Qazax təhsilində biznes qaydaları
Üzərində cinayət işi olan adam məktəbə müəllim götürülüb
qaçqını, hazırda Qazax rayon Çaylı kəndində müvəqqəti məskunlaşmış Elvin
Carçıyev qeyri-qanuni şəkildə işdən uzaqlaşdırılmağı ilə bağlı
redaksiyamıza müraciət edib. O bildirib ki, 2013-2014-cü tədris ilində
Gənclərin Çağırışaqədərki Hazırlığı ixtisası üzrə Yuxarı Əskipara kənd
orta məktəbində müəllim işləyib.
müddətdə vaxtlı vaxtında dərsə gedib gəldiyini deyən Elvin müəllim heç
bir əsas gətirilmədən Qazax rayon Təhsil Şöbəsinin müdiri Əhməd
Dərgahquluyevin tapşırığı ilə müqaviləsinin ləğv olunduğunu və bu barədə
şəxsinə məlumat verilmədiyini qeyd edib. “Mən,
2006-cı ildə GDU-nun Xarici dil fakultəsini bitirmişəm. 2006-cı ildə
Silahlı Qüvvələrin TTM-də kurs keçib leytinant hərbi rütbəsi almışam.
Füzuli rayonunda N saylı hərbi hissənin taqım komandiri vəzifəsində iki
il xidmət etmişəm. Ordudan təxris olunandan sonra Gənclərin
Çağırışaqədərki Hazırlığı ixtisası üzrə müəllim işləmişəm. Ancaq bu il
müqaviləm Əhməd müəllim tərəfindən ləğv olunub, işdən azad edilmişəm. Və
işlədiyim ixtisas üzrə vakansiya elan olunmayıb.”
bitdikdən sonra həmin iş ilk olaraq mənə təklif olunmalıykən bir
başqasına təklif olunub. Yerimə Namiq Nəsibov adında biri işə qəbul
edilib. Əlimdə olan məlumatlara görə adı çəkilən adam Təhsil Şöbəsində
Metodiki Mərkəzin direktoru Məhəmməd Cəfərovun qohumudur. Artıq həmin
şəxsə sənədlərinin toplanması tapşırılmışdır.”
Namiq müəllimlə heç bir şəxsi qərəzim yoxdur. Onun da ali təhsili var,
mənim də. O da leytinantdır, mən də. Ancaq məndən fərqli olaraq onun
üzərində cinayət işi var”.
müəllim 2009-cu ildə SQ-in TTM-də kurs keçib leytinant hərbi rütbəsi
alıb. Amma xidməti müddətində cinayət məsuliyyətinə cəlb olunub. 4 il
azadlıqdan məhrum edilib. Onun iki ilini cəzaçəkmə müəsisəsində keçirib.
Cəzasını çəkilməmiş qalan hissəsini (iki il) bitimək üçün şərti
azadlığa buraxılıb. Sual edirəm, üzərində cinayət işi olan bir adamın
16-17 yaşında şagirdlərlə işləməyi nə qədər yol veriləndir? Bu hansı
kitabda yazır?”
Mikayıl müəllim, bildirmək istəyirəm ki, mən bu ixtisas üzrə yenidən
işləmək üçün test imtahanına hazırlaşırdım. Lakin test imtahanının ləğv
edilməsi, bu ixtisas üzrə vakansiya elan edilməməsi məni məyus etdi. Onu
da qeyd edim ki, Qazax rayon Təhsil Şöbəsinin müdiri Əhməd
Dərgahquluyev bu ixtisası “hərraca” çıxarıb. Bununla bağlı lazımi tədbir
görməyinizi, mənim test imtahanı ilə daimi əsaslarla işə qaytarılmağıma
yardımınızı əsirgəməməyinizi xahiş edirəm. Ailəliyəm, bir övladım var.
Hal-hazırda Qazax rayon Çaylı kəndində müvəqqəti məskunlaşmışam.
Kəlbəcər rayon Şorbulaq qəsəbəsindən məcburi köçkünəm”.
bağlı Təhsil Şöbəsinin müdiri Əhməd Dərgahquluyevin də mövqeyini
öyrənmək istədik. İki gün ayrı-ayrı saatlarda, iş vaxtında bir neçə dəfə
şöbəyə baş çəkməyimizə baxmayaraq onu yerində tapa bilmədik.
Short URL: http://www.cumhuriyyet.net/?p=9630