Ənvər Seyidəliyev və Aqil Niftəliyevin külli miqdarda "asfalt yeyintisi"


azmış kimi Ənvər Seyidəliyev kəndlərarsı daxili yolların təmir edilməsi
adı altında rayonun daxili büdcəsindən 12 saylı Yol İstismar İdarəsinə
600 min manat vəsait ayırıb və həmin vəsaitin taleyi bəlli deyil.
rayonun icra başçısı Ənvər Seyidəliyev və keçmiş bələdiyyə sədri Aqil
Niftəliyev haqqında PİA.AZ-ın elektron poçtuna şikayət məktubları
gəlməkdə davam edir. Saytımıza daxil olan məlumatda qeyd olunur ki, Ağsu
şəhər Bələdiyyəsinin keçmiş sədri Aqil Niftəliyev icra başçısı Ənvər
Seyidəliyevin “xeyir duası” ilə 12 saylı Ağsu rayon Yol İstismar
İdarəsinin müdiri təyin olunduqdan sonra ikili dövlət büdcəsindən külli
miqdarda vəsait mənimsəyib.
bildirilir ki, bir neçə aydır 12 saylı Ağsu rayon Yol İstismar
İdarəsinin müdiri vəzifəsini icra edən Aqil Niftəliyev, bələdiyyədə
olduğu kimi burada da burda da böyük maliyyə maxinasiyaları həyata
keçirir. Keçmiş bələdiyyə sədri 12 saylı Yol istismar İdarəsinə ayrılan
yanacaq, mal-materiala dövlətin ayırdığı vəsaitləri mənimsəməklə yanaşı,
həmçinin dayanmadan dövlətin asfaltını və çınqıl, qum materiallarını
müxtəlif özəl şirkətlərə satır. İdarə müdiri 10 ton asfalta 800 manat,
bir maşın çınqıla 70, quma isə 120 manat qiymət qoyduğu bildirilir.
Aqil Niftəliyevin son bir neçə ay ərzində həyata keçirdiyi ən böyük
maliyyə mənimsəməlri Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər
Seyidəliyevlə birlikdə həyata keçirdiyi ümumilikdə təqribən 1 milyon
yarım vəsait sərf olunan iki layihə olub. İdarə müdirinin və icra
başçısının iki layihədən 1 milyondan artıq mənimsəməyə yol verdiyi iddia
olunur. Belə ki, 3 ay öncə Ağsu şəhərinin daxili yollarının yenidən
çəkilməsi üçün dövlət büdcəsindən ayrılan 800 min manat vəsaitin
təqribən 70 faizi silıinərək mənimsənilib. Mənəbə iddia edir ki,
sənədlərdə əsaslı təmir olunan Ağsu şəhər daxili yollarının bəzi
yerlərinə ancaq “yamaq” vurulub və yarım milyondan artıq dövlət vəsaiti
bu yolla silinib və Ənvər Seyidəliyevlə Aqil Niftəliyevin cibinə axıb.
başqa Ənvər Seyidəliyev kəndlərarsı daxili yolların təmir edilməsi adı
altında rayonun daxili büdcəsindən 12 saylı Yol İstismar İdarəsinə 600
min manat vəsait ayırıb. Həmin vəsaitin hara yox olması haqqında isə
rayonda və icra hakimiyyətində ancaq dedi-qodular gəzir. Belə ki,
rayonda gəzən dedi-qodulara əsasən Ənvər Seyidəliyea rayonunun daxili
büdcəsindən ayırdığı həmin vəsaiti tamamilə nəqdləşdirirək tək başına
mənimsəyib.
PİA.AZ 2 ay əvvəl məlumat vermişdi. PİA.AZ-a daxil olan məlumatda
bildirilirdi ki, Aqil Niftəliyevin vasitəsi ilə mənisənilən 600 min
manatın hara xərclənməsini heç özü də göstərə bilməz. Çünki sənədlərdə
təmir olunan həmin yollar xaraba vəziyyətdədir.
daxil olan məlumatda qeyd olunur ki, hazırda Aqil Niftəliyev
mənimsədiyi dövlət vəsaitləri ilə Ağsu şəhərində ticarət obyekti
tikdirməklə məşğuldur. Bələdiyyə sədri işlədiyi dövrdə Ağsu şəhərinin ən
yaxşı yerlərini qeyri qanuni yolla ələ keçirən Aqil Niftəliyev indi
həmin torpaqlarda özünə obyektlər inşa etdirir.
ki, ötən həftə bir qrup Ağsu sakini Azərbaycan Respublikasının
prezidenti İlham Əliyevə müraciət imzalamışdılar. PİA.AZ-da dərc olunan
həmin müraciətdə şikayətçilər Aqil Niftəliyevin Ağsu şəhər bələdiyyə
sədri vəzifəsində işlədiyi zaman korrupsiya yolu ilə əldə etdiyi
vəsaitlərdən, obyektlərdən və onun Ağsuda vəzifədə olan qohumlarının
özbaşınalıqlarından bəhs olunurdu.
edək ki, Ağsu şəhərində yeni inşa edilən və milyonlarla manat vəsaitin
xərclənməsinə baxmayaraq, istifadəyə yararsız olan kanalizasiya
sisteminin inşası zamanı Aqil Niftəliyevlə Ənvər Seyidəliyevin həyata
keçirdiyi maliyyə maxinasiyaları ilə bağlı növbəti yazımızda ətraflı
məlumat verəcəyik.
Short URL: http://www.cumhuriyyet.net/?p=9620