Nazirin dostu Azərbaycanın büdcə pullarını talamaqla yetinmir

16.07.2014 - 16:55

“Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanası Azərbaycan
səhiyyəsinə qara ləkədir” desək, yanılmarıq. Hər halda, bu gün
başdan-başa büdcə pulları hesabına bəzədilən, lakin içi əvvəlkindən də
betər çirkablığı özündə saxlayan bu səhiyyə ocağına elə girər-girməz
əlini dilənçi kimi açan həkimləri gördükdə məsələnin nə yerdə odduğunun
fərqinə asanlıqla vara bilirsən.
Əslində bu xəstəxana dövlət tərəfindən əsaslı şəkildə
təmir olunub. Amma maləsəf bu təmir zamanı xəstəxanının baş həkimi olan
Fikrət həkimin mənimsədiyi pullar belə bu gün onu rüşvətdən yayındıra
bilmir. Bunu da redaksiyamıza müraciət edən vətəndaş bildirir.
Qeyd
edək ki, həmin xəstəxananın əsaslı təmiri zamanı milyonlarla büdcə
pulunun səhiyyə nazirliyindəki işbaz məmurlar və hər şeyə qol çəkməklə
əsas məsuliyyəti öz üzərinə götürən baş hakim tərəfindən mənimsənildiyi
iddia olunur.
Cumhuriyyet.az-a
müraciət edən narazı vətəndaş isə bildirir ki, Sabunçuda yerləşən 3
saylı şəhər klinik xəstəxanası əməlli-başlı bazar qaydaları ilə işləyir:
“Burda dövlətin güzəşt etdiyi şərtlər belə nəzərə alınmır. Xidmət
başdan-başa pulludur. Hər şey də baş həkimin əli ilə həyata keçirilir.
Xəstəxanaya dövlətin ayırdığı dərmanlar da baş həkimin əli ilə satışa
çıxarılır. Ona görə də bir yaralı xəstə gələndə xəstə yaxını günün hansı
saatı olmasına baxmayaraq ən primitiv tibbi ləvazimatları ala bilməsi
üçün şəhəri ələk-vələk etməli olur”.
Narazı
vətəndaşın sözlərinə görə, xəstəxananın terapevtik-reanimasiya
şöbəsinin müdirəsi Nəzakət Xudaverdiyeva üçün isə pul bəlkə də ən
dəyərli olanıdır: “Pula görə, bu xanım tibb işçisi insan həyatını
təhlükəyə atmaqdan belə çəkinmir. Bəlkə də deyə bilərdik ki, Oqtay
Şirəliyevin bunlardan xəbəri yoxdur. Amma maləsəf ki, bu, belə deyil.
Çünki elə baş həkim birbaşa olaraq nazirə güvənir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9609

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31