Neftdən milyonlar qazanan ölkədə neftçi ölümləri

17.07.2014 - 01:04

İxtisar xəbəri aldığı üçün ürəyi partlayan və intihar edən
neftçilər də var

 

 

Bu ilin birinci yarısında neft sektorunda istehsalat qəzası
nəticəsində dünyasını dəyişənlərin statistikası açıqlanıb, orada
narahatlıq doğuran yeni faktlar var. Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

 

Hüquq müdafiəçisinin sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq
bu il ixtisar xəbəri aldığı üçün ürəyi partlayan və intihar edən
neftçilər də var: “İstehsalat qəzası nəticəsində isə 10 neftçi ölüb.
Amma ürəyi partlayan və işdən çıxarıldığı üçün intihar edənlər də var.
Məsələn, “Neftqaztikinti”nin əməkdaşı İsmayıl Umudov ixtisar edildiyini
öyrənəndən sonra ölüb. Onun ürəyi partlayıb”.

 

M.Qəhrəmanlı bildirdi ki, “Nərimanneft” Neft-Qaz Çıxarma İdarəsinin
(NQÇİ) əməkdaşı Həbib Şirinov işdə baş verən qəza nəticəsində ölüb.
“Qarasu” əməliyyat şirkətində də ölüm hadisəsi qeydə alınıb. Şirkətin
əməkdaşı Oleq Ağayev işdə baş verən qəza zamanı dünyasını dəyişib.

 

“Neftqaztikintitresti”nin əməkdaşları Musa Hacıyev və Mais Kazımov da işdə vəfat ediblər.

 

“Siyəzənneft”in əməkdaşı Elnur Ağayev iş yerində ölüb. “Baharenerji”
əməliyyat şirkətinin işçisi Etibar Kövsərov işdən çıxarıldığı üçün
intihar edib.

 

Hüquq müdafiəçisinin sözlərinə görə, istehsalat qəzası baş verən
qurumlar arasında Tağıyev adına NQÇİ-nin adı da var: “Bu qurumda
çalışmış Baranov Dmitri və Əliyev Zakir istehsalat qəzası nəticəsində
ölüblər. “Balaxanı” əməliyyat şirkətinin işçisi Hafiz Qasımovun üstünə
isə traktor aşıb”.

 

M.Qəhrəmanlı qeyd etdi ki, istehsalat qəzası nəticəsində ölüm faktına görə heç bir məmur cinayət məsuliyyətinə cəlb edillməyib.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=9626

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31