Böyük Bəhmənlidə tibb məntəqəsinin açılışı
Füzuli rayonunda əhalinin
sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi daim diqqət
mərkəzində saxlanılır, aparılan quruculuq işləri zamanı yeni səhiyyə ocaqları
tikilir. Son illər rayonda səhiyyə müəssisələri əsaslı təmir edilir, tibb
avadanlıqları və ləvazimatlarla təchiz olunur. Bu sözlər bu gün Füzuli rayonun
Böyük Bəhmənli kənd xəstəxanasının və həkim ablatoriyasının açılış mərasimində
bildirilmişdir.
Açılış marasimində çıxış
edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirmişdir ki, ölkəmizin bütün regionlarında olduğu kimi, Füzuli rayonunda
da əhalinin sosial problemləri uğurla həll edilir. Dövlət başçısının səhiyyə
sistemində apardığı uğurlu islahatlar, regionlarda tibb ocaqlarının bərpa
etdirilməsi sağlam cəmiyyətin formalaşmasına, əhaliyə daha yaxşı səhiyyə
xidməti göstərilməsinə şərait yaratmışdır.
Alı Alıyev
demişdir: – “Hər bir yaşayış məntəqəsində insanlara göstərilən qayğı onların
rahatlığının təmin olunmasından başlayır. Böyük Bəhmənli kəndində istifadəyə verilən həkim məntəqəsi kənd
sakinlərinin rahat yaşayışına imkan verəcəkdir.”
Alı Alıyev xəstəxanadan
səmərəli istifadə olunacağına, əhaliyə nümunəvi xidmət göstəriləcəyinə
əminliyini bildirmiş, bir daha sakinləri təbrik etmiş, rəmzi açılışı bildirən
lenti kəsmişdir.
Qeyd
olunmuşdur ki, müasir standartlara uyğun inşa edilən, zəruri tibbi avadanlıqla
təchiz olunan xəstəxana rayonun ən böyük yaşayış məntəqəsinin sakinlərinə xidmət göstərəcəkdir. Sonra tədbir
iştirakçıları xəstəxanada və amblatoriyada yaradılmış şəraitlə tanış olmuşlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=9603