İki məmurun himayəsi altında Polad MTK qanunsuzluqları

17.07.2014 - 01:59

Prezident Aparatının Aqrar Siyasət şöbəsinin müdiri Azər Əmiraslanov
və  Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının
adıənzil maxinasiyalarında hallanır
Prezident Aparatının Aqrar Siyasət şöbəsinin müdiri Azər Əmiraslanov və  Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının adıənzil maxinasiyalarında hallanır

 
Bəzi
hallarda bir çoxları müxtəlif əlaqələrindən istifadə edərək
qanunsuzluqlara yol verir, başqalarının hüquqlarını kobud şəkildə
tapdalayırlar. Belələrinə himayədarlıq edən yüksək rütbəli məmurlar isə
inzibati resurslarından istifadə edərək cinayət tərkibli əməllərə qanuni
don geyindirməyə nail olurlar. Təəssüf ki, belə cinayətlərə bəzən
məhkəmə orqanları da lazımi diqqət yetirmir, hüququ pozulan şəxslərin
haqqlarını lazımi səviyyədə qorumurlar. Bu isə qanunsuzluqlara imza atan
şəxslərin daha da geniş imkanlar qazanmasına səbəb olur.

Bir
qrup şəxsin başqasının əmlakını mütəşəkkil dəstə formalaşdırmaqla ələ
keçirməsi barəsində cumhuriyyet.az-a ilginc faktlar daxil olub. Aldığımız
məlumata görə, “RAR” şirkətinin sahibi Rüstəm Hüseyinli öz yaxınları ilə
əlbir olaraq “Polad” firmasına məxsus olan daşınmaz əmlakı qanunsuz
yollarla ələ keçirib və saxta sənədlər vasitəsilə Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidmətindən çıxarış əldə edərək baş verən cinayətləri
“qanuniləşdirib”. Xatırladaq ki, Rüstəm Hüseynli “Polad” firmasının
qeyri rəsmi ortağı olub. Bu ortaqlıqdan istifadə edərək öz
qohum-əqrəbasını firmada müxtəlif vəzifələrə təyin edən R. Hüseynli
sonradan məhz onların əli ilə firmanın əmlakını talamağa və
özününküləşdirməyə başlayıb. Rüstəm Hüseynli atası Vazeh Hüseynli, Baxış
Məmmədov və Daxili İşlər Nazirliyinin polkovniki Kəmaləddin Hacıyevlə
əlbir olaraq saxta sənədlər əsasında əslində mövcud olmayan “Polad” MTK
yaradaraq “Polad” firmasına məxsus olan mənzilləri və qeyri-yaşayış
sahələrini müxtəlif şəxslərin adına hazırlanmış alqı-satqı müqavilələri
vasitəsilə ələ keçirib. Adlarını çəkdiyimiz şəxslər həmin sahələrin
özəlləşdirilməsi üçün tələb olunan sənədləri hazırlamış, mənzilləri və
qeyri-yaşayış sahələrini öz adlarına və özlərinə yaxın olan şəxslərin
adına rəsmiləşdirməklə məlum olmayan vasitələrlə Daşınmaz Əmlakın Dövlət
Reyestri Xidmətindən çıxarış əldə ediblər.
Lakin,
“Polad” firmasının baş vermiş bu cinayət əməli ilə bağlı məhkəmələrə
etdiyi müxtəlif müraciətlərə hələ ki, hüquqi qiymət verilməyib. Nizami
rayon Məhkəməsinin hakimi Rafail Əliyevin “Polad” firmasına məxsus olan
Bakı şəhəri, Q. Qarayev küçəsi 89 ünvanında yerləşən binanın 47-ci
mənzilinə aid bir neçə alqı-satqı müqaviləsinin olmasında cinayət
əlamətlərinin mövcudluğu ilə bağlı Azərbaycan Respublikası Baş Prokuroru
yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məktub göndərib. Lakin,
nədənsə göndərilmiş materiallar əsasında prokuror Aydın Nəsimiyev
tərəfindən saxtakarlıq və dələduzluq faktı ilə bağlı bu günədək cinayət
işi açılmamış, heç bir istintaq hərəkətləri aparılmamışdır.
Bildirilir
ki, “Polad” firmasının qeyri-rəsmi kassiri olan Vazeh Hüseynov (Rüstəm
Hüseynlinin atası-red.) firmaya məxsus mənzillərin satışı ilə bağlı
bütün mədaxil qəbzlərini öz imzası ilə təsdiqləyirdi. Baxış Məmmədovun
bacısı Tamirə Qədirovanın (Məmmədovanın) təqdim etdiyi müqavilələrin
mədaxil orderində də Vazeh Hüseynovun imzası olsa da onun izahatı
nədənsə indiyədək alınmayıb.
Baxış
Məmmədovun 24-cü Polis Bölməsinə verdiyi izahatında “Polad” firmasına
məxsus Bakı şəhəri, Q. Qarayev küçəsi 89 ünvanında yerləşən binanın
47-ci mənzilinin kimə məxsus olmasını bilməməsi haqqında izahat versə
də, sonradan bacısı Tamirə Qədirovanın (Məmmədovanın) adına olan
alqı-satqı müqaviləsini məhkəməyə təqdim ediblər.
Baxış
Məmmədov mövcud olmayan “Polad” MTK-nın sədri kimi “Polad” firmasına
məxsus Bakı şəhəri, Q. Qarayev küçəsi 89 ünvanında yerləşən binanın 2-ci
və 3-cü mənzillərini qohumu Bəxtiyar Məmmədli və Məhbubə İbrahimovanın
adına, qalan mənzilləri isə digər şəxslərin adına rəsmiləşdirərək həmin
şəxslərə mənzilləri Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətində
qeydiyyatdan keçirərək çıxarış almalarına köməklik göstərib. Bundan
başqa o, binanın komendantı kimi kommunal xərclərin yığılması ilə məşğul
olmuş, mənzillərin özəlləşdirilməsi üçün vətəndaşlara mövcud olmayan
“Polad” MTK-nın protokolundan çıxarış, maliyyə arayışları və s. sənədlər
vermişdir.
Baxış
Məmmədov həmçinin “Polad” firmasına məxsus binanın birinci mərtəbəsində
yerləşən qeyri-yaşayış sahəsinin 600 kv. metrini alqı-satqı müqaviləsi
ilə “Polad” MTK adından kassir Vazeh Hüseynovun oğlu Rüstəm Hüseynliyə
satmış, Rüstəm Hüseynli isə həmin sahəni özəlləşdirərək Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. Qeyri-yaşayış sahəsinin
300 kv. metrini isə Kəmaləddin Hacıyev alqı-satqı müqaviləsi ilə öz
qohumu Ulduzə Ələsgərovaya satıb. Ulduzə Ələsgərova da həmin sahəni
özəlləşdirərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış
almışdır.
Beləcə
mövcud olmayan “Polad” MTK yaratmaqla Vazeh Hüseynov, Baxış Məmmədov,
Rüstəm Hüseynli və Daxili İşlər Nazirliyinin polkovniki Kəmaləddin
Hacıyev əlbir olaraq “Polad” firmasına məxsus olan mənzilləri ələ
keçirməklə özününküləşdiriblər. Bundan başqa DİN-in polkovniki
Kəmaləddin Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nizami
rayon pasport-qeydiyyat şöbəsindəki tanışları vasitəsilə qanunsuz olaraq
“Polad” firmasına məxsus Bakı şəhəri, Q. Qarayev küçəsi 89 ünvanında
yerləşən binanın 47-ci mənzilinə Tamirə Qədirovanı (Məmmədovanı)
qeydiyyata saldırmışdır.

