Oğurlanmış azərbaycanlı iş adamının 1,5 mln. dollarını əlindən alıblar

16.07.2014 - 15:12

Rusiyada azərbaycanlı iş adamı və onun mühafizəçiləri naməlum şəxslər tərəfindən qaçırılıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə iyulun 15-də “Pulkovo” aeroportunda baş verib.

Məlum olub ki, xüsusi təyinatlıların geyimində olan 6 nəfər
azərbaycanlı biznesmenin olduğu avtomobilə yaxınlaşıblar və orada
əyləşən şəxslərin əllərinə qandal vururaraq naməlum istiqamətə
aparıblar.

Bir müddət sonra quldurlar azərbaycanlı iş adamını və onun
mühafizəçilərini Volxonsk şossesində maşından düşürüblər. Onların
üzərində olan mobil telefonları və 1,5 milyon dolları isə özləri ilə
aparıblar.

Rusiya mətbuatının yazdığına göpə, azərbaycanlı biznesmen Sankt-Peterburqa Dubaydan gəlib. O, burada özünə ev almaq istəyirmiş.

Short URL: http://www.cumhuriyyet.net/?p=9607

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31