə üçün mübarizə edirsiniz? Ramazan günündə “Quranı-Kərim”i
yandıranlara Allah lənət eləsin. Allahdan qorxun. “Məscidə ayaqqabı ilə
girdilər” deyə ortalığı qarışdıran, “İçki içdilər” yalanını uyduran
kəslər bunu belə qınamırlar. Nəyi qınayacaqsınız, yoldaşlar?”.
İnkişaf Partiyasının üzvləri arasında mübahisə yaşanıb. Onun təklifi isə
qəbul olunmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9591