Göründüyü
kimi, “Polad” firmasına məxsus olan mənzillər müxtəlif şəxslərin əlbir
olaraq mütəşəkkil dəstə şəklində fəaliyyəti nəticəsində ələ keçirilərək
özününküləşdirib. Baş verən olaylarda adları keçən Vazeh Hüseynovun,
Baxış Məmmədovun, Rüstəm Hüseynlinin, Ulduzə Ələsgərovanın, Bəxtiyar
Məmmədlinin, Məhbubə İbrahimovanın, Kəmaləddin Hacıyevin hələ də
izahatlarının alınmaması, təqsirli şəxslərin müəyyən edilərək
məsuliyyətə cəlb edilməsi istiqamətində heç bir tədbir görülməməsi bəzi
qaranlıq mətləblərdən xəbər verir. Bildirilir ki, “RAR” şirkətinin
sahibi olan Rüstəm Hüseynlini müdafiə edən bir çox məmurlar onun bu
qanunsuz əməllərinə yaşıl işıq yandırıblar. Məhz onlara güvənən R.
Hüseynli “Polad” firmasına məxsus olan mənzilləri qanunsuz yollarla ələ
keçirib. Onun hamiləri sırasında tələbə yoldaşı olan Prezident
Aparatının Aqrar siyasət şöbəsinin müdiri Azər Əmiraslanovun və
Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsinin sədri Rüfət Aslanlının adları xüsusi yer alır. Bildirilir
ki, R. Hüseynli onlarla olan yaxın münasibətlərindən bəhrələnərək belə
qanunsuz əməllərə imza atır.
Maraqlıdır
ki, qanunların aliliyini, vətəndaşların hüquqlarını qorumağa borclu
olan hüquq-mühafizə orqanları ortada bu qədər keçərli faktlar olmasına
baxmayaraq demək olar ki, fəaliyyətsizlik göstərirlər. Yəqin ki,
R.Hüseynlinin arxasında duran qüvvələr öz səlahiyyətləri ilə hələ də
qanunlardan üstün ola bilirlər. “Polad” firmasının üzləşdiyi bu
qanunsuzluqla bağlı ölkə prezidenti cənab İlham Əliyevə, Azərbaycan
Respublikasının Baş Prokurorluğuna, Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinə, Daxili İşlər Nazirliyinə, bütün aidiyyatlı məhkəmə
orqanlarına müraciət edərək inanırıq ki, baş vermiş bu qanunsuzluğa
tezliklə hüquqi qiymət veriləcək, günahkarlar öz layiqli cəzalarını
alacaqlar.

Məsələni sona qədər diqqətdə saxlayacağıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=9629

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31