İŞİD İsraili bombaladı
“İraq-Şam İslam Dövləti” terror təşkilatının döyüşçüləri Qəzza və Sinadan
İsrail ordusuna aid hərbi obyektləri və yaşayış ərazilərini qrad raketləri ilə
atəşə tutub. Internetdə yayımlanan
görüntülərdə işğal edilən Netzarim bölgəsinin 107 mm. raket və 120 mm. hava
topları ilə vurulduğu əks olunub. Hücumların təfərrüatı haqqında geniş məlumat
verilməyib.
Medianın
iddia etdiyinin əksinə olaraq, “İraq-Şam İslam Dövləti”nə bağlı qrupların
İsrailə hücum etdiyinə dair rəsmi bəyanat yayılıb. Məlumata görə, Qəzzadakı
Mücahidlər Şurası və Misirdəki Ənsar Beyt-əl Maqdis İŞİD xəlifəsi Şeyx
Bağdadiyə beyət edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9631