Adam yeməkdə ittiham olunan həkim məhkəmədə
Britaniyada 14 yaşlı qızı balta ilə öldürüb yemək niyyətində ittiham olunan feldşerin məhkəməsi davam edir. “Deyl Bolinger “Dark Fetish Network” (DFN) saytında seksual zövq
almaq üçün qadınların öldürülməsi barədə planların müzakirəsində iştirak
edib” – deyə Kanterberi şəhərində keçən proses vaxtı ittiham tərəfi
bəyan edib.
İki il əvvəl “niyyətlərini gerçəkləşdirməyə hazırlaşan” 57 yaşlı feldşerin balta aldığı qeyd olunur. Bolinger daha əvvəl cinsi əlaqəyə sövq etmək istədiyi həddi-büluğa çatmamış qızla görüşmək cəhdi barədə ittihamı rədd edib. İşlə bağlı məlumatı istintaqa Amerikanın Federal Təhqiqatlar Bürosu (FTA) təqdim edib.
Prokurorluq işi dinləmələrə hazırlayarkən qadınlar əleyhinə
seksual zəmində zorakılıq, hannibalizm və bu qəbildən olan mövzularla
bağlı çat və internet saytlardakı məzmunu təhlil edib.
Məhkəməyə təqdim olunan çat yazışmasında göstərilir ki, Bolinger
söhbət iştirakçıları ilə hamilə qadının və onun bətnindəki doğulmamış
körpənin yeyilməsini müzakirə edib. O, həmçinin 14 yaşlı qızın öldürülməsi barədə planlarından bəhs edib
və valideynlərinin gözləri qarşısında uşaqların yeyilməsindən danışıb.
Bu söhbətləşmələr vaxtı müttəhim yeyəcək uşaqları “dana əti”
adlandırıb, istintaq məhkəməyə təqdim etdiyi çat yazışmalarından iqtibas
gətirib.
Bolinger çatdakı həmsöhbətlərindən birinin Almaniyada yaşayan 14 yaşlı “Eva” adlı qız olduğunu zənn edib. O, cinsi yaxınlıqdan sonra həmsöhbətinin başını balta ilə kəsib necə yeyəcəyini təfərrüatlı şəkildə müzakirə edib. Bolinger “Eva”ya İngiltərənin cənub-şərqilə Avropa qitəsini bağlayan
“Aşford İnternational” beynəlxalq dəmir yolu stansiyasında görüş təyin
edib. Lakin şəxsiyyəti müəyyən edilməmiş qalan “Eva” stansiyaya gəlməyib və onu gözləyən Bolinger evinə qayıdıb.
Məhkəmə açıqlamasında o, stansiyaya gəlişini qızın təhlükəsizliyinə görə narahat olması ilə izah edib.
Prokurorluğa əsasən 2014-cü ilin fevral ayında həbs edilən Bolinger
yazışmalarda 39 yaşlı qadın və 5 yaşlı uşağı yediyini qeyd edib. Proses
davam edir (BBC).
Short URL: http://www.cumhuriyyet.net/?p=9627