AXCP-nin qərargahı ilə bağlı 3 milyon yarımlıq iş uzadılır

16.07.2014 - 10:35

Namizəd Səfərov: “Binanın yerində heç nə qalmayıb, hamısı dağıdılıb, ekspertiza nəyi qiymətləndirəcək?”

Hüquqşünas Namizəd Səfərov 2 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinə
rəsmi şəkildə müraciət edərək, baxdığı iş üzrə təyin olunan
əmtəəşünaslıq ekspertizasının keçirilməməsini istəyib. 2 saylı Bakı
Inzibati-Iqtisadi Məhkəməsində AXCP-nin partladılaraq, ertəsi gün
sökülmüş qərargahının sahibi Azər Əsgərovun şikayəti üzrə işə baxılır.
Azər Əsgərov Nərimanov Rayon Icra Hakimiyyətini mülkünün qanunsuz
sökülməsində ittiham edərək, məhkəməyə müraciət edib, ona dəymiş ziyana
görə ümumilikdə 3 milyon 500 min manat təzminat ödənilməsini istəyir.

Məhkəmə daşınmaz əmlakın və mülkün içərisində olan əşyaların qiymətləndirilməsi üçün əmtəəşünaslıq ekspertizası təyin edib.

Azər Əsgərovun hüquqlarını müdafiə edən Namizəd Səfərov “mediaforum”a
deyib ki, məhkəməyə göndərdikləri ərizədə yeni ekspertizanın heç bir
əhəmiyyət kəsb etmədiyini, bəhanə xarakteri daşıdığını nəzərə
çatdırıblar: “Çünki binanın yerində heç nə qalmayıb, hamısı dağıdılıb.
Ekspertiza nəyi qiymətləndirəcək? Toplanmış sübutlar kifayət edir ki,
məhkəmə və ya icra hakimiyyəti əmlakın dəyərini özü müəyyənləşdirsin.
Ona görə bir daha bəyan etdik ki, əmtəəşünaslıq ekspertizası keçirilməsi
haqqında qərar işi uzatmaq məqsədi daşıyır. Bu ekspertiza rəyi bizə
yeni heç nə verməyəcək”

Short URL: http://www.cumhuriyyet.net/?p=9595

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31