Alimlərdən sensasiyalı vəd: cəmi 20 il qaldı

16.07.2014 - 15:04

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA)
ekspertləri Vaşinqtonda keçirilmiş dinləmələr zamanı bildiriblər ki,
Yerdən kənarda həyatın tapılmasına ən uzağı 20 il qalıb.

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA)
ekspertləri Vaşinqtonda keçirilmiş dinləmələr zamanı bildiriblər ki,
Yerdən kənarda həyatın tapılm
asına ən uzağı 20 il qalıb.
Yadplanetli canlılar Günəş sistemindən kənarda aşkarlanacaqlar.
Milli.Az ABC News-a istinadən bildirir ki, sabiq astronavt, indi NASA-nın inzibatçılarından biri Çarlz Boldenin dediyinə görə, yadplanetlilərin varlığına inanır.
“Onları aşkarlayacağımıza əsla şübhə etmirəm”, – Ç.Bolden deyib.
Massaçusets
Texniki İnstitutunun planetar elmlər və fizika professoru (professor of
planetary science and physics at the Massachusetts Institute of
Technology in Cambridge, Massachusetts) Sara Ziqeri də Günəş sistemindən kənarda yadplanetlilərin yaşadıqlarına şübhə etmir.
“Kainatın
tədqiqatları bu yaxınlarda elə bir səviyyəyə çatacaq ki, astronavtlar
dəqiq deyə biləcəklər: “Baxın, bu ulduzun yanındakı planet Yerə
bənzəyir”. Hər ulduzun bir planeti, bir çox ulduzların isə bir neçə
planeti var. Yalnız bizim qalaktikada trilyonlarla planet mövcuddur.
Yəni onların sayı ulduzların sayından 3 dəfə artıqdır. Milyardlarla
planetdə həyatın yaranması və mövcudluğu üçün bütün şərtlər var. Yad
planetlərdə şüurlu həyatı aşkarlamaq üçün 20 il məntiqli müddətdir”, –
Sara Ziqer deyib.
Astronomlar bu yaxınlarda istifadəyə veriləcək kosmik teleskoplara çox ümidlidirlər.
2017-ci
ildə kosmosa “Transiting Exoplanet Surveying Satellite” (Tess), 2018-ci
ildə “James Webb Space Telescope”, 2018-ci ildə isə infraqırmızı
spektrli “Wide Field Infrared Survey Telescope – Astrophysics Focused
Telescope Assets” göndəriləcək.
NASA 2034-cü ilədək yadplanetliləri aşkarlayacağını vəd edir.
May
ayında isə yadplanetli sivilizasiyaların siqnallarını arayan SETİ
(Search for Extraterrestrial Intelligence Institute) institutunun
rəhbərləri belə vəd vermişdilər.
ABŞ Konqresinin
Nümayəndələr Palatasının elm, kosmos və texnologiyalar komitəsində
(House Science and Technology Committee) çıxış edərkən SETİ rəhbərləri Den VetaymerSen Şostak ən son teleskoplar və məlumatların təhlili sistemlərinin yardımı ilə
uzaq planetlərdən gələn siqnalların öyrənilməsi prosesinin dəfələrlə
sürətlənəcəyini demişdilər.
Onların sözlərinə görə, əgər
əvvəllər minlərlə ulduz sistemlərində axtarışlar aparırdılarsa, indi
belə sistemlərin sayı milyonlarladır.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=9605

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